525.Az

“Nida”nın üç üzvü və bir hüquq müdafiəçisi də əfv olundu


 

“Nida”nın üç üzvü və bir hüquq müdafiəçisi də əfv olundu<b style="color:red"></b>

Azərbaycan prezidenti İlham Əliyevin bu gün imzaladığı əfv sərəncamı ilə “Nida” Vətəndaş Hərəkatının üzvləri Şahin Novruzlu, Bəxtiyar Quliyev, Elsevər Mürsəlli və hüquq müdafiəçisi Həsən Hüseynli azadlığa buraxılıblar.

525.az-ın xəbərinə görə, onlar bir müddət əvvəl ölkə prezidentinə əfv olunmaları ilə bağlı müraciət ediblər.
Prezidentin əfv sərəncamı həmçinin 5 nəfər xarici ölkə vətəndaşına da şamil edilib.
 
Türkiyə vətəndaşı Bektaş İlbeyi Yusuf İzzetin oğlu, İran vətəndaşları İmrahi Tohid Əli oğlu və Məhəmmədzadə Səid Müştəba oğlu, Gürcüstan vətəndaşı Naibov Cəlal Camal oğlu və Pakistan vətəndaşı Zada Amir Sher əfv olunublar.
 
Ölkə başçısının son sərəncamı ilə azadlığa çıxanlar arasında 3 nəfər qadın da var.
 
Xatırladaq ki, dövlət başçısı İlham Əliyevin bu gün imzaladığı əfv sərəncamı ümumilikdə 84 nəfərə şamil olunub.

 





17.10.2014    çap et  çap et