525.Az

Sabah hava necə olacaq?


 

Sabah hava necə olacaq?<b style="color:red"></b>

Oktyabrın 21-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, gün ərzində bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 7-10, gündüz 15-19 dərəcə isti olacaq.
 
Azərbaycanın rayonlarında sabah səhər ayrı-ayrı yerlərdə duman olacağı, bəzi yerlərdə yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, əsasən dağlıq ərazilərdə arabir güclənəcək. Havanın temperaturu gecə 7-12, gündüz 14-19 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti olacaq.

 





20.10.2014    çap et  çap et