525.Az

Nazirliyin bəzi rayon idarələri ləğv ediləcək


 

Nazirliyin bəzi rayon idarələri ləğv ediləcək<b style="color:red"></b> Kənd Təsərrüfatı Nazirliyi (KTN) sistemində struktur dəyişiklikləri davam etdiriləcək. 

Lent.az-ın əldə etdiyi məlumata görə, Kənd Təsərrüfatı Nazirliyində yaradılan yeni xidmətlərin rayon idarələri ləğv ediləcək. Onların bazasında isə regional idarələr yaradılcaq.

Belə ki, KTN-in Dövlət Baytarlıq Nəzarəti Xidməti, Dövlət Texniki Nəzarət Xidmətinin rayon idarələri ləğv olunması bu sıraya daxildir.

Bir neçə gün öncə Respublika Toxum Müfəttişliyinin, Azərbaycan Seleksiya Nailiyyətlərinin Sınağı və Mühafizəsi üzrə Dövlət Komissiyasının və Respublika Pambıq Toxumuna Nəzarət Stansiyasının əsasında yaradılan Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin regional idarələri də yaradılacaq.

Qeyd edək ki, adıçəkilən qurumların əksəriyyətinə, o cümlədən  Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinə hələ də  rəis təyin olunmaması da bununla bağlıdır.
 





18.10.2014    çap et  çap et