525.Az

Həsən Ruhani "erməni soyqırımı” mərasimlərinə dəvət olundu


 

Həsən Ruhani "erməni soyqırımı” mərasimlərinə dəvət olundu<b style="color:red"></b>

Ermənistan prezidenti Serj Sarkisyan iranlı həmkarı Həsən Ruhanini “soyqırımı”nın 100 illiyi mərasimlərinə qatılmağa dəvət edib.

“Media forum” saytı xəbər verir ki, rəsmi dəvəti oktyabrın 20-də Tehrana səfər edən baş nazir Ovik Abramyan çatdırıb. Mərasimlər 2015-ci il aprelin 24-ü Yerevanda keçiriləcək.

Saxta soyqırımı iddialarına görə, 1915-ci il aprelin 24-dən başlayaraq 1923-cü ilə kimi Türkiyədə 1 milyon 500 min nəfər erməni öldürülüb. Bu iddiaları indiyədək bir neçə ölkənin (Uruqvay, Rusiya, Fransa, Litva, İtaliya, Yunanıstan, Kipr, Argentina, Belçika, Uels, İsveçrə, Kanada, Polşa) parlamenti rəsmən tanıyıb.

Həsən Ruhaninin dəvətə münasibəti açıqlanmasa da, onun Serj Sarkisyana və erməni xalqına salam göndərdiyi bildirilir.

 





21.10.2014    çap et  çap et