525.Az

Evdən küllü miqdarda pul oğurlayanlar tutuldu


 

Evdən küllü miqdarda pul oğurlayanlar tutuldu <b style="color:red"></b> Paytaxtda evdən küllü miqdarda pul oğurlayan şəxslər həbs edilib.

Bakı Şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, sentyabrın 24-ə keçən gecə Biləcəri qəsəbəsi, Binəqədi şossesində yaşayan Oktay Əsədovun evindən pəncərədən keçməklə 23.000 ABŞ dolları və qızıl-zinət əşyaları oğurlanıb.
 
Binəqədi RPİ 6-cı PB əməkdaşarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, oğurluqda şübhəli bilinən əvvəllər məhkum olunmuşlar - Abşeron rayon sakini 1985-ci il təvəllüdlü Coşqun Mirzəyev və Bakı şəhər sakini 1988-ci il təvəllüdlü Asif Novruzov tutulub.

Faktla bağlı araşdırma aprılır.
 





18.10.2014    çap et  çap et