525.Az

Vaqif İbrahimoğlunun 65, “Yuğ” Teatrının 25 illiyi qeyd ediləcək


 

Vaqif İbrahimoğlunun 65, “Yuğ” Teatrının 25 illiyi qeyd ediləcək <b style="color:red"></b>

18 oktyabr tarixində Azərbaycanın görkəmli rejissoru, Yuğ Dövlət Teatrının banisi Əməkdar incəsənət xadimi Vaqif İbrahimoğlunun 65, onun yaratdığı YUĞ Dövlət Teatrının 25 yaşı tamam olur. Ustad rejissorun 65 illik yubileyi günü – 18 oktyabr saat 16.00-da Azərbaycan DövlətYuğTeatrında tədbir keçiriləcək. Tədbirdə Vaqif İbrahimoğlunun mətni əsasında hazırlananAudensiyatamaşası nümayiş etdiriləcək. 1996- ildə Vaqif İbrahimoğlunun quruluşunda hazırlanan tamaşa bərpa olunub. Tamaşada teatrın aktyoru, Respublikanın Əməkdar artisti Fərhad İsrafilov çıxış edir. Yubiley tədbirində rejissor Babək Şirinsifətin çəkdiyiYuğfilmi nümayiş olunacaq.

 

Vaqif İbrahimoğlu rejissor kimi fəaliyyətə Eksperimental Teatr Studiyasından başlayıb. Rejissor elə ilk işi olanƏhvalat vaqe olurtamaşası (tamaşa Sultan Məcid QənizadəninXor-xor”, Cəlil MəmmədquluzadəninYığıncaq Cəfər CabbarlınınYaylağa gedirbirpərdəli komediyalarının kompozisiyaları əsasında hazırlanmışdı) ilə seçdiyi sənət istiqamətini, yaradıcı iddialarını bəyan etdi. Abbas Mirzə Şərifzadə adına Aktyor Evinin nəzdində fəaliyyət göstərən Teatr-studiyasında quruluş verdiyi iki tamaşa – “Qədim nəslin nümayəndələriA.P.ÇexovunEvlənmə”, B.ŞoununLord Avqust başında...” L.PirandellonunAxmaqadlı birpərdəli pyesləri əsasında) Məcnun” (Məhəmməd FüzulininLeyli Məcnunpoemasının motivləri əsasında, rus dilində) tamaşaları ilə V.İbrahimoğlu, əgər belə demək mümkündürsə, öz yaradıcılıq istiqamətinin konturlarını cızdı. Studiya bağlansa da Vaqif İbrahimoğlu həmfikirləri burada başladıqları işi M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indiki Azərbaycan Dövlət Mədəniyyət  İncəsənət Universiteti) nəzdində fəaliyyət göstərən Tədris Teatrında davam etdirdilər. Aktyor Evinin nəzdindəki teatr-studiyanın fəaliyyəti isə teatr aləmində özünütəsdiq teatr konsepsiyasının realizəsi prosesində tramplin rolunu oynadı. Bu prosesdə növbəti mərhələni isə Tədris Teatrının səhnəsində hazırladığıZəncirbənd” (Anar), “Ac həriflər” (Əbdürrəhim bəy Haqverdiyev), “Yaylağa gedir” (Cəfər Cabbarlı), “Var olsun günəş” (Kamal Aslanov), “Güneylər, quzeylər” (Rəsul Rza), “Diqqət! Başlayıram” (Rəhman Əlizadə), “Təskinlik verməyi unutmayın” (Antuan de Sent EkzüperininBalaca şahzadəəsəri əsasında), “Komsomol” (Səməd Vurğun) kimi tamaşalarla gerçəkləşdi.

 

1982-1989-cu illərdə V.İbrahimoğlu Musiqili Komediya Teatrında baş rejissor vəzifəsində çalışıb. Rejissorun milli teatr poetikasını yaratmaq arzusu bu yolda mətin mübarizəsi artıq fərqli konsepsiya ilə işləyən, fərqli bədii-estetik prinsiplərə söykənən yeni bir teatrın yaranmasını zərurətə çevirdi. Əslində, V.İbrahimoğlunun yaradıcılığını teatr fəaliyyətinə başladığı ilkin dövrdən etibarən məhz yuğ tipli, yuğ amallı bir teatrın yaradılmasına doğru bir yol kimi dəyərləndirmək olar. Rejissorun quruluşunda səhnə həyatı tapan, az qala, hər biri hadisəyə çevrilən bütün tamaşalar isə bu yolda atılan növbəti addım idi nəhayət 1989-cu ildə Həsənağa Turabovun təşəbbüsü yaxından köməkliyi nəticəsində Akademik Milli Dram Teatrının nəzdindəYuğTeatr-Studiyası açıldı. 1992-ci il 18 oktyabr tarixində bu studiya dövlət statusu aldı.

 

Yuğelə ilk tamaşasıMəhəmmədhüseyn ŞəhriyarınHeydərbabaya salampoeması əsasında hazırlananSalamtamaşası ilə Teatr öz yaradıcılıq yolunun konturlarını cızdı. Daha sonraAçar”, “Dad”, “Oğulkimi tamaşalarla sənət axtarışlarını davam etdirdi. “Yuğun repertuarında yer alan tamaşalara nəzər saldıqda Teatrın klassik irsimizin nümunələrinə (“Kitabi-Dədə Qorquddastanı, Nizami Gəncəvi, Məhəmməd Fizuli, Mirzə Ələkbər Sabir, Cəlil Məmmədquluzadə, Hüseyn Cavid s.), müasir yazarların (Ramiz Rövşən, Afaq Məsud, Vaqif Bayatlı,  Firuz Mustafa, Mehman Musabəyov, Kamal Abdulla s.) əsərlərinə müraciət etdiyinin şahidi oluruq. Repertuarda əcnəbi müəlliflərin (Şekspir, Ekzüperi, Bekket, Höte, Çexov, Qoqol, Yamamoto s.) əsərləri əsasında hazırlanan tamaşalar da az deyil. “Yuğun tarixinə qısa ekskursdan da göründüyü kimi, teatrın repertuarı çox rəngarəndir, amma bu repertuatrda rast gəldiyimiz əsərləri birləşdirən bir amil var; onların hər biri ilahi mətləblərə, sakral, arxetipik məna qatına malikdir.

 

Bu gün Vaqif İbrahimoğlunun yadigarı – “YuğDövlət Teatrının 25 yaşı tamam olur. O özü isə 3 ildən çoxdur ki, cismən aramızda yoxdur. 2011-ci ilin 12 may tarixində ağır xəstəlikdən sonra dünyasını dəyişib. Amma yetirmələri, tələbələri yaratdığı teatr bu gün Vaqif İbrahimoğlunun yolunu davam etdirir.
 





20.10.2014    çap et  çap et