525.Az

Xəbərçilik, yoxsa reytinq?


 

OXUCUYA AQRESSİYA, QƏZƏB AŞILAYAN XƏBƏRLƏRİN MEDİADA YAYILMASI CƏMİYYƏTƏ NƏ VERİR?

Xəbərçilik, yoxsa reytinq?<b style="color:red"></b>

Ta yaranışından vəzifəsi insanları maarifləndirmək, bilgiləndirmək olan jurnalistikanın hazırkı durumu barədə fikirləşəndə bu suala birmənalı cavab verməkdə çətinlik çəkirsən. Burada diqqətçəkən xüsusi bir məqam var. Bu gün məmləkətimizin media qurumları - istər televiziya olsun, istər mətbuat, istərsə elektron media - ən müxtəlif səbəblərdən cəmiyyəti sarsıdan, ona təsir edən həssas mövzulara, verilişlərə daha çox üstünlük verir. Bəs, bu tip informasiyalar cəmiyyətə hansı formada təsir göstərir? Gəlin bu suala birlikdə cavab axtarmağa çalışaq.

Bəri başdan deyək, ekspertlərin çoxu əsas səbəb kimi media qurumlarının reytinq toplamağa çalışması daha çox diqqət cəlb etməsini göstərirlər.

DU-nun Jurnalistika fakültəsinin Jurnalistikanın nəzəriyyəsi təcrübəsi kafedrasının kafedra müdiri, professor Cahangir Məmmədlinın mövzuya münasibəti belədir: "Tarixən, xüsusilə indiki dövrdə jurnalistlər öz reytinqlərini qaldırmaq üçün nəinki həssas, hətta sensasion mövzulara da müraciət edirlər. Xüsusən   qəzet səhifələrində bu tipli informasiyalar yer almasa, onların reytinqini qaldırmaq, oxucuları özünə cəlb etmək məsələsi çətinləşər. Çünki müxtəlif xəbər portalları, saytlar həmin informasiyaları operativ olaraq yayırlar. Bu baxımdan qəzetçiliyin işi xeyli dərəcədə çətindir. Ona görə qəzetlər elektron media ilə rəqabətdə məğlub olmamaq üçün həssas mövzuları həmişə gündəmdə saxlamalıdırlar. Gündəlik baş verən sosial hadisələr mütləq ictimai maraq kəsb etməlidir. İctimai maraq kəsb etməyən mövzuları yayımladıqda oxucu etinasızlığı ilə rastlaşırıq. Bəzən deyirlər ki, cəmiyyətin diqqət mərkəzində olan yanğın, yol-qəza, qətl hadisələri kimi mövzulara nəyə görə qəzet səhifələrində daha çox yer ayırırlar? Hətta ayrı-ayrı ekspertlər, oxucular bizdən narazı qalsa belə, aktual olduğu üçün bu mövzuları işıqlandırmaqda davam etməliyik. Lakin kriminal xəbərləri kimi sensasion mövzular yalan böhtan üzərində qurulmamalı, mütləq real faktlara əsaslanmalıdır. Eyni zamanda, kriminal xəbərlərinin yayımlanması zamanı onların  tərbiyəvi xarakter daşıması önə çəkilməlidir. Məsələn, baş vermiş cinayət hadisəsinin nəticəsi mütləq işıqlandırılmalıdır. Mətbuatın da ilk növbədə vəzifəsi cəmiyyəti tərbiyələndirmək kamilləşdirməkdir. Dünya təcrübəsində işlək olan sosial məsuliyyət nəzəriyyəsi vardır ki, o da öz üzərinə məhz bu missiyaları götürüb".

C.Məmmədli bəhs etdiyimiz mövzu çərçivəsində Azərbaycanda fəaliyyət göstərən KİV-lərin hazırkı durumunu belə qiymətləndirir: "Ölkəmizin bugünkü mətbuat sistemində yalan təhqir elementlərini özündə daşıyan xeyli qəzetlərimiz var. Eyni zamanda dəqiq, vicdanlı qərəzsiz fəaliyyət göstərən qəzetlərimiz az deyil. Nəzərə alsaq ki, Azərbaycanda yeni dönəm jurnalistikasının cəmi 20-22 yaşı var, qərb mətbuatında 100 ilə formalaşan prinsiplərin bu qısa müddətdə qəzetlərimizin bir çoxunda tətbiq olunması çox yaxşı nəticədir".

KİV- geniş yer alan sensasion informasiyaların cəmiyyətə dərəcədə təsir etdiyinə psixoloq Könül Cəfərova belə aydınlıq gətirir: "KİV bu gün həyatımızın ayrılmaz hissəsidir. İstənilən informasiyanı həmin anda qəbul edir ötürürük. Lakin insanlarda aqressiya formalaşdıran, zorakılıq, təcavüzlə bağlı həssas  informasiyaların davamlı mütəmadi yayımlanmasına məhdudiyyətlər qoyulsa, pis olmazdı. Çünki yayımlanan bu kimi xəbərlər insanla cəmiyyət arasında ziddiyyətli durum yaradır, məsələn insan cəmiyyəti qınamağa ona nifrət etməyə başlayır, həyatında baş verənlərin cavabını cəmiyyətdən almağa çalışır. KİV isə hər yaş təbəqəsinin maraqlarını əhatə etdiyi üçün insan psixikasına mənfi təsir edən hər məqamdan uzaq durmalı, insanların rifahı üçün çalışmalıdır. Hətta ən yüksək reytinq gətirsə belə, aqressiya, qəzəb, şiddət doğuran mövzularla insan psixikasına təsir göstərmək yalnışdır. Bəzən bilərəkdən, bəzən bilmədən media orqanları sensasion xəbərləri davamlı təbliğ edərək cəmiyyəti doğru yola yönləndirmək istəyirsə, çox zaman reklamın özü anti-reklama çevrilə bilir. Bu baxımdan həssas mövzularla ehtiyatlı davranmaq peşəkarlığın göstəricisidir".

Mövzumuzla əlaqədar olaraq xarici ölkələrin jurnalistika təcrübəsinə nəzər salmağı lazım bildik. Daha çox beynəlxalq mövzularda yazan jurnalist Məsaim Abdullayevə görə, dünya jurnalistikası bu tipli yazılara adekvat münasibət bəsləyir bunların cəmiyyətin az savadlı təbəqəsi üçün yazıldığını hesab edir. Təbii ki, belə materialların yer aldığı qəzetlərə qeyri-ciddi yanaşırlar. Ekspert onu da əlavə etdi ki, kriminal xəbərləri "sarı mətbuat"ın əsas mövzusu olduğundan qəzetlər sensasion informasiyalarla yalnız tirajlarının artmasına nail olmağa çalışırlar.

Ekspertlərimizin fikirlərindən aydın olur ki, sensasion informasiyaların KİV sistemini öz təsiri altına alma səbəbi müxtəlif media qurumlarının rəqibləri arasında reytinq toplamasıdır. Lakin reytinq ucbatından cəmiyyətin psixologiyasına təsir etmək onların dəqiq, vicdanlı, qərəzsiz informasiya hüququnu əlindən almaq peşə etikasına yaddır.

Nigar SƏMƏDLİ

 





21.10.2014    çap et  çap et