525.Az

BSU-da Bolqar Mərkəzinin 10 yaşı qeyd edilib


 

BSU-da Bolqar Mərkəzinin 10 yaşı qeyd edilib<b style="color:red"></b>

2004- il oktyabrın 7- Bakı Slavyan Universitetində Bolqar Dili Mədəniyyəti Mərkəzi yaradılıb. Mərkəzin yaranmasının 10 illik yubileyi münasibəti ilə dünən universitetdə tədbir təşkil olunub. Tədbirdə Bolqarıstanın Azərbaycandakı fövqəladə səlahiyyətli səfiri xanım Maya Xiristova, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun nümayəndələri, universitetin professor-müəllim heyəti bolqar dili üzrə təhsil alan tələbələr iştirak ediblər. Tədbiri giriş sözü ilə açan BSU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, millət vəkili,  professor Sahibə Qafarova xanım səfiri digər qonaqları universitetin rektoru, professor Asif  Hacıyevin adından salamlayaraq onları Mərkəzin yubileyi münasibəti ilə təbrik edib. Professor S. Qafarova Bakı Slavyan Universitetində bolqar dilinin 1996- ildən tədris olunduğunu bildirib. O, həmçinin artıq 10 ildir fəaliyyət göstərən Bolqar Dili Mədəniyyəti Mərkəzinin əsas vəzifəsinin Azərbaycan Bolqarıstan arasında mədəni əlaqələri inkişaf etdirməkdən gənclərin hər iki ölkənin mədəniyyətinə təhsilinə marağını artırmaqdan ibarət olduğunu qeyd edib.

Maya Xiristova Bolqar Mərkəzinin 10 illiyinə həsr olunmuş maraqlı tədbir təşkil etdiklərinə görə universitetin rəhbərliyinə bolqarşünas tələbələrə dərin minnətdarlığını bildirib. Bolqarıstanla Azərbaycan arasındakı siyasi-mədəni əlaqələrdən danışan xanım səfir azərbaycanlı tələbələrin bolqar dili mədəniyyətini belə tez mükəmməl mənimsəməsinə, bu dilə göstərilən hörmət qayğıya heyran qaldığını xüsusilə vurğulayıb.

 Bilik Fondunun icraçı direktoru Oktay Səmədov yubiley münasibətilə bolqarşünas tələbələri təbrik edib Fondun adından onlara hədiyyələr bağışlayıb.

BSU-nun Tədris işləri üzrə prorektoru, professor Telman Cəfərov bildirib ki, Mərkəz bu ölkənin dövlət xadimləri, elm, mədəniyyət nümayəndələri ilə keçirilən görüşlərin təşkilində böyük rola malikdir. O, Bolqarıstan Respublikasının Azərbaycandakı səfirliyi ilə sıx müştərək əlaqələrin tərkiblərin olduğunu da qeyd edib.

Tədbirdə Bolqar Dili Mədəniyyəti Mərkəzinin 10 illik fəaliyyətinə həsr olunmuş qısa motrajlı film nümayiş olunub Daha sonra mərasim bolqarşünas tələbələrin bolqar Azərbaycan dillərində hazırladıqları konsert proqramı ilə davam etdirilib. Sonda bolqar milli rəqsinin nümayişi iştirakçılarda xüsusi maraq doğurub.

 





17.10.2014    çap et  çap et