525.Az

"Ermənistan bütün istiqamətlərdə öz müstəqilliyini itirib"


 

"Ermənistan bütün istiqamətlərdə öz müstəqilliyini itirib"<b style="color:red"></b>

"Ermənistan hazırda müstəqil ölkə deyil tam olaraq Rusiyanın nəzarəti altındadır. Bu həqiqəti münaqişənin həllində rol oynayan həmsədr ölkələr bilməlidir. Zənnimcə, Ermənistan hər bir istiqamətdə öz müstəqilliyini itirdiyinə görə bilavasitə hərbi forposta çevrilən ərazidir".

Belə bir açıqlama ilə millət vəkili Asim Mollazadə çıxış edib. Dağlıq Qarabağ münaqişəsinin həllinin hər hansı bir ölkənin monopolyasiyasında saxlanmağının əleyhinə olduğunu deyən A. Mollazadə bildirib ki, mövcud problemin həlli beynəlxalq hüquq normaları  çərçivəsində mümkün olmalıdır: "BMT Təhlükəsizlik Şurasının işğal olunan ərazilərimizin ermənilər tərəfindən qeyri-şərtsiz azad edilməsi ilə bağlı qəbul etdiyi mövcud 4 qətnamənin şərtləri yerinə yetirilməsi istiqamətində vacib addımlar atılmalıdır. Azərbaycan hər zaman buna hazırdır. Onu da qeyd edim ki, əgər Ermənistanın sahibləri bu prosesdə hansısa irəliyə doğru addım atsa, o zaman özlərini dərin böhrandan xilas etmiş olacaqlar. Lakin Ermənistan hazırda dünyadan təcrid olunmuş əraziyə çevrilib".

Millət vəkili həmçinin, oktyabrın 27- Fransada keçirilməsi planlaşdırılan Azərbaycan Ermənistan prezidentlərinin görüşündə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində hansısa irəliləyişə nail olunub-olunmaması məsələsinə münasibət bildirib. Onun sözlərinə görə, hər hansı bir ölkənin mövcud münaqişənin həlli istiqamətində göstərdiyi səylərdən asılı olmayaraq, Azərbaycan tez bir zamanda problemin həll olunmasında maraqlıdır.

Millət vəkili, politoloq Rasim Musabəyov isə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması müqabilində Azərbaycanın Avrasiya İttifaqına qoşulmasının dərəcədə real olması məsələsinə toxunub.  Onun sözlərinə görə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli şəkildə həlli ilə bağlı Rusiya, Qazaxıstan, Belarus tərəfindən ölkəmizə qarşı hər hansı bir səy olsa, bu müsbət qiymətləndirilməlidir: "Çünki həmin dövlətlər ölkəmizə yad deyillər. Bu əməkdaşlığın dərinləşməsi fayda verəcəyi təqdirdə, Azərbaycanın Avrasiya İttifaqına qoşulması məsələsi ortaya atıla bilər. Sadəcə olaraq ölkəmiz hələ bu İttifaqda özü üçün şərti, iqtisadi cəhətdən heç bir fayda görmür. Yəni, ikitərəfli münasibətlər hələlik Azərbaycanı tam qane edir. Hesab edirəm ki, burada ilk növbədə gərək rəsmi Moskva tərəfindən məsələyə yanaşma dəyişilsin".

Millət vəkili Zahid Oruc isə Ermənistan prezidentinin son dövrlərdə Azərbaycanla bağlı müxtəlif səpkili bəyanatlar verdiyinə diqqət çəkib: "Hətta ermənilər bir müddət əvvəl təntənə ilə qəbul olduqları Avrasiya Gömrük İttifaqlarının tərkibində yer alan Qazaxıstanı kəskin şəkildə ittiham edərək, Nazarbayevi türkçü şovinist adlandırmışdı. Ermənistan bu kimi hərəkətləri ilə bir daha sübuta yetirdi ki, onlar nəinki MDB formatında, eləcə kiçik qurumlardan dəstək qazana bilmir". Onun sözlərinə görə, Ermənistan ənənəsinə sadiq qalaraq bu dəfə ATƏT-in Minsk qrupunun həmsədrlərinə Azərbaycandan növbəti şikayətini edib: "Mahiyyət isə budur ki, guya Azərbaycan münaqişənin uzadılmasında maraqlıdır. Bu ittihamda məntiq haradadır?  İşğal edilən torpaqlar sırf Azərbaycana məxsusdur. Ona görə ölkəmiz haqlı olaraq öz torpaqlarının azad olunması tələbində israrlıdır. Bütün bunları nəzərə alıb torpaqlarımızın azad olunmasını niyə yubatmalıyıq? Odur ki, bu kimi ittihamlar Sarkisyanın əsassız mövqeyindən başqa bir şey deyil".

O həmçinin qeyd edib ki, həmsədrlər yeni taktiki yanaşma irəli sürmək istəyirlər: "Bu da o deməkdir ki, qoşunların geri çəkilməsi insanların ora köçürülməsi, eləcə digər məsələlərin hamısı böyük sülh sazişinin içərisində yer alacaq. Statusla bağlı refendum məsələsi isə sonraya saxlanılır. Görünür, erməni tərəfi bu kimi müddəaları həzm edə bilmədiyindən, sazişin hazırlanmasına qarşı çıxır. Çünki sazişin tərkibində yer alacaq tələblər Ermənistanı açıq şəkildə qane etmir".

Z. Oruc eyni zamanda oktyabrın 27- Fransada keçirilməsi planlaşdırılan Azərbaycan Ermənistan prezidentlərinin görüşünə toxunub. Onun fikrincə, bu kimi görüşlər Amerika Fransanın, konkret olaraq qərb dövlətlərinin Dağlıq Qarabağ məsələsinin sırf Rusiyanın həll etməsi məsələsinə imkan verməyəcəklərinə mesajdır: "Buna görə Fransada Olandın vasitəçiliyi ilə keçirilən heç bir görüşün Azərbaycanı böyük sülh sazişinə aparacağına inanmıram".

PƏRVANƏ 

 





21.10.2014    çap et  çap et