525.Az

Ermənistan parlamenti idarəçilikdəki böhranı müzakirə edəcək


 

Ermənistan parlamenti idarəçilikdəki böhranı müzakirə edəcək<b style="color:red"></b> "Çiçəklənən Ermənistan", "İrs" və "Ermənistan Milli Konqresi" partiyaları ölkədə idarəçiliklə bağlı böhran üzrə hazırladıqları layihənin təcili müzakirə olunması təşəbbüsü ilə çıxış ediblər.

Trend-in Ermənistan KİV-ə istinadən verdiyi məlumata görə, ölkə parlamentinin spikeri Qalust Saakyan bildirib ki, müxalif partiyaların təşəbbüsü növbədənkənar qaydada müzakirə olunacaq.

Layihə müəllifləri qeyd ediblər ki, hakimiyyətin fəaliyyəti iqtisadiyyatda, sosial sahədə, eləcə də xarici daxili siyasətdə iflasa səbəb olub: "Bundan başqa, kütləvi miqrasiya vüsət alıb".
 





20.10.2014    çap et  çap et