525.Az

Dindirir əsr bizi...


 

Dindirir əsr bizi...<b style="color:red"></b>

El-obamız neçə ildir ki, bədnam erməni millətçilərinin hiyləsindən törənən vəhşiliklərə məruz qalıb. Bu faciənin başvermə səbəbləri ona son qoymaq imkanları barədə müxtəlif rəylər irəli sürülür, çağırışlar səslənir. Az-çox təcrübəsi olan qələm əhli kimi eşitdiklərimə gördüklərimə istinadən bu hadisənin bəzi məqamlarını açıqlayan mülahizələrimi bildirmək istərdim.

O vaxtlar respublikaların, rayonların, sovxoz kolxozların yarışı ənənəyə çevrilmişdi. 1956- ildə Ermənistanın Mehri rayonunun nümayəndə heyəti yarış şərtlərini yoxlamaq məqsədilə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonuna gəlmişdi. Muxtar respublikanın bəzi rəhbər işçiləri bu yoxlamada iştirak edirdilər. Günorta fasiləsində təmtəraqlı süfrə açıldı. Dolu qədəhlər cingildədi. Azərbaycan Hayıstan dostluğu barədə alovlu nitqlər söyləndi. Sağlıqlar deyildi. Sonra yoxlama komissiyası ilə birlikdə gəlmiş erməni musiqiçilərinin konserti başlandı.

Naxçıvan kənd təsərrüfatı nazirinin müavini Minəs Markarov sanki həmişəki lal-dinməz adam deyildi. Əllidən artıq yaşı olan bu adamın qanadı olsaydı, uçardı. O, vəcdlə çalğıçıları yanlayıb, isə pıçıldadı. Həmin anda Minas Nikoqosoviçin rəngi daha da duruldu. Görünür, çalğıçılarla olan söhbəti alınmışdı... Erməni müğənnisi qavalı qulağına qaldırdı, kaman inildədi... Qəlbləri ehtizaza gətirən bir musiqi səsləndi. Bu musiqinin təsiri altında Minəs Markarovun baxışları, əziz-xələfi ölübmüş kimi hüznlü ifadə aldı ağzını qulağıma yaxınlaşdıraraq:

Bilirsiniz, bu mahnıdır!? – soruşdu.

Xeyr, bilmirəmcavab verdim.

Bu cür incə mətləblərdə daha ayıq-sayıq olan Ordubad rayon partiya komitəsinin ikinci katibi Armenak Saakyan Minəs Markarova eyhamla qaş-göz elədi. Minəs Markarov isə görünür, onu tam başa düşə bilmədi. Minəsin köhnə yaraları qövr eləmişdi. O, içəridən qovrula-qovrula:

Bu mahnının adıKrunqdu” – dedi. – Ancaq çoxdan qadağan olunmuşdu. Stalinin dövrundə bu musiqi çalınsaydı, bizi dama basardılar.

Təəccübüm bir az da artdı:

üçün?! – soruşdum.

Minəs Markarovun dolu sifəti kədərli ifadə aldı. O, dərindən ah çəkərək:

Bilirsən, – dedi. – O vaxtlar türklər bizim ermənilərin başına olmazın müsibətlər açıblar. Dədə-babalarımızı amansızcasına qırıblar. “Krunqhəmin faciəli günlərimizi tərənnüm edir. Ermənicə bilsəydin, oxuyanın sözlərini başa düşərdin. Bu o deməkdir ki, ey göydə uçan durnalar! O tərəflərdən soraq verin! Ölənlərimizdən, sağ qalanlarımızdan, türkün əlindən qurtaranlarımızdan xəbər?!

Mahnı Minəs Markarovla Armenak Saakyanın məkrli qəlbində gizlənən intiqam hissini necə alovlandırdığı aydınca hiss edilirdi... Sən demə, erməni müğənnisinin avazında səslənən həmin mahnının məna dərinliyində, məqam gözləyən partlayış gizlənibmiş. Onu biz indi-indi başa düşməyə başlamışıq. Özü gec, çox gec. Başımız daşdan-daşa dəyəndən sonra.

Həmin illərdə elə gətirdi ki, Şərur rayonundan olan gənc bir mütəxəssisin şikayəti ilə əlaqədar olaraqKəndə mütəxəssis gedirbaşlığı altında bir felyeton yazdım. Məqalədə bir çox məsul işçilər, o cümlədən, Minəs Markarov tənqid olunmuşdu. Yalnız Minəs Markarovun adını çəkdiyimə görə tənəli sözlərə məruz qaldım. Felyetonda belə bir cümlə işlətmişdim. – Orta təhsilli olsam da, nazir müaviniyəm. Ali təhsillilərin əlinə çöpü cüt-cüt verirəm.

Elmi dərəcəsi olan özünü alimlərin alimi hesab edən kənd təsərrüfatı naziri bu barədə mənə incikliyini bildirdi:

O biri müavinlərimi yazsaydın, mənə o qədər yer eləməzdi, sənə bir sağ ol da deyərdim. Amma Minəs Nikoqosoviçin adını nahaq çəkmisən. Bilirsən o necə nəcib insandır...

Nazir bir müddət məni görəndə necə deyərlər arxasını çevirirdi. Bu alim naziri qınamıram. ÇünkiKrunqun mənasındakı məkri duymaq üçün əsl alim fəhmi lazım idi.

Şöhrətli şair Avetik İsakyan ömrünün son anlarında gözlərini güclə açıb onun nəbzini yoxlayan həkimə:

Özünüzü incitməyin, əzizim, – deyib. – qədər ki, Naxçıvan, Dağlıq Qarabağ Ermənistanla qovuşmayıb, mənim ürəyim sakit vura bilməz.

Deməyim odur ki, bu qara niyyət hələ o vaxtlar erməni müğənnilərinin avazında, şairlərin sözündə tərənnüm olunurdu. fayda ki, qulağımıza çatan bu mənhus ulartılar dərrakəmizə az çatırdı.

1950-ci illərin axırlarında Ermənistandan səhifə hazırlamaq üçün redaksiyamızın əməkdaşı Hidayət Zeynalovla Yerevana getmişdim. Söz yox ki, hazırlayacağımız səhifənin ideyası milli münasibətlərin yaxşılaşmasına getdikcə möhkəmlənməsinə yönəldilməli idi. Ancaqqozbeli qəbir düzəldərdeyiblər. Dostluq təmənnasıynan atdığımız hər addım erməni millətçilərinin hiyləsiynən üzləşirdi.

Bizə şəhər mehmanxanalarının birində yer vermişdilər. Axşam həmkarımla Yerevanın mərkəzi küçəsində gəzinirdik. Qarşımıza çıxan boynu qalstuklu, xaricən mədəni görünən ədalarından iqtidar elm sahiblərinə oxşayan şəhər sakinləri bizə ikrah hissi ilə:

Hayerin xosu ara!! Hayerin xosu!! – deyib ötürdülər.

Səhər bu söhbətiSovet Ermənistanıqəzetinin şöbə müdiri İsrafil Məmmədova danışdıq. O, izah etdi ki, yəqin azərbaycanca danışmısınız, onlara acıq gəlib – “hayerin xosu” – ermənicə danışındeməkdir.

Həmin gün BakınınNeftçikomandasıAraratfutbolçuları ilə oynamaq üçün Yerevana gəlmişdi. Biz həmin oyuna getməli olduq. İsrafil əvvəlcədən bizə xəbərdarlıq etdi ki, nəbadə azərbaycanca danışasınız. Xataya düşə bilərik.

Yerevanı gəzərkən İsrafil bizə geniş məhəllələr göstərdi:

Bu yerlərdə qədimdən azərbaycanlılar yaşayırdı, – dedi. – İndi seyrəliblər, ermənilər yaman sıxışdırır! Rəhbər vəzifələrdə azərbaycanlı qalmayıb. Bizimkilərə göz verib, işıq vermirlər.

Yuxarıda qeyd etdiyim alim nazir isə Minəs Markarovu tənqid etdiyimə görə mənnən hələ ağzıəyri danışırdı. Nazir söhbətlərimizin birində, Minəsin barəsində felyeton yazmağımı mətbuat sahəsində təcrübəmin kifayət qədər olmaması ilə əsaslandırırdı. Belə çıxırdı ki, ermənilərin qəbahətindən keçməyə dəyər. Əks təqdirdə beynəlmiləl tərbiyəmizin kifayət qədər olmamasının əzabını çəkə bilərdik.

Bax, bu cür mülahizələrə görə, güc-bəla ilə orta təhsil qazanan Akop Ayvazyan adlı ütük bir erməni on illər idi vilayət partiya komitəsində əyləşib hamının başında qoz sındırırdı. Şöbə müdirləri, katiblər belə onnan ehtiyatla davranırdılar. Axı Akop Ayvazyan nöyzənbillah səsini qaldırardı. – Arxalı köpək qurd basar, – deyiblər. Yerevandan, Moskvadan belə ermənilər bu səsə oyana bilərdi yüksək kürsü sahiblərinə zaval toxunardı.

Rayonların çoxunda ikinci katiblər erməni millətindən olmalıydı. Kimin həddi vardı ki, Mərkəzi Komitənin meyarına uyğun olmayan hərəkət etsin. Nəyinsə xatirinə... Erməni kadrlarının nazıynan oynamaq lazım idi.

Bəs Dağlıq Qarabağ Muxtar vilayətində necə?! Orada belə bir məntiqə məhəl qoyan var idimi?! Əsla! Çünkişəriət avamlar üçündürdeyiblər. İşimlə əlaqədar Stepanakertə getmişdim. Vilayət partiya komitəsində katib işləyən Bahadur İbrahimovla tanış oldum. Nəzakətli, kənd təsərrüfatı sahəsində dərin biliyi olan kamil alim idi. Akademik İmam Mustafayevin yetirməsiydi. İkinci dəfə Stepanakertə ayağım düşəndə onu kabinetində görmədim. Başını əkmişdilər.

Boynumuza alaq ki, bəzən özümüz-özümüzə yağı kəsilirik. Otuz-qırx il bundan qabağın əhvalatı olsa da, bunu deməyə bilmərəm. Məmməd Cəfərov Naxçıvan vilayət partiya komitəsində şöbə müdiri işləyirdi. Cavan, çevik, son dərəcə nəzakətli olan bu adamı ali partiya məktəbində oxumaq üçün Moskvaya yola saldılar. Məktəbi bitirəndə Şirvan zonasındakı rayonların birinə birinci katib göndərildi. Təmiz, səriştəli işçiydi, rayonda da yaxşı nüfuz qazanmışdı. Sən demə, Naxçıvanın düzlük paklıq mühitində yetkinləşən bu nəzakətli insanalıb-verməkelmindən, xüsusilə partiya orqanları şöbəsinə başçılıq edən əlçatmaz şəxsin qoyduğu məzənnədən xali imiş... Ona görə onu, öz istəyini nəzərə almadan istirahətə getməyi məsləhət gördülər. Qayıdanda da başa saldılar ki, get Naxçıvana, orada sənə daha yüksək vəzifə veriləcək. Gəldi, ancaq Məmməd Cəfərova kim idi verən?! olsun ki, marksizm-leninizmi əzbər bilir. Yazılmamışelmlərdən naşı idi. Onu xeyli incitdikdən sonra nəhayət partiya kitabxanasına müdir qoydular.

Məmməd CəfərovKommunistin redaktoru Ağababa Rzayevlə bir yerdə oxumuşdu. Ona görə Ağababa müəllim hər dəfə mənimlə görüşəndə, Məmməd Cəfərovun halına acıyıb:

Bacarsan ona kömək et, – deyirdi.

Bir neçə dəfə vilayət partiya komitəsinin katiblərinə onun barəsində ağız açdım. – Söhbət burda qalsın, onda ağıl çatışmazlığı var. Bunu yuxarılar da bilir. Ancaq özünə hiss etdirmirikcavabını aldım.

Onun barəsində gedən bu namərd söz-söhbət Məmməd Cəfərovun da qulağına çatmışdı. Onun özündə , özünə qarşı qəribə bir şübhə yaranmışdı. Bir dəfə xəcalət çəkə-çəkə məndən soruşdu:

Bu sirri heç kəsə aça bilmirəm. Ancaq düzünü de, hərəkətlərimdə, danışığımda qeyri normallıq hiss eləmirsiniz ki?!

Yoox! danışırsınız?!

Həyat yoldaşım ucundan-qulağından eşidib ki, guya mən başdan...

Ürəyim ağrıdı!

Başqa bir misal. Əməkdaşı olduğumKommunistqəzeti redaktorunun kabinetindəydim. Növbəti nömrə üçünNeft daşlarından hazırlanmış fotoşəkli nəzərdən keçirib, sifətini turşutdu fotoqrafa hirslənərək:

Yaxşı sənətkarsan e, ancaq siyasətdən kasadsan. Öndə böyük xalqın nümayəndəsi olmalıdır, başa düşdün?! Sən isə...

Fotoqraf çəkdiyi şəkli götürüb kor-peşman redaktorun kabinetini tərk etdi. Redaktor üzünü mənə tutaraq:

Bunları öyrədə bilmədim dəə!

Bəli, yadlara yarınmaq, özümüzünkülərə dirsək göstərmək dərsiningec mənimsənilməsi başbilənlərimizə necə ağır dərd olmuşdu.

Başqa millətlərin nümayəndəsini təkcə qəzet, jurnalları bəzəyən fotoşəkillərdə yox, həyatda da öndə görmək, başda oturanlarımızın beynəlmiləlçi ədəbin zirvəsini fəth etmək niyyətindən irəli gəlirdi. Bu cür düşüncə tərzinin mövcudluğuKrunqun getdikcə güclənən ulartısına rəvac verirdi. İki qonşu xalqı qırğına səsləyən bu müdhiş avazlar hiss olunmadan öz işini görürdü...

Adamın ağlını alandan sonra, canını almağa var ki! Yerevan siyasətbazları bu zərbi-məsəli ustalıqla improvizasiya eləyib, daşnaq xəyanətinə xas olan ssenari hazırladılar. Əvvəl-əvvəl Ermənistanda yaşayan yüz minlərlə azərbaycanlını ağıllılardan məhrum etmək siyasətini həyata keçirməyə başladılar. “Krunqun müşayiəti ilə Ermənistandakı azərbaycanlı ziyalıların respublikamıza axını başlandı. Oradakı soydaşlarımız başbilənlərini itirəndən sonra minillik ata-baba yurdlarını, qədimdən-qədim torpaqlarını itirmək məcburiyyəti qarşısında qaldılar. Neçə-neçə gəlinlər ərsiz, atalar oğulsuz, analar balasız qaldı. Böyük Vətən müharibəsi dövründə faşistlərin necə qırğınlar törətdiyini eşitmişəm. Ancaq eşitməmişəm ki, dinc əhalini, günahsız arvad-uşağı iri dəmir borulara doldurub işgəncə ilə məhv etsinlər. Bunu Ermənistandan gəlmiş soydaşlarımızın dilindən eşidirdim! – Elə dalaş ki, barışanda utanmayasan, – deyiblər. Ancaq utancaqlıq abır, həya, nəciblik, nəzakət əlamətidir. Erməni məliklərində bu cür insani keyfiyyətlər olsaydı, dərd idi?!

Həmin ərəfədə ermənilərin sevimli yazıçısı Silva Kaputikyan mərkəzi qəzetlərdə çap etdirdiyi məktubunda Andronikin xaricdə qoyulmuş heykəli önündə hüznlə baş əyib, dərin-dərin xəyallara daldığından, bumilli qəhrəmanın əlindəki qılıncın haçansa yenidən zühr eləyib sivriləcəyinə qəti əmin olduğundan ürəkdolusu yazırdı. “Mən ermənilərin bu ziyalı qadınının türk millətinin cəlladı olan Andronikin qılıncını baş kəsməyə səsləyən məktubunu oxuyanda savadsız nənələrimizin, igidlərin savaşında yaylıq atıb, qan yatırtdığını xatırlayırdım. Sən bir savadlı erməni qadınının qaniçənliyinə bax, savadsız azəri qadınının qan yatırtmasına”...

Düzdürqanı qanla yox, su ilə yuyarlar, – deyiblər. Biz bu zərbi-məsəlin ifratına varmışıq. Silva Kaputikyanın qan qoxusu gələn cızmaqaralarını oxuduğumuz, “Krunqu dinlədiyimiz, Avetik İsaakyanın arzularından hali olduğumuz, soydaşlarımızın Ermənistandan o cür faciəli vəziyyətdə qovulduğunu gördüyümüz təqdirdə belə yumşalırdıq, yumşaltmağa çalışırdıq, geri çəkilirdik, yeni-yeni barışdırıcı cığırlar arayıb-axtarırdıq. Güzəştə getmək, geri çəkilməkfəlsəfəsi uymaqla sanki özümüzün uzaqgörənliyimizi, humanistliyimizi, dərin düşüncə sahibi olduğumuzu nümayiş etdirirdik. Sağlığında əlimizin üstündə gəzdirdiyimiz baqramyanların, babacanyanların, yoxluğunda büstünü ucaldıb onların ruhu qarşısında səcdə qılırdıq.

Bu məktubu oxuyanlardan bəziləri bəlkə məni qisasçılıq hissini qızışdıran müəllif kimi qınaya da bilərlər. Xeyr, düşməni məhv etmək üçün əvvəlcə ona nifrət etmək lazımdır! Qanmayanı qandırmaq gərəkdir. Qisas, nifrət Məhəmməd hümmətinə yaddır. Bizi buna vadar eləyən yalnız yalnız erməni millətçiləridir. Türk qanı olan elə bir adam təsəvvür etmirəm ki, o min il bundan sonra da tariximizin Xocalı, Malıbəyli, Şuşa, Laçın səhifəsini vərəqləyəndə onda intiqam hissi alovlanmasın.

Astronomiya elminin bilicisi Ambarsumyanın məşhur fizik olduğuna şübhəmiz yoxdur. Onun milli münaqişədəki mövqeyinin şahidi olduqca təəssüflənməyə bilmirəm. Görünür bu görkəmli alim fizikanıntəsirin əks təsirə bərabər olması barədəki qanununu öz sələflərinə təlim etməyi unudub. Çox unudub, təəssüf! Bunun üçün alimlik azdır, xeyirxah insan da olmaq lazımdır.

(Ardı növbəti şənbə sayımızda)

 





20.10.2014    çap et  çap et