525.Az

"Mərasimlərlə bağlı bizdə artıq Naxçıvan nümunəsi var"


 

Milli Məclisin (MM) Mədəniyyət komitəsinin üzvü Leyla Abdullayevanın "525"ə müsahibəsi

"Mərasimlərlə bağlı bizdə artıq Naxçıvan nümunəsi var"<b style="color:red"></b>

- Leyla xanım, sizin iştirakınızla hazırlanan "Milli kulinariya mədəniyyəti haqqında" qanun layihəsi yerdədir, o, hansı zərurətdən irəli gəldi orada daha çox hansı məsələlər nəzərdə tutulur?

- Hər şeydən əvvəl vurğulamaq istərdim ki, möhtərəm cənab Prezident İlham Əliyev çıxışlarında bu məsələyə toxunmuş, sağlam qida, ərzaq, mətbəx mədəniyyətinin mühümlüyünü vurğulamışdı. Bu da təsadüfi deyil. İnsan amili,onun səhhəti, qidalanması, ərzaq təhlükəsizliyi bu gün bütün inkişaf etmiş ölkələrdə dövlət cəmiyyətin ən mühüm,diqqət mərkəzində olan bir problemidir. İdeya layihə müəllifi olduğum "Milli mətbəx mədəniyyəti ("Kulinariya haqqında") haqqında" qanun layihəsi artıq hazırdır həmin sənəd üzvü olduğum Mədəniyyət komitəsinə hələ ötən sessiyada təqdim olunub. Bildiyiniz kimi, bu yaxınlarda komitəmizin payız sessiyasında ilk iclası da keçirildi. İclasda planı müzakirə edildi komitə sədri Nizami müəllimin təklifi ilə bu layihə planına salındı.

Başqa sözlə, payız sessiyasının ərzində layihə Mədəniyyət komitəsində müzakirə ediləcək.

Bundan sonra isə plenar iclasda baxılması üçün yəqin ki,tövsiyə olunacaq. Qeyd edim ki, layihə həmkarlarım tərəfindən müsbət qiymətləndirilib. Eyni zamanda Milli Məclis Aparatının ekspertləri, Sosial qanunvericilik şöbəsi layihə haqda yaxşı fikirlərdədirlər. Hesab edirəm ki, uğurlu bir təşəbbüs olacaq.

Məsələ
bundadır ki, hələ "Mədəniyyət haqqında" qanun qəbul edərkən belə bir təşəbbüslə çıxış etdim ki, bizim milli mətbəx mədəniyyətimiz bizim mədəni irsimizin tərkib hissəsi kimi qəbul olunsun. Necə ki, mədəniyyətin ayrı-ayrı sahələri olan xalçaçılıq, muğam, folklor nümunələri haqqında fərdi-sahəvi qanunlar mövcuddur. Bu təklif qəbul edildi belə bir maddə artıq bu qanunda öz əksini tapıb. Bu gün mətbəx nümunələri Azərbaycan mədəniyyətinin bir ayrılmaz hissəsi kimi qanunvericiliyə görə qorunmaqda təbliğ olunmaqdadır.
 
Təbii ki, belə olan halda bu sahəni daha detallı tənzim edən qanuna ehtiyac yarandı ki, bu fikri səsləndirdik komitə rəhbərliyi bu təklifimizi müsbət qarşıladı. Bu layihəni hazırlamaq da mənə tapşırıldı. Mətbəxt mədəniyyəti eyni zamanda, hər bir xalq haqda çox önəmli məlumat mənbəyidir. Məsələn, onun köçəri ya oturaq həyat sürməsi,əkinçilik ya maldarlıqla daha çox məşğul olması,həyat tərzi,yaşadığı coğrafiya,dünyagörüşü sair haqda məlumatları öyrənmək olar. Axı, qida insanın təbii ilkin ehtiyacıdır.

Bu
baxımdan, hər bir xalq bu ehtiyacını necə, formada, hansı coğrafi arealda ödəyib-bunlar mühüm tarixi məsələlərdir. Məsələn, Oqtay Əfəndiyevin "Azərbaycan Səfəvilər dövləti" monoqrafiyasında belə bir qeyd var ki, ingilis səyyah Cekinson bizim bölgədə olanda bəylərbəyi tərəfindən ona qonaqlıq verilir 100-dən çox ərzaq, yemək olur süfrədə. o yeməklərin bəzilərinin adları da sayılır. Bunlar hamısı bizim mətbəxdir. Amma bu gün bədnam erməni qonşularımız onları öz adına çıxır bildirir ki,bu, bizimdir.Yəni, bu bölgədə olan mətbəx bizə aiddir, deməli, bura da bizimdir.Amma bu mətbəx tarixinə aid bir qeyd göstərir ki, onlar tamamilə yanılırlar. Unutmayaq ki, bu gün elm mətbəx mədəniyyəti vasitəsilə xalqları,onların həyat tərzini, tarixini öyrənir. Buna görə biz hesab edirik ki, milli mətbəx mədəniyyəti etnoqrafiya hadisəsi olub, Azərbaycanın tarixi ərazisində tarixən hazırda formalaşmış milli mətbəx nümunələri, onların hazırlanması, istifadəsi, xüsusiyyətləri, mühafizəsi ilə bağlı münasibətlər məcmusudur. Bu qanunun qəbul edilməsində məqsəd Azərbaycan mədəniyyətinin tərkib hissəsi olan milli mətbəx mədəniyyətinin qorunub saxlanılması, öyrənilməsi, təbliği inkişaf etdirilməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləməkdir.

Bundan
başqa, qanun Azərbaycanın tarixi ərazisində tarixən hazırda formalaşmış milli mətbəx mədəniyyətinə şamil edilir. Eyni zamanda qanuna görə, milli mətbəx nümunələrinin Mədəni İrs Nümunələrinə aid edilməsi pasportlaşma qaydası ilə dövlət reyestrində qeydiyyat vasitəsi ilə həyata keçirilir.

Sənəddə milli mətbəxin təbliğini təmin edən tədbirlərin görülməsi, müvafiq sahədə peşəkar kadrların hazırlanması sair nəzərdə tutulur. Burada həm müəyyən, hətta, çox böyük maliyyə məsələləri var. Yəni, hansı yeməyin hansı millətə, ölkəyə məxsusluğu həm bazar iqtisadiyyatı prizmasından, müəllif hüquqları nəzərindən mühümdür. Məsələn, krovasan bulkaları ilə bağlı onilliklər sürən beynəlxalq məhkəmə prosesləri olub. Milyonlarla dollar bu zaman məhkəmə xərcləri çəkilib. Bir çox Avropa ölkəsi bu şirniyyata iddia etsə , məhkəmə qərarı onu Fransaya aid edib. Bu gün bu adla məhsulu xüsusi lisenziya almadan buraxmaq mümkün deyil. Eyni hal konyak alkoqollu içkisinə aiddir. Yəni, bu artıq brendə, markaya çevrilib. Məşhur ingilis, italyan, fransız pendir növləri ilə bağlı da oxşar proseslər gedib.Xüsusən elmi yanaşmanı qeyd etmək istərdim. Yəni, bu qanun qəbul edilərsə, milli mətbəximiz elmi araşdırmaların predmeti olacaq. Ərzaq təhlükəsizliyi, kadrların hazırlanması kimi məsələlər ola bilər. Bir sözlə, bu hələlik ilkin layihədir, yəqin ki, xeyli əlavələr olacaq, həmçinin, komitə iclaslarında yeni təklif iradlar olacaq, o cümlədən, mütəxəssislər bu müzakirələrdə iştirak edərək fikirlərini söyləyəcəklər.

-Son zamanlar yenidən toy yas mərasimləri ilə bağlı qanunun qəbulu məsələsi gündəmə gəlib. Bunun tərəfdarları əleyhdarları da az deyil. Sizcə, bu yöndə qanunun qəbuluna ehtiyac varmı?

-Bu, kifayət qədər incə məsələdir. Ancaq məncə, Milli Məclis tərəfindən belə bir qanunun qəbuluna ehtiyac yoxdur. Düzdür, bəzi ölkələrdə bu var. Bildiyimə görə, "Mərasimlər (rituallar) haqqında" qanun Tacikistanda olmalıdır. Orada hətta, mərasimlərdə verilən qidalara qədər göstərilir. Amma hesab edirəm ki, bizdə buna ehtiyac ən azından hələ ki, yoxdur. Maksimum, məsələn, bir variant kimi Nazirlər Kabinetinin "Yas mərasimlərinin keçirilməsi ilə bağlı" müvafiq qərarı ola bilər. Amma qanunun qəbulu xüsusi prosedur tələb edir, qanunvericilik sistemində xeyli dəyişikliklərə səbəb olur. Qanun ali hüquqi qüvvəyə malik bir normativ aktdır. Onun qəbul edilməsi halında hüquqi məsuliyyət məsələsi gündəmə gələcək. Yəni, qanunun tələblərini pozan şəxsə hansı hüquqi sanksiyalar tətbiq edilməlidir? Buna ehtiyac varmı? Cəmiyyət buna hazırdırmı? Biz bu halda yəqin ki, belə bir qaydanın pozulmasını İnzibati Xətalar Məcəlləsinə salmalı olacağıq. Bu isə hər halda çox ciddi sanksiyadır. Məncə,buna ehtiyac yoxdur. Ən azından indi. Başqa variantlar lazımdır. Əsas da maarifçilik. İndi daha çox şəxsi nümunə,maarifçilik önə çıxmalıdır. Çünki bu çox həssas məsələdir.

- Ümumiyyətlə, bir millət vəkili, bir ziyalı, bir vətəndaş kimi toy yas mərasimlərinin mövcud vəziyyəti Sizi qane edirmi, etmirsə niyə?

- Bizim bayrağımız bizim simvolumuzdur. Bayrağımızda hər rəngin bir mənası, simvolikası var. Bu baxımdan, bu məsələyə baxmaq olar. Biz dünyəvi, sekulyar ölkə olsaq da, mənsubiyyət baxımından İslam, müsəlman ölkəsi sayılırıq. Amma baxaq görək bu qədər isrfçılıq İslamda varmı? Əksinə, peyğəmbərimizdən səhih hədislər var ki, israf günahdır. Peyğəmbərimizin özünün övladları rəhmətə gedəndə 3 gün ancaq yas saxlanarmış. Biz həm Türk dünyasında yaşayırıq. Türk dünyasında da belə israf, dəbdəbə yoxdur. Türkiyədə, Orta Asiyada, Şimali Kiprdə bu mərasimlər çox sadə keçirilir. Sivil dünyada da eynilə. Məsələn, Qərbdə insanlar toplaşır, vəfat edəni yad edir, sanki kiçik bir iclas keçirirlər. Onun haqda xatirələrini danışırlar. Yəni, göründüyü kimi heç bir ölkədə belə israfçılıq yoxdur. Odur ki,biz gərək bu məsələdə mütləq sadə mərasim keçirək. Buna keçmək çətin olsa da, yəqin ki, zamanla bu reallaşacaq. Bizdə artıq Naxçıvan nümunəsi var.

- Siz Mədəniyyət komitəsinin üzvü kimi daha hansı qanunların qəbulunu vacib hesab edirsiniz?

- Əslində qanunvericilik prosesinin mahiyyətinə baxmaq lazımdır. Qanunlar necə niyə qəbul edilir? Qanunun əsas vəzifəsi mövcud ictimai münasibətləri tənzim etməkdir. Yəni, münasibətlər cəmiyyətdə olmalıdır ki, onlar da hüquqla tənzim edilsin. Bu baxımdan hesab edirəm ki, mədəniyyət sahəsində əsas qanunlar qəbul edilib. Azərbaycan parlamenti, onun Mədəniyyət komitəsi bu sahədəki ictimai münasibətlərin hüquqi cəhətdən tənzimlənməsinə öz töhfələrini verir. Biz istər keçən sessiyada, istərsə 4- çağırış olmaqla hesab edirəm ki, kifayət qədər səmərəli işləmişik. Biz bu sferanın "ana yasası, ana qanun"u , Konstitusiyası olan "Mədəniyyət haqqında" Azərbaycan Respublikasının qanununu yenidən işləyərək parlamentə təqdim edib o maraqlı intensiv müzakirələrdən sonra qəbul olunub. Bu qanunda əsas prinsiplər, məsələlər öz əksini tapıb. Düşünürəm ki, biz bu qanunla fəxr edə bilərik. Digər qanunlara gəlincə isə, bu, zaman məsələsidir. Mövcud ictimai münasibətlərə, onların xarakterinə baxmaq lazımdır.

Tələbat
olduqca, bu məsələlər gündəmə gələ bilər.

Kamil HƏMZƏOĞLU

 





21.10.2014    çap et  çap et