525.Az

Bakıda I Beynəlxalq Türkiyə Caz Festivalı çərçivəsində Oya Ergünün konserti olub


 

Bakıda I Beynəlxalq Türkiyə Caz Festivalı çərçivəsində Oya Ergünün konserti olub<b style="color:red"></b>

Bakıda, Türkyənin Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə Birinci Beynəlxalq Türkiyə Caz Festivalının son günündə tanınmış opera ifaçısı, ölkəmizdə fəaliyyət göstərən türkiyəli ifaçı Oya Ergünün konserti oldu.

525.az-ın Türkiyə səfirliyinə istinadən verdiyi məlumata görə, məşhur ifaçı Oya Ergünün konsertində Türkiyənin Azərbaycandakı səfiri Alper Coşkun, elm xadimləri və bir sıra ictimai şəxslər iştirak edib.

Konsert başlamazdan öncə çıxış edən səfir İsmayıl Alper Coşkun Oya Ergünə öz təşəkkürlərini bildirib: “Bu möhtəşəm caz festivalının ümumi koordinatorluğunu üzərinə götürən, Oya Ergün öz təşəkkürlərimi və minnətdarlığımı bildirirəm. Biz Türkiyənin caz dünyasının tanınmış ustadlarını Bakıdakı caz həvəskarları ilə görüşdürdük. İncəsənət sahəsində, ən əsası, caz da daxil olmaqla musiqi çalarları dünyada heyranlıqla tanınan odlar diyarı Azərbaycanda bu festivalı təşkil etmək bizim üçün böyük bir qürur oldu. Biz caz festivalına ən dəyərli caz ustalarını dəvət etdik. Ümid edirik ki, azərbaycanlı qardaşlarımız festival çərçivəsində keçirilən konsertlərdən məmnun qaldılar. Bu Festivalda başda Oya Ergün olmaqla hər kəsə öz təşəkkürlərimi bildirəm”.

Daha sonra səhnəyə çıxan Oya Ergün Bakıda olmağından məmnunluğunu dilə gətirib, ölkəmizdəki pərəstişkarlarından xeyli məktublar aldığını qeyd edib. Musiqinin insanları bir-birinə yaxınlaşdırdığını deyən məşhur ifaçı Azərbaycanda belə bir incəsənət bayramının təşkilinin onu sevindirdiyini xüsusilə vurğulayıb. Türkiyənin Azərbaycandakı səfirliyinə konsertin ərsəyə gəlməsinə görə minnətdarlığını bildirən Oya Ergün öz ifası ilə dünyaya səs salan əsərlərini Azərbaycan tamaşaçılarına təqdim edib. Musiqi axşamında tanınmış ifaçını Türkiyənin məşhur caz ustası Evrim Demirel Ensemble, kamançada Munis Şərifov müşayiət ediblər. müşayiət edib.

 





17.10.2014    çap et  çap et