525.Az

Bakıda məktəb bağlandı


 

Bakıda məktəb bağlandı<b style="color:red"></b> Oktyabrın 19-u axşam saatlarında hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar Bakı şəhərindəki 225 nömrəli tam orta məktəbin dam örtüyünün bir hissəsi sıradan çıxıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Lent.az-a verilən məlumata görə, bununla əlaqədar olaraq, bu gün təhsil müəssisəsində tədris müvəqqəti dayandırılıb.

Dünən məktəb rəhbərliyi tərəfindən  müəllim və şagirdlər bununla bağlı məlumatlandırılıb.

Hazırda məktəbdə Təhsil Nazirliyinin nümayəndələri və müvafiq ekspertlər araşdırma aparır. Gün ərzində tədrisin bərpa olunması vəziyyəti  ilə bağlı əlavə məlumat veriləcəkdir.
 





20.10.2014    çap et  çap et