525.Az

Hüseyn Arifin 90 illiyik yubileyi keçiriləcək


 

Hüseyn Arifin 90 illiyik yubileyi keçiriləcək<b style="color:red"></b> Azərbaycan Dövlət Filarmoniyasında xalq şairi Hüseyn Arifin 90 illiyik yubileyi keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyindən Lent.az-a verilən məlumata görə, tədbirdə Hüseyn Arifin zəngin həyat yolu, fəaliyyəti və yaradıcılığından söhbət açılacaq, şeirləri səsləndiriləcək. Habelə, şairin sözlərinə bəstələnmiş musiqilər ifa olunacaq, şairlə bağlı maraqlı videoçarx göstəriləcəkdir. 
 
Qeyd edək ki, H. Arif 1924-cü ildə Ağstafa rayonunda dünyaya gəlib. Qırx ilə yaxın ədib fəaliyyəti olan şair öz yaradıcılıq üslubu ilə aşıq poeziyasını zənginləşdirib, dövrün aktual məsələlərini əsərlərində əks etdirməklə ədəbiyyatımıza yeni nəfəs gətirib. “Azərbaycan Dövlət Mükafatı” laureatıdır.
 





17.10.2014    çap et  çap et