525.Az

Yeni nəşr: "Yer və insan"


 

Yeni nəşr: "Yer və insan"<b style="color:red"></b>

Qafqazın cənub-şərqində, Avropa Asiya  qitələrinin təması zonasında yerləşən Azərbaycan qədim  bir ölkədir. Azərbaycan respublikasının  coğrafi mövqeyi, istər təbii şəraiti baxımından, istərsə geosiyasi baxımdan  olduqca  əlverişlidir. Qədimlərdə  Çindən  Avropaya uzanan məhşur " İpək yolu " məhz  buradan keçmişdir. Müasir Azərbaycan  respublikası  unikal təbii  şəraitə, zəngin  təbii sərvətlərə  inkişaf etmiş  sənaye sahələrinə  malik olan  bir dövlətdir. O, XX əsrin 90- illərindən bəri öz müstəqilliyi  dövründə mürəkkəb  eyni zamanda şərəfli bir yol keçmişdir. 90-  illərin ortalarından  etibarən  ölkəmiz  ulu öndər Heydər Əliyevin rəhbərliyi  altında  tədricən dirçəlməyə başladı. Bu gün Azərbaycan  iqtisadi inkişafın  tempinə görə dünya ölkələri arasında, aparıcı yerlərdən birini tutması hər bir vətəndaşımızda  qürur hissi doğurur.

Vətənimiz Azərbaycan təbii sərvətlərlə zəngin olan ölkələrdəndir. Onun  yeraltı  sərvətləri  daha  məşhurdur. Bunların içərisində  enerji daşıyıcılarından neft qaz, filizlərdən dəmir, xrom, mis, kobalt, molibden, polumetallar, qeyri metallardan alunit,kaolin, barit, daş duz qeyd olunmalıdır. Respublikamızın bütün  fiziki-coğrafi bölgələrində  inşaat  materiallarının  bir  çox  növləri yayılmışdır. Bu gün Azərbaycanda geniş vüsət almış  tikinti-quruculuq  işlərinin  bilavasitə  yerli mineral  xammal  hesabına  görülməsi bizi sevindirir.

Yeni nəşrə başlayan  "Yer insan" jurnalı Azərbaycanın geoloji quruluşu, yeraltı sərvətləri, ümumiyyətlə, yer haqqında  elmlərlə bağlı  elmi-kütləvi  jurnalın buraxılmasına  respublikamızda  ehtiyac duyulurdu.

Hesab edirik ki, yeni  nəşrə başlamış  "Yer insan"  adlı  jurnal   bu  boşlığu dolduracaq.  "Yer insan"  jurnalının  kollektivinə yaradıcılıq  uğurları, ölkəmizin  təbii sərvətləri, bütövlükdə  yer haqqındakı  elmlərin  nailiyyətləri  barədə  elmi-kütləvi  yazıların  hazırlanması yolunda  nailiyyətlər arzu edirik.

 





21.10.2014    çap et  çap et