525.Az

Səni unutmayacağıq, İsa Kayacan!


 

Səni unutmayacağıq, İsa Kayacan! <b style="color:red"></b>

İlahi, bir ildə qədər doğma insan itirmək olar?..

 

İlahi, bir ildə qədər qardaşlaşmış dostlarla əbədi vidalaşmaq olar?..

 

İlahi, bir ildə qədərUstaddeyə biləcəyin müəllimini ölümsüzlüyə uğurlamaq    olar?..

 

Öncə Tofiq ABDİNSİZLİKABİsizliyi!..

 

Sonra Adil MİRSEYİDSİZLİK faciəsi!..

 

Ardınca Arif ƏMRAHOGLUSUZLUQ məşəqqəti!..

 

İndi telefonda professor Hayrettin İvgininElçin hoca, İsa Kayacanı kaybettikhönkürtüsü...

 

Amansızxərçəng 3 illik mücadilənin uğursuz sonluğuİSA KAYACANSIZLIQ!

 

Türk mətbuatının İmperatoruda ölümsüzlüyünə qovuşdu!

 

Azərbaycan ən böyük dostlarından birini ən böyük sevdalısını itirdi...

 

İsa Kayacan Ankaranın Karşıyaka Məzarlığında əbədiyyətəMərhaba!!!” söylədi...

 

Amma İsa Kayacanın Türkiyə mətbuatındakı əfsanəvi yeri, son 25 ildə Azərbaycan haqqında yazdığı kitabları minlərlə məqalələri, Türk Dünyasından hərəsi 20-30 sayda qəzet dərgilərdə dərc edilən saysız-hesabsız yazıları kitabları həmişə öz aktuallıqlarını saxlayacaq   müəllifini bu xalqların ürəyində əbədi yaşadacaq.

 

Azərbaycan heç zaman səni unutmayacaq, İsa Kayacan!!!

 

Sən Türk Dünyasının qəlbində əbədi yaşayacaqsan!!!

 

Türkiyə mətbuatı bir daha sənin kimi əfsanəviİmperatoryetişdirməyəcək!!!

 

İnanıram ki, heç kim sənin haqqında keçmiş zamanda danışmayacaq, əziz qardaşım! Elə ilk olaraq mən yazımı o ruhda davam etmək istəyirəm. “Komadan öncəki gün yayınlamaqda olduğum hamısı mənim tərəfimdən hazırlanıb çap olunmuş, Azərbaycandakı sayca 5-ci kitabınla maraqlandın. Əvvəlki kitablarına yazdığımön sözlərdən bəzi ayrıntıları bu kitaba da daxil etməmi istədin. İndi o cümlələri oxucularla bölüşürəm:

 

– “Öz əfsanəvi çalışmaları əməlləriylə hər birimizin ürəyində fövqəladə iz salmış qardaşlaşmış dünyaca ünlü türk qəzetəçisi yazarı, şair, professor İsa Kayacan bu dəfəAzərbaycan yazılarıadlı kitabının III cildi ilə görüşümüzə gəlir.

 

Professor İsa Kayacan bütün insanlığa örnək ömründə gerçəkdən sağlığında əfsanələşmiş bir insandır.

 

O, öz insanlıq naturasına görə əsfanəvidir. O, öz qəzetəçilik fəaliyyətinə görə əfsanəvidir. O, bir şair olaraq əfsanəvidir. O, bir yazar olaraq əfsanəvidir. O, Türk dünyası sevdasına görə əfsanəvidir. O, Azərbaycana xüsusi sevgisinə görə əfsanəvidir. Biz bu əfsanəviliklərə professor İsa KayacanınVektorBeynəlxalq Elm Mərkəzindən Fəxri Professor ünvanı almaq üçün ikinci dəfə Bakıya gəlişində şahid olduq. Bu səfər zamanı Azərbaycan aydınlarının da İsa Kayacana olan əfsanəvi sevgisini seyr etdik.

 

Azərbaycan türkcəsiyləVektorNəşrlər Evi tərəfindən çap olunmuş sonsuz oxucu sevgisi qazanmışƏfsanəvi insan İsa Kayacan Azərbaycanadlı kitabında Türk basının İmperatoru Yunus Əmrəsi kimi şərəfli bənzətmələri haqq etmiş İsa Kayacan haqqında görkəmli Türk Azərbaycan aydınlarının məqalələri fikirləri toplanmış şair İsa Kayacanın şeir dünyasından bir sıra örnəklər verilmişdir.

 

Məşhur qəzetəçinin bu kitabında isə əsasən onun 2003-2014- illərdə qələmə aldığı Azərbaycanla ilgili yazılarının bir qismi Türkiyə mətbuatında bir sıra Azərbaycan alimlərinin aydınlarının İsa Kayacan haqqında çap olunmuş məqalələri toplanmışdır. Bu cildin istəkli oxucularımız  tərəfindən rəğbətlə qarşılanacağına ümid edirik”.

 

Çox sevdiyin Şahmar Əkbərzadənin məşhur bir misrası yadıma düşdü:

 

Ölüm yalandı, itim yalan,

 

Dünyada müqəddəs çevrilmələr var!

 

Müqəddəs çevrilmən mübarək, İsa Kayacan!!!
 





20.10.2014    çap et  çap et