525.Az

Azad Rəhimov BMT-də çıxış edəcək


 

Azad Rəhimov BMT-də çıxış edəcək<b style="color:red"></b> Gənclər və idman naziri Azad Rəhimov oktyabrın 20-də BMT Baş Qərargahında keçiriləcək Baş Assambleyanın  69-cu sessiyasında iştirak etmək məqsədi ilə  bu ölkəyə rəsmi səfər edəcək. 
 
Nazirlikdən Lent.az-a verilən məlumata görə, sessiya çərçivəsində  “İnkişaf və sülh naminə İdman”  bəndi altında müzakirələr keçiriləcək. Azad Rəhimov çıxışında müstəqillik qazandığı gündən Azərbaycanın bir çox Avropa və dünya çempionatlarına ev sahibliyi etməsi, 2016-cı ildə Bakıda Şahmat üzrə 42-ci Dünya çempionatının və Formula 1 Grand Prix yarışının, 2017-ci ildə 4-cü İslam Həmrəyliyi oyunlarının, 2020-ci ildə isə UEFA Avro turnirinin keçiriləcəyi haqda məlumatlar  verəcək.
 
Azad Rəhimov həmçinin ölkənin birinci xanımı, Bakı Avropa oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın rəhbərliyi altında  Bakıda start götürəcək ilk Avropa oyunlarına hazırlıqla bağlı məlumatları diqqətə çatdıracaq. Nazir 17 gün ərzində ölkəmizdə keçiriləcək Avropa oyunlarına Avropanin 6000-dən çox idmançısının qatılacağını və onların 20 idman növündə mübarizə aparacaqlarını, idmançıların və ölkəmizə gələcək  turistlərin ölkəmiz haqqında müsbət rəy əldə etmələri və oyunların yüksək səviyyədə keçirilməsi  üçün lazımi hazırlıq işlərinin görüldüyünü vurğulayacaq.

Öz çıxında nazir prezident İlham Əliyevin idmana diqqət və qayğısı, son 10 ildə ölkəmizdə 50-dən artıq idman obyektinin istifadəyə verilməsi, idmançılarımızın Olimpiya oyunlarında, dünya, Avropa çempionatlarında,  Nanjinqdə keçirilmiş Yeniyetmələr arasında Olimpiya oyunlarında qazandıqları qələbələr haqqında da iştirakçıları məlumatlandıracaq.
 





17.10.2014    çap et  çap et