525.Az

Qurban Qurbanov: “Milliyə dəvət alsam...”


 

Qurban Qurbanov: “Milliyə dəvət alsam...”<b style="color:red"></b>

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov dünən Azərbaycan Premyer Liqasının 8-ci turunda "Qəbələ" ilə oyundan sonra keçirilən mətbuat konfransında milli komandaya mümkün dəvəti ilə bağlı sualı cavablandırıb.

Qol.Az-ın məlumatına görə, o deyib ki, AFFA tərəfindən ona hələlik milliyə baş məşqçi təyin olunması ilə bağlı təklif gəlməyib:

"Bu təklifi dəvət gəldikdən sonra müzakirə etmək olar. Hazırkı işimdən razıyam, amma əgər Azərbaycan futboluna milli komandada işləməyim lazım olarsa, bu məsələni müzakirə edə bilərəm. Ancaq hazırkı vəziyyətdə fikrim ancaq "Qarabağ"a yönəlib. Mənim üçün çox xoşdur ki, adım milli komandanın baş məşqçisi vəzifəsində hallanır".

 





18.10.2014    çap et  çap et