525.Az

Anti-Azərbaycan qüvvələrin sıradan çıxmış hücum silahları


 

Anti-Azərbaycan qüvvələrin sıradan çıxmış hücum silahları<b style="color:red"></b>

Anti-Azərbaycan islamafob qüvvələr ölkəmizdə bütün sahələrdə gedən inkişafı, sosial-iqtisadi tərəqqini həzm edə bilməyərək "fundamental azadlıq"  kontekstində riyakar qərəzli mövqelərini irəli sürməyə davam edirlər.
 
Həmin qüvvələr  Azərbaycanın əldə etdiyi uğurlara kölgə salmaq üçün müxtəlif üsullardan istifadə edirlər. Bu minvalla - ölkəmizə qarşı təsir gücünü artırmaq üçün müxtəlif səpkili bəyanatlar verməklə kifayətlənməyərək, arxadan vurulan zərbənin daha effektivliyini anlayıb "sapı bizdən olan baltalardan" istifadə edirlər. Belə insanlardan biri özünü hüquq müdafiəçisi kimi qələmə verən Leyla Yunus rəhbəri olduğu Sülh Demokratiya İnstitutu vasitəsilə apardığı fəaliyyəti zamanı Azərbaycan xalqına düşmən münasibəti göstərərək, beynəlxalq ictimaiyyətdə ölkəmiz haqqında mənfi rəy formalaşdırmağa çalışıb.

Torpaqlarımızı
işğal edərək 1 milyondan artıq vətəndaşımızı məcburi köçkün həyatına sürükləyən hər dəfə çirkin oyunlara əl ataraq Azərbaycanın nüfuzuna xələl gətirmək üçün şər böhtanlar yağdıran Ermənistan Leyla Yunus onun həyat yoldaşı Arif Yunusun insan haqları azadlıqları sahəsində apardığı qeyri-obyektiv fəaliyyəti dəstəkləyən dövlətlərdən birincisidir. Erməni mətbuatı daim L.Yunusu müdafiə edir, yerli xarici kütləvi informasiya vasitələrində, beynəlxalq təşkilatlarda onun həbsi ilə bağlı məsələni qabardır.

Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin bir neçə maddələri ilə ittiham olunaraq həbs edilən L.Yunus daim ermənipərəst mövqeyi ilə seçilib, erməni maraqlarına xidmət edib. Bu baxımdan L.Yunusun onun həyat yoldaşı A.Yunusun ermənilərlə qohumluğu, Ermənistan xüsusi xidmət orqanları erməni lobbisi ilə əlaqələrinə dair çoxsaylı faktlar aşkar olunub. Bəzi xarici qüvvələr "sıradan çıxmış hücum silahlarını" bərpa etmək üçün fəaliyyətlərinə ara vermədən davam edirlər. Qeyd edək ki, növbəti dəfə ABŞ Dövlət Departamentinin nümayəndəsi Jen Psaki Azərbaycan hökumətindən  QHT fəallarının həbsi ilə bağlı bəyanatla çıxış edib. Amerikalı rəsmi xüsusilə , Leyla Yunusun həbsindən narahatlıqlarını dilə gətirib.

Rəsmi
Bakı isə bu bəyanata cavab olaraq, Amerika Birləşmiş Ştatlarını davamlı şəkildə Azərbaycanın daxili işlərinə qarışmaq cəhdləri tamamilə qəbuledilməz olduğunu bildirib. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən Hikmət Hacıyev qeyd edib ki, Azərbaycanda qanunun aliliyi məhkəmə-hüquq sisteminin müstəqilliyi tam təmin olunub: "ABŞ-ın bu kimi əsassız müdaxiləsi qanunun aliliyinin öz üzərinə götürdüyü öhdəliklərinin kobud şəkildə pozulmasıdır.

İnsan
hüquqlarının xarici siyasət predmetinə çevirərək, siyasi təzyiq göstərmək məqsədilə istifadə olunması cəhdləri artıq çoxdan öz effektini itirib. İnsan hüquqlarına siyasi mülahizələr, seçimli ikili standartlar baxımdan yanaşmaq yolverilməzdir".

Halından göründüyü kimi Azərbaycanın artan nüfuzunu gözü götürməyən qüvvələrin əks-təbliğatı, eyni zamanda digər dövlətlərin səhv məlumatlandırılması nəticəsində rəsmi Bakıya dəfələrlə siyasi hücumlar olub bu qəbildən olan bəyanatlar yağdırılıb. Yerli hökumət isə bu kimi hücumların qarşısını alaraq üzünü ifşa etməyə nail olub.

Prezident Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov qeyd edib ki, Dövlət Departamenti Azərbaycanın beynəlxalq imicinə zərbə vurmaq istəyir: "Yaxşı olar ki, qanunun aliliyini əlində bayraq edən Dövlət Departamenti əsassız, həqiqəti əks etdirməyən bəyanatlar vermək əvəzinə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı heç olmasa bir dəfə özünün yaratdığı beynəlxalq hüquq çərçivəsində ədalətli mövqe bildirsin".

Azərbaycan müstəqil dövlət kimi özünün milli təhlükəsizliyini qorumaq üçün bu cür addımlar atan insanlara qarşı qanunun müvafiq tələblərini həyata keçirdiyini deyən millət vəkili Aydın Mirzəzadə "525"ə açıqlamasında həmin şəxslərə qədər vaxtaşırı başqa insanlar mühakimə edildiyini, həmin maddə altında həbsə göndərildiyini vurğulayıb. Onun sözlərinə görə, bu o deməkdir ki, Azərbaycanın hansısa vətəndaşı xarici xüsusi xidmət orqanları ilə əlaqədə olarsa, onlara qarşı hər hansı bir ittiham irəli sürə bilər: "Hansısa qanunsuz fəaliyyətlə məşğul olan insanın xaricdə nüfuzundan asılı olmayaraq qanun qarşısında hamı bərabərdir. Demokratik ölkə olaraq, bütün proseslər qanun çərçivəsində eyni zamanda şəffaf şəkildə baş verir. Əgər hansısa ölkə bununla bağlı narahatdırsa, öz nümayəndəsini məhkəmə prosesinə iştirak etmək üçün göndərərək bütün vəziyyətlə yerində tanış ola bilər".

Millət vəkili Aydın Mirzəzadə qeyd edib ki, ABŞ Dövlət Departamentinin verdiyi bəyanatla bağlı narahat olmağa heç bir əsas yoxdur. O, bildirib ki, QHT sektorunda çalışan bir neçə nəfər Ermənistan xüsusi xidmət orqanları ilə əlaqədə şübhəli bilindiyi üçün Azərbaycan Hüquq Mühafizə Orqanları tərəfindən saxlanılıblar: "İttihamlar üzrə araşdırılma prosesi davam edir. Bütün bu proseslər qanunvericilik çərçivəsində həyata keçirilir. Şübhəsiz ki, onlarla bağlı tədqiqat başa çatdıqdan sonra məhkəmə təşkil olunacaq. Yəni, bu proseslər başa çatmamış onların taleyi ilə bağlı narahatlığa heç bir əsas yoxdur".

Millət vəkili Zahid Oruc qeyd edib ki, qeyri-hökumət təşkilatları məsələsinə beynəlxalq dairələrindən belə həssas münasibət göstərilməsi başa düşüləndir. O, bildirib ki, əksər hallarda həmin QHT-lər məhz xarici dairələrlə işləyirlər: "İstər Birləşmiş Ştatların, istərsə , Avropa qurumlarının bu illər ərzində müxtəlif ölkələr içərisində saxladıqları şəbəkəli strukturlar mövcud idi. Onlar bu vasitələrlə dövlətlərə təsir göstərirdilər. Hal-hazırda, sanki daxili minalar partladıldıqca xaricdən təsir imkanları zəifləyib. Yəni, Vaşinqtonda oturanlar hesab edirlər ki, bundan sonra ölkə daxilində müxtəlif xarakterli məlumatlara söykənən hesabatlar verəcək qüvvələr tükənib. Əvvələr isə ABŞ Qərb donorlarından asılı olan üçüncü sektor təmsilçiləri açıq şəkildə xarici təsir qruplarının əlində alət mühüm təsir mexanizmi kimi çıxış edirdilər. Bunlara qarşı dövlət ciddi iradə göstərdi müvafiq icra orqanları, o cümlədən, məhkəmə prosesə reaksiyasını göstərdi. Bundan sonra QHT sferasında şəffaflıq məsələləri bu cür beynəlxalq təzyiqlərlə müşahidə olunmağa başladı".

Millət vəkili Z.Oruc hesab edir ki, Amerikanın hazırkı dövrdə məsələyə həssaslıqla reaksiya göstərməsi iki dövlət arasında münasibətlərin xarakterini zəiflədir, qarşılıqlı əlaqələrə mənfi təsir göstərir. Eyni zamanda, o, əlavə edib ki, digər dövlətlərin bu prosesdə fəallığı ələ almasına yol açır. Bölgədəki geosiyasi müstəvidə proseslərin çox sürətlə dəyişdiyini qeyd edən Z.Orucun sözlərinə görə, belə təsəvvür yaranır ki, Qərb beş-on QHT məsələsinə aludə olaraq, ölkədə strateji pozisiyalarını əldən verir: "Yəni, bu gün Azərbaycana bölgədə Rusiyanın formalaşdırdığı bloklarda yer almaq üçün müxtəlif təkliflər, formatlar mexanizmlər var".

Millət vəkili Z.Oruc hesab edir ki, belə məsələləri bir kənara qoyub, ölkənin yalnız Leyla Yunusdan ibarət olduğunu düşünmək düzgün deyil: "Onun haqları pozulursa, bir ölkədə insan hüquqları sahəsində vəziyyətin əsas indiqatorudur deyərək, ümumi baxış formalaşdırmaq çox yanlışdır. Azərbaycan xalqını Leyla Yunusa qurban vermək olmaz. Düşünmürəm ki, həmin insan o qədər qeyri-adi, mühüm bir şəxsiyyət deyil ki, Azərbaycanda insan hüquq azadlıqlarının təminatının mücəssəməsi kimi qələmə verilsin. Leyla Yunus əldən getsə, Azərbaycanda insan haqları ağır şəkildə qalacaq yaxud da ümumiyyətlə bu proses baş tutmayacaq kimi vəziyyəti hasil edib ortalığa atmaq olmaz. Birləşmiş Ştatlar Azərbaycanla təhlükəsizlik əlaqələrini, iqtisadi münasibətləri, geosiyasi çevrədə formalaşan əməkdaşlığı, beynəlxalq terrorla mübarizədə tərəfdaşlığı QHT sektorundakı iki-üç məsələyə qurban verməməlidir. Çünki bu sektorda qeyri-adi hadisələr baş vermir".

Z.Oruc əlavə edib ki, dövlət bu sferada mövcud olan problemləri tənzimləmək üçün qanunvericiliyə müxtəlif xarakterli dəyişikliklər təklif edib: "Əgər həqiqətən xarici donor mənbələri ölkədə böyük sahələrə vəsait qoymaq istəyirlərsə, o zaman ictimai nəzarəti təmin etməli, dövlət orqanları üzərində monitorinqlər aparmalı, operativ fikir məkanı genişləndirilməlidir. Təbii ki, bütün bu prosesləri dövlətlə müqavilə əsasında həyata keçirməlidir. Daha sonra həmin vəsaitləri alacaq qurumlar bununla bağlı hesabatlarını müvafiq icra orqanına - Ədliyyə Nazirliyinə təqdim etməlidir. Burada qeyri-adi, əlahiddə məsələ yoxdur ki, ölkədə 3 mindən artıq QHT-nin fəaliyyətini bir kənara qoyub, bir neçə təşkilat üzərində rəy formalaşdırasan. Ona görə , hesab edirəm ki, əgər Birləşmiş Ştatlar Azərbaycanla münasibətlərin gələcəyinin davamlı olmasını istəyirsə, o zaman öz nümayəndələrini bu məsələlərlə bağlı göndərərək, Azərbaycan hakimiyyəti ilə həmin məsələlər ətrafında geniş fikir mübadilələri aparıb mövcud informasiyaları bölüşməlidirlər. Əks halda, sadəcə kütləvi informasiya vasitələrinə əsaslanıb bəyanatlar yağdıraraq, sərt şəkildə ifadə etmək, müxtəlif qüvvələrə yardım kimi onların tərəfini tutmaq qaydasında ortaya qoymaq hər iki ölkənin mənafeyinə ziddir".

Ceyhun ABASOV

 





21.10.2014    çap et  çap et