525.Az

AMEA Əlyazmalar İnstitutuna yeni direktor müavini təyin edilib


 

AMEA Əlyazmalar İnstitutuna yeni direktor müavini təyin edilib<b style="color:red"></b> AMEA Rəyasət Heyətinin qərarı ilə filologiya üzrə elmlər doktoru Aybəniz Əliyeva-Kəngərli AMEA Əlyazmalar İnstitutuna Elmi işlər üzrə direktor müavini təyin edilib.
 

İnstitutdan APA-ya verilən xəbərə görə, bu gün AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli və Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli Aybəniz Əliyeva-Kəngərlini kollektivə təqdim ediblər.
 
Qeyd edək ki, Aybəniz Əliyeva-Kəngərli uzun müddət AMEA Mərkəzi Elmi Kitabxanasına rəhbərlik edib.
 





20.10.2014    çap et  çap et