525.Az

“Total”ın prezidenti təyyarə qəzasında həlak oldu


 

“Total”ın prezidenti təyyarə qəzasında həlak oldu<b style="color:red"></b>

Fransanın dünyaca məşhur neft-qaz konserni “Total”ın prezidenti Kristof de Marjeri oktyabrın 21-nə keçən gecə Moskvanın “Vnukovo” aeroportunda baş verən təyyarə qəzasında həlak olub.
 
“Media forum” saytı xəbər verir ki, “Total” prezidentinin əyləşdiyi kiçik mühərrikli “Falkon” təyyarəsi uçuş zolağında qartəmizləyən maşınla toqquşub. 

Təyyarədə daha üç nəfərin həlak olduğu bildirilir. 

“Lifenews.ru” saytının məlumatına görə, bir ay öncə “Total” Rusiyaya qarşı beynəlxalq sanksiyalara qoşularaq Qərbi Sibirdəki yataqlarda  “Lukoyl”la işbirliyini dayandırıb.

Xatırladaq ki, “Total” şirkəti 1924-cü ildə yaradılıb.

 





21.10.2014    çap et  çap et