525.Az

Elmar Məmmədyarov Serbiyanın yeni səfirini qəbul edib


 

Elmar Məmmədyarov Serbiyanın yeni səfirini qəbul edib<b style="color:red"></b> Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Serbiyanın ölkəmizə yeni təyin olunmuş səfiri Neboyşa Rodiçi qəbul edib.
 
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə N. Rodiç etimadnaməsinin surətini E. Məmmədyarova təqdim edib.
 
E. Məmmədyarov Azərbaycanla Serbiya arasında əlaqələrin dinamik surətdə inkişaf etdiyini bildirib və N. Rodiçə uğurlar arzulayıb.
 
Öz növbəsində N. Rodiç diplomatik fəaliyyəti müddətində Azərbaycanla Serbiya arasında ənənəvi dostluq əlaqələrinin inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.
 





20.10.2014    çap et  çap et