525.Az

Avropa İttifaqı ölkələrinin XİN başçıları Ukraynadakı vəziyyəti müzakirə edəcəklər


 

Avropa İttifaqı ölkələrinin XİN başçıları Ukraynadakı vəziyyəti müzakirə edəcəklər<b style="color:red"></b> Avropa İttifaqının Xarici İşlər Şurasının bu gün keçiriləcək sessiyasında  Ukraynadakı vəziyyət, Minsk razılaşmasının tələblərinin yerinə yetirilməsi istiqamətində atılan addımlar və Rusiyaya qarşı tətbiq olunan sanksiyalar müzakirə olunacaq.
 
APA-nın İTAR-TASS-a istinadən verdiyi xəbərə görə, bunu Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali komissarı Ketrin Eşton deyib.
 
“Biz hazırkı vəziyyəti təhlil edəcəyik və növbəti addımları müəyyənləşdirəcəyik”, - deyə o vurğulayıb.
 
Qeyd edək ki, Avropa İttifaqı Minsk razılaşmasının tələblərinin yerinə yetirilməsi üçün Rusiyanın atdığı addımların Moskvaya qarşı sanksiyaların tam və ya qismən aradan qaldırılması üçün əsas amil ola biləcəyini bəyan edib.
 





20.10.2014    çap et  çap et