525.Az

Şakir Nadiroğlunun şeirləri


 

Şakir Nadiroğlunun <b style="color:red">şeirləri</b>

Hərfi dodaqdəyməz təcnis


"
d"

 

Dərdinin dərdini dildardan dilə,

Dağ-dağ dağlansan da dağı daldala.

Dirəşəndə dağ dərdinlə dil-dilə,

Dərdin döyənəyi döyər dal-dala.

 

Dağ döşündə dərdə dava dağdağan,

Dava düşsə dərdə dönər dağda qan,

Davasız dərdinə dava dağda - qan,

Dərər dağ dalından dava dal-dala.

 

Dəryalarda dalğıc dalar dərinə,

Dərdinə darılsan dərdin dəri ?!..

Dərd dirənsə, Nadiroğlu, dərinə,

Dərdlərini daraqlayar dal-dala.

 

Güllü qafiyə

 

Dedim: gözlərində ocaq alışır,

Dedi: bənd olanın canı alışar.

Dedim: yanağınla günəş yarışır,

Dedi: çox baxanın ağlı qarışar.

 

Dedim: zalım, gözəl sevmək xatamı?!..

Dedi: yadlar alsın mənim qadamı.

Dedim: dodaqların püstə-badamı,

Dedi: nübarlıqdır, dişin qamaşar.

 

Dedim: qoy əllərim dəysin əlinə,

Dedi: sən ağıl ver, Allah, dəlinə.

Dedim: Şakir, qadağa ver dilinə,

Dedi:  yox!...yox!... Küsən yarın barışar.

 

Güldü


(
Dodaqbüzən-dodaqdəyməz təcnis)

 

Gül güldü güllükdə gülü görüncə,

Güllükdə güllərin gözləri güldü.

Gözləri gülləndi gülü gəlincə,

Gördü gözəllərin gözəli güldü.

 

Gözəl gözlər gözəllikdi güləndə,

Görən görür: gül gözəldi güləndə...

Gözəllikdə gül gəzən , gülən ,

Gördülər güllükdə gözəl güldü.

 

Gözəllərin gözlərində gül gülə,

Gözəl gündə, Şakir, gülər gül-gülə.

Göz güləndə gözəl gülə, gül gülə,

Gözəl gülən gözlər gözələ güldü...

 

Dəyə


(
Cığalı təcnis)

 

Bülbül bağda cəhcəh vurar intizar,

Meh vura, budaqda gül-gülə dəyə.

        Gülə dəyə,

        Yarpaqlar gülə dəyə.

         Boylanıram bayaqdan,

         Bəlkə yar gülə dəyə?!...

Ürək həsrət çəkər, qalar intizar,

Könül istər gedib yargilə dəyə.

       

Yar elə yandırdı, can alışmadı,

Yarın eşq yolunda can alışmadı.

         Alışmadı,

         Od-ocaq alışmadı.

         Yara qurban demişəm,

         Bu canım alışmadı.

Yarın həsrətinə can alışmadı,

Elə hey gözlədi:- yar gələ dəyə...

 

Şakir, əllə, ya külünglə daşı yar,

Vüsal gəzən həsrət yükü daşıyar.

         Daşı yar,

         Al külüngü daşı yar.

         İnanma əğyar sözünə,

         Sirrimin sirdaşı yar.

Sirrimin ortağı, can sirdaşı yar,

Elə et hər görüş bir ilə dəyə...

 

Dilimdi, dilim

 

Sən gedən yollarda uzana qalıb,

Çiynimnən asılan əlimdi, əlim.

Sən de: bu atəşdən bizə qalıb?

Ocaqda səngiyən külümdü, külüm.

Eşqin dərd başında cilova dönüb,

Həsrətin saçımda qırova dönüb,

Dilim-dilim yanan alova dönüb,

Ağzımda titrəyən dilimdi, dilim.

 

Şakir, hikkəsini gözündən alan,

Yar yolu gözləyib gözləri dolan,

Gizlicə alışan, gizlicə yanan,

Sənsiz gözlədiyim ölümdü, ölüm.

 

Dərdinə

 

Qəm yerində şum eyləyib, dərd əkən,

Yetirdi , becərdi , dərdi ?!...

Naxırı itirib dana gəzənin,

Atdığı , tutduğu , dərdi ?!....

 

Qarabağın vuran qəlbi Qaladı,

Həsrəti od oldu ocaq qaladı...

Kərkük , Dərbənd bizim qaladı,

Könül ağlar Borçalının dərdinə.

 

Qalıb Ələsgərin yurd yeri qərib,

Sazımda inləyən "Yurd yeri", qərib,

Urmiya can üstə, yurd yeri qərib,

Kim dərman eyləyər, Şakir, dərdinə?...

 

Bir hərf üstə dodaqdəyməz


"
a"  

 

Ağıllıya ağılları arxadır,

Ağılsıza arxaları arxadır.

Ağıllılar  arxalıya ad alar,

Arxalılar ağıllını aldadar.

 

Arxalıya arxaları  Ağrıdır,

Ağıllını arxasızlıq ağrıdır.

Arxalının arxasında arxası,

Ağıllının arxasında ağlıdır.

 

Ağıllılar arxalını arxalar,

Ağılları arxalıya arx olar.

Arxasızlıq ağıllını ağladar,

Arxalıysa, Nadiroğlu, ad alar.

 





17.10.2014    çap et  çap et