525.Az

Davudoğlu istefaya hazır olduğunu bildirib


 

Davudoğlu istefaya hazır olduğunu bildirib<b style="color:red"></b> Türkiyənin Baş naziri Əhməd Davudoğlu istefa verməyə hazır olduğunu açıqlayıb.
 

Trend-in məlumatına görə, bu barədə Türkiyənin "Sabah" qəzeti xəbər verib.

Ə.Davudoğlunun sözlərinə görə, Türkiyə hakimiyyətinin kürdlərə qarşı nifrət və kin bəslədiyi sübut olunarsa, o öz vəzifəsindən getməyə hazırdır:

“Hakimiyyətdə olan digər vəzifə sahiblərinin belə kürdlərə qarşı kin və nifrət bəslədiyi sübut olunsa, onları vəzifədən azad etməyə hazırıq”.

Məlumat üçün bildirək ki, Türkiyə hakimiyyəti Suriyanın kürdlər yaşayan Kobani şəhərinin “İŞİD” terrorçularında müdafiə etmək üçün hərbi texnikadan istifadə etməyəcəyini açıqladıqdan sonra, bəzi siyasi partiyalar ölkə rəhbərliyini kürdlərə qarşı kin və nifrət siyasəti yürütməkdə ittiham ediblər.

Suriyanın Kobani şəhəri artıq bir neçə vaxtdır ki, “İŞİD” yaraqlılarının nəzarəti altındadır.

Dünən Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu bildirib ki, Ankara İraqın şimalındakı kürd administrasiyasının tabeliyində olan "Peşmərgə"nin (xüsusi təyinatlı ordu hissələri) Türkiyə ərazisindən Suriyanın Kobani şəhərinə keçməsinə yardım edib.

Onun sözlərinə görə, Türkiyə Suriyanın Kobani şəhərinin "İŞİD" qruplaşmasının nəzarəti altına keçməsini istəmir.

M.Çavuşoğlu qeyd edib ki, hazırda Kobanidə "İŞİD" yaraqlılarına qarşı döyüşən 7 hərbiləşdirilmiş qrup var.
 





21.10.2014    çap et  çap et