525.Az

Leyla Yunus MTN-nin təcridxanasına köçürüldü


 

Leyla Yunus MTN-nin təcridxanasına köçürüldü<b style="color:red"></b>

Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus Kürdəxanı İstintaq Təcridxanasından Milli Təhlükəsizlik Nazirliyinin 1 saylı İstintaq Təcridxanasına köçürülüb.

Modern.az saytının məlumatına görə SDİ-nin eksperti Azad İsazadə "Turan"-a bildirib ki, oktyabrın 20-də səhər L.Yunusa bağlama vermək üçün Kürdəxanı İstintaq Təcridxanasına gedib, lakin administrasiya bildirib ki, o, MTN təcridxanasına köçürülüb.

Xatırladaq ki, L.Yunus Kürdəxanı İstintaq Təcridxanasında 2,5 ay qalıb. Onu da qeyd edək ki, L.Yunusun həyat yoldaşı Arif Yunus avqustun əvvəlindən MTN təcridxanasında saxlanılır. Onların hər ikisi vətənə xəyanətdə ittiham olunur. 

 





20.10.2014    çap et  çap et