525.Az

"Sarkisyanın azərbaycanlıları Dilicanda təhsil almağa çağırması gülməlidir"


 

"Sarkisyanın azərbaycanlıları Dilicanda təhsil almağa çağırması gülməlidir"<b style="color:red"></b>

"Ermənistan prezidenti Serj Sarkisyan azərbaycanlıların Dilicandakı ingilisdilli beynəlxalq məktəbdə təhsil almasını arzulayır. Avrasiya İqtisadi İttifaqına üzv olarkən Ermənistanın bu qurum qarşısında götürdüyü öhdəliklərə şərəflə əməl edəcəyini bildirən Sarkisyan, ölkəsinin sərhədlərinin mühafizəsində Avrasiya İqtisadi İttifaqı üzv dövlətlərinin köməyinə ehtiyacının olduğunu bildirdi".

Belə bir açıqlama ilə Siyasi İnnovasiya Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu çıxış edib.

Politoloq deyib ki, aydındır ki, Sarkisyan Dağlıq Qarabağın Ermənistandan uzaqlaşdırılması strategiyasını qəbul edib. Avrasiya İqtisadi İttifaqının müqaviləsində mal, xidmət, kapital, işçi qüvvəsinin dövriyyəsində gömrük məkanının coğrafiyası vacib şərtdir:

"
Bu o deməkdir ki, Ermənistan beynəlxalq aləmdə tanınmış sərhədlərindən kənara çıxaracağı mal, xidmət, kapital işçi qüvvəsini Avrasiya İqtisadi Komissiyası ilə razılaşdırılmalıdır. Ermənistanın İrana, Gürcüstana, Türkiyəyə bunları ixrac edəcəyi bizim üçün maraqlı deyil. Mal, xidmət, kapital işçi qüvvəsinin Ermənistandan Dağlıq Qarabağa getməsinə Rusiya, Belarus Qazaxıstanın icazə verməsi qeyri-mümkündür. Hər üç dövlət Azərbaycanın ərazi bütövlüyünü tanıyıblar, Dağlıq Qarabağı de-yure Azərbaycanın tərkib hissəsi hesab edirlər. Dağlıq Qarabağa gedən yol isə Azərbaycanın Dağlıq Qarabağa heç zaman aidiyyəti olmayan işğal olunmuş digər ərazilərindən keçir. KTMT-nin baş katibi N.Bordyujanın Ermənistana son səfəri zamanı sərhəd təhlükəsizliyi məsələləri müzakirə edildi. Rusiya indi Ermənistanın İran Türkiyə ilə olan sərhədini mühafizə edir. Eləcə RF Ermənistanın Azərbaycanla Gürcüstanla sərhədinə nəzarət etmək fikrindədir".

M.Əhmədoğlu deyib ki, S.Sarkisyan Belarusda MDB-nin sammiti zamanı çıxışında buna Azərbaycan Gürcüstanla sərhədinin Rusiya tərəfindən mühafizə olunmasına razılığını bildirdi:

"
Ona görə Sarkisyanın Dilicanda azərbaycanlıların təhsil alması ilə bağlı bəyanatını Azərbaycana doğru barış mesajı kimi dəyərləndirə bilərik. Amma S.Sarkisyan özünü bic hesab edir bunu ikimənalı məzmunda təqdim etdi.

Serj Sarkisyan şəxsi keyfiyyətlərinə görə inam yaradan adam deyil. Ermənistan prezidenti namərdlik toplumudur. Nəslinin özünün şəxsi tərcümeyi-halı siyasi fəaliyyəti bunu deməyə tam əsas verir.

S
.Sarkisyanın iki doğum yeri var. Ermənistan SSR-nin Gorus rayonu Azərbaycan SSR-nin Dağlıq Qarabağ Muxtar Vilayəti. Hər ikisi yaxın keçmişə qədər Azərbaycan torpağı olub. Dağlıq Qarabağa bələd olanlar, o cümlədən indi yaşayan bəzi yaşlı azərbaycanlı ermənilər Gorusda yaşayan bəzi azərbaycanlılar üçün Xankəndinin aran ərazisi olduğu sirr deyil. Sarkisyanın babası atası Gorusla Xankəndi arasında aran- qışlaq həyatı keçirən imkanlı azərbaycanlı ailəsinin nökəri olublar. Gorusda həmin imkanlı azərbaycanlı repressiyaya məruz qalanda o azərbaycanlının nökəri Sarkisyanın babası Xankəndinə ("Stepanakert") köçüb. O cümlədən S.Sarkisyanın atası anası da. Sarkisyanlar nəsli azərbaycanlı ağalarına namərdlik göstərdilər, xəyanət etdilər. Serj Sarkisyan bilir ki, məhz bu hesabdan da o, Allah qarşısında cəza almalıdır".

Politoloq qeyd edib ki, S. Sarkisyanın siyasi karyerası da azərbaycanlılarla əlaqəlidir. O, həmin azərbaycanlıları da aldatdı, onlara qarşı namərdlik etdi:

"Robert Koçaryan Dağlıq Qarabağda separatçı hərəkat başlayandan Sarkisyanı yanında gəzdirib. Bütün bu dövrlərdə Sarkisyan Koçaryanın ailəsinin sədaqətli təçhizatçısı mühafizəçisi funksiyasını icra edib. Məhz bu keyfiyyətinə görə Koçaryan özündən sonra Sarkisyanın Ermənistanda prezident seçilməsinə şərait yaratdı. 1 mart qırğınını da Koçaryan məhz Sarkisyana görə törətdi. Sarkisyan Koçaryana da xəyanət etdi".

Onun sözlərinə görə, Sarkisyanın Rusiyaya münasibəti başdan ayağa namərdlik ya xəyanət yığınağıdır.

M.Əhmədoğlu bildirib ki, S.Sarkisyan erməni xalqına xoş münasibət bəsləyirsə, real vəziyyəti açıqlamalıdır:

"
Həmişə məntiqsizliyi ilə seçilən Serj Sarkisyan dəfələrlə normal ağılla dərk olunmayan bəyanatlar verib.

Avropada
sərbəst yerdəyişməni prioritet hesab edən Sarkisyan erməni işğalı altındakı doğma rayonlarına gedən üç azərbaycanlının birini öldürtdürdü, ikisini həbs edib. Qaçqınların hüquqlarının bərpasından danışan bu insan Ermənistandan qovulmuş azərbaycanlı qaçqınların Azərbaycanı tərk etmiş ermənilərin vəziyyətini müzakirə etməyə imkan vermir. Onun bu bəyanatı BMT- - qaçqınlarla məşğul olan strukturlarda rezon yaratdı. Hər ikisi Ermənistana nümayəndə heyəti göndərdi. Sarkisyan onların hər ikisini "neytrallaşdırdı". Serj Sarkisyan Dağlıq Qarabağ azərbaycanlıları ilə görüşü qadağan edib. Bu qadağadan Ermənistanda hamının xəbəri var. Almaniya bir neçə dəfə Dağlıq Qarabağ erməniləri azərbaycanlıları arasında dialoq qurmağa cəhdlər edib. Serj Sarkisyan qadağasını götürməyib. -nin bu yöndəki cəhdləri məhz Serj Sarkisyanın hesabına nəticəsiz qalıb.

Dağlıq Qarabağ erməniləri Dağlıq Qarabağ azərbaycanlıları arasında dialoqu qadağan edən Sarkisyanın azərbaycanlıları Dilicanda təhsil almağa çağırması gülməlidir yalnız təlxəklər bu işlə məşğul ola bilərlər.

Görünür
, Sarkisyan beynəlxalq Dilican ingilisdilli məktəbinin açılışında iştirak edən xarici qonaqların qarşısında bu təklifi irəli sürməklə dünya təlxəkliyi roluna iddialı olduğunu nümayiş etdirmək istəyib".

PƏRVANƏ

 





21.10.2014    çap et  çap et