525.Az

Fransa alimləri “halal-test” yaradıblar


 

Fransa alimləri “halal-test” yaradıblar<b style="color:red"></b> Fransanın “Capital Biotech” şirkəti “halal-test” adlanan test hazırlayıb. Test alınan məhsullarda donuz ətinin və ya alkoqolun olmasını cəmi bir neçə dəqiqə ərzində müəyyən edir. 
 
Lent.az-ın verdiyi xəbərə görə, “Halal-test” ilk növbədə şəri qaydalarına görə, rasionunda bir sıra məhsulların, o cümlədən donuz əti və alkoqolun qadağan edildiyi müsəlmanlar üçün nəzərdə tutulub.
 
Qurğunun işləmə prinsipi hamiləlik testinki ilə oxşardır: istehlakçı qida nümunəsinin azacıq bir hissəsini isti suya qoymalıdır. Bir neçə dəqiqə sonra test nəticəni göstərəcək.
 
İxtiraçılar həmçinin, qanın oksigenasiyası əsasında heyvanın hansı yolla öldürüldüyünü müəyyən etməyə imkan verəcək testi də hazırlamağı düşünürlər.
 





21.10.2014    çap et  çap et