525.Az

Minsk qrupu əsir azərbaycanlıların taleyinə biganə yanaşır


 

“BU MƏSƏLƏNİ HƏLL ETMƏK ÜÇÜN HƏMSƏDR DÖVLƏTLƏRİN ƏLİNDƏ KİFAYƏT QƏDƏR İMKANLAR VAR”

Minsk qrupu əsir azərbaycanlıların taleyinə biganə yanaşır<b style="color:red"></b>

Dağlıq Qarabağ münaqişə çərçivəsində baş verən istənilən insident bu işə səlahiyyətli beynəlxalq orqan olan ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən araşdırılmalı yekun nəticə əldə edilməlidir. Həmsədrlik funksiyasının təsis olunmasında əsas məqsəd tərəflər arasında kompramis yollar taparaq münaqişənin mümkün qədər qısa vaxt kəsiyində həllinə nail olmaqdır. Bu baxımdan, qrupun həmsədr dövlətləriABŞ, Rusiya Fransa iki ölkə arasında münaqişəli vəziyyətin davam etdiyini, BMT-nin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı imzaladığı 4 qətnamənin Ermənistan tərəfinin yerinə yetirilmədiyini nəticədə, Azərbaycan torpaqlarının 20 fazinin hələ işğal altında qaldığını nəzərə alaraq müxtəlif zəminlərdə ələ keçirilən əsir girovlarla bağlı məsələlərə xüsusi yer ayırması vacib sayılır. Qeyd edək ki, bu il iyulun 11- erməni xüsusi təyinatlıları Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonuna gedən üç mülki azərbaycanlıdan biriniCəbrayıl köçkünü Həsən Həsənovu öldürüb, kəlbəcərli Şahbaz Quliyev Dilqəm Əsgərovu isə girov götürüblər. Sonuncu iki azərbaycanlı barədə cinayət işi açan işğalçı dövlət onları diversant kimi qələmə verərək mühakimə etməyə hazırlaşırlar. Ancaq məsələyə münasibət bildirməli olan həmsədrlər yalnız quru sözlərlə kifayətləniblər. Təəssüf ki, soyuq münasibət yalnız azərbaycanlı girovlara qarşı sərgilənir. Ermənistandan Azərbaycana diversiya hücumu etmək üçün keçən qruplaşmanın üzvlərini zərərsizləşdirərək, onlardan birini istintaqa cəlb edən Azərbaycan həmin həmsədr dövlətlərin kəskin qınaq obyektinə çevrildi. Halbuki, rəsmi Bakı bu addımla ölkədə təhlükəsizliyin pozulmasının qarşısını almış oldu. Zərərçəkmişlə cinayətkar açıq-aydın göz qabağındadır.

Nəhayət, konstruktiv danışıqların heç bir nəticə vermədiyini anlayaraq, iki azərbaycanlının indiyədək erməni girovluğunda saxlanılmasını, eləcə onlarla bağlı qeyri-qanuni yolla məhkəmə prosesinin başlanmasını qəbul etməyən dövlət başçısı İlham Əliyev bu cür özbaşınalığın davam etməsinə qəti etirazını bildirdi.

Mətbuatda yayılan xəbərlərə görə, prezident İ.Əliyev Kəlbəcər rayonunda saxlanılan iki nəfərin tezliklə qaytarılması məsələsini həll etməyi ATƏT-in Minsk qrupundan tələb edib. Dövlət başçısı bu tələbi ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşdə irəli sürüb: “Onlar diversant deyil, mülki vətəndaşlardır Ermənistan onları azad etməlidir”.

Politoloq Qabil HüseynliSİAya açıqlamasında qeyd edib ki, həmsədr dövlətlərin əlində bu məsələni həll etmək üçün kifayət qədər imkanlar var. O, bildirib ki, Kəlbəcərdə  ermənilər tərəfindən girov götürülən Dilqəm Əsgərov Şahbaz Quliyevin azad edilməsi ATƏT-in Minsk qrupu həmsədrlərinin vəzifəsinə daxil olan məsələlərdən biridir bu məsələdə onların təmsil etdikləri ölkələr Ermənistana təzyiq etməlidir. Politoloq hesab edir ki, həmsədr ölkələrdən olan Rusiyanın əlində girovları azad etmək su içmək qədər asandır:

Ermənistan bütünlüklə Rusiyanın müstəmləkəsi, koloniyasıdır. Eyni zamanda Fransanın Ermənistanla yaxın münasibətləri var. Yəni, bu məsələdə Fransa da həmsədr ölkə kimi Ermənistana təzyiq göstərə bilər. ABŞ bu məsələni Ermənistandan tələb etməsə , onu BMT səviyyəsinə qaldırar, insan haqları konteksindən yanaşar. Yəni, həmsədr dövlətlərin əlində bu məsələni həll etmək üçün kifayət qədər imkanlar var”.

Q. Hüseynli deyib ki, Azərbaycanın tərkib hissəsi hesab olunan əraziyə, öz ölülərinin qəbirlərini ziyarətə gedən insanların ermənilərə tərəfindən həbs edilərək, onlara məhkəmə keçirmək istəmələri gülüncdür onlar hökmən geri qaytarılmalıdır:

Ancaq ikili standartlar bu məsələdə özünü göstərir. Bu məsələ dövlətlərarası razılaşma yolu ilə həll edilməlidir. Bunu da beynəlxalq təşkilatlar, dövlətlər Ermənistana təzyiq etməklə reallaşdıra bilərlər”.

Ermənistanın bütün beynəlxalq konvensiyalara, qanunlara, hüquq normalarına məhəl qoymayan işğalçı dövlət olduğunu xatırladan Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri Rufiz Qonaqov “525”ə açıqlamasında Sarkisyan rejimindən bundan artığını gözləmədiyini vurğulayıb. O bildirib ki, əgər Ermənistan Azərbaycan torpaqlarını neçə illərdir işğal altında saxlayırsa, vətəndaşlarımızı da bu formada girov saxlamaqla, onlara əzab-əziyyət verməklə, qanunsuz məhkəmələr təşkil etməklə diqqəti bir daha öz üzərinə cəlb etmək istəyir. QHT sədri hesab edir ki, bütün bu oyunların başlıca səbəbi Ermənistanın beynəlxalq təşkilatlar tərəfindən layiqli cavab almamasındadır:
 
Sarkisyan beynəlxalq məhkəmə qarşısında Dağlıq Qarabağda azərbaycanlılara qarşı həyata keçirdiyi cinayətkar əməllərinə görə cavab verməlidir. Bununla bağlı, artıq bütün dünya ölkələri üzrə beynəlxalq təşkilatlar öz qəti mövqeyini ortaya qoyaraq Ermənistanı cəzalandırmalıdır. Ukrayana hadisələri ilə əlaqədar Rusiyaya tətbiq olunan sanksiyalar bundan xeyli əvvəl Ermənistana tətbiq olunmalıydı ki, Azərbaycan xalqının başına bu cür faciələr gəlməsin. Artıq ölkənin ayrı-ayrı dövlət qurumları, ictimai təşkilatlar Ermənistan prezindetinin beynəlxalq məhkəmə qarşısında cavab verməsi üçün çalışmalıdır”.

Ceyhun ABASOV

 





20.10.2014    çap et  çap et