525.Az

Azərbaycanın dövlətçilik və mədəniyyət tarixində Gəncənin yeri və rolu


 

Azərbaycanın dövlətçilik və mədəniyyət tarixində Gəncənin yeri və rolu<b style="color:red"></b>

Gəncə Azərbaycanın ən qədim şəhərlərindəndir. Şəhərin adı orta əsr ərəb mənbələrində Gənzə, fars mənbələrində Gəncə, bəzi mənbələrdə isə Qandzak şəklində işlənir. Şəhərin adı bəzi qaynaqlarda "gen yer" mənasında, bəzilərində isə "xəzinə" kimi izah olunur. Bəzi alimlər şəhərin yaranmasını e.ə.VII əsr, əksəriyyəti isə orta əsrlərin başlanğıcına aid edirlər. Şəhərin tarixi haqqında danışarkən bu şəhərin sosial-iqtisadi mədəniyyət mərkəzi olduğu şübhəsizdir. 730-cu ildə ərəb-xəzər döyüşlərində xəzərlərin keçdiyi şəhərlər içərisində Gəncənin adı çəkilir.

Həmdullah Qəzvini şəhərin 659-660- illərdə, M.Kalankaytuqlu isə 846-847-ci illərdə ərəblər tərəfindən inşa edildiyini qeyd edib. Əl-İstəxrinin verdiyi məlumata görə, Gəncə şəhəri ərəb fəthlərinin ilk dövrlərində Bərdədən Tiflisə gedən yolda kiçik bir şəhər vəziyyətində idi.

X əsrin ortalarında Gəncə şəhəri Salarılərin hakimiyyəti altında olub. Daha sonra isə Şəddadilərin paytaxtı olub.  Şəddadilər dövründə qala, saraylar, körpülər karvansaraylar inşa edilmiş burda pul kəsilməyə başlanıb. Şəhəri əhatə edən yeni daha davamlı qala inşa edildi. 1063- ildə dəmirçi İbrahim Osman oğlu məşhur Gəncə darvazalarını düzəldib. Gəncənin geniş bir mərkəzə çevrildiyi bir dövrdə onun ərazisi həmçinin böyüyərək genişlənib.

XI əsrin ortalarında Azərbaycan Səlcuq imperiyasının tərkibinə qatıldı. Təbrizi tutduqdan sonra I Toğrul (1038-1068) 1054- ildə qoşunlarını Gəncə istiqamətinə yönəltdi. Yerli camaatın güclü müqavimətinə baxmayaraq Səlcuqlar şəhəri zəbt etdilər.

XII əsrin I yarısında Gəncənin tərəqqi inkişafı burada baş verən dağıdıcı zəlzələlər gürcülərin "daha dağıdıcı" basqın qarətləri ilə ləngidildi. Dövrün tarixçisi İbn əl-Əzraqın "Məyyəfariqinin tarixi" əsərində xəbər verdiyi kimi, birinci zəlzələ 1122/23- illərdə baş vermişdi. O zaman, şəhərin bir hissəsi batmış, divarları isə uçmuşdu. Qarışıqlıqdan istifadə edən gürcü hökmdarı David şəhər basqın edərək, salamat qalmış sakinlərini əsir aparmış, şəhəri qarət etmişdi. Bu hadisədən sonra şəhərin mühüm iqtisadi strateji əhəmiyyəti nəzərə alınaraq, Gəncənin dağıdılmış təsərrüfatı tezliklə bərpa edilmiş o yenidən Yaxın Şərqin gur şəhərlərindən birinə çevrilmişdi. Lakin 17 il sonra - 1139-cu il sentyabrın 30-da baş verən yeni zəlzələ şəhərin vəziyyətinə daha ağır təsir etmişdi. İbn əl-Əsir yazır ki, "Gəncədə, eləcə Azərbaycan Arranın başqa nahiyələrində zəlzələ oldu. Lakin Gəncədə baş verən zəlzələ ən güclüsü idi. Onun bir çox evləri dağılmış, saysız-hesabsız sakinləri məhv olmuşdu". Əl-Bundarinin məlumatına görə, baş vermiş zəlzələ "şəhəri elə məhv edib dağıtdı ki, sanki o heç vaxt olmamışdı". Hadisələri öz gözləri ilə görmüş alban tarixçisi gəncəli Mxitar Qoş bu müdhiş hadisəni belə təsvir edirdi: "Areq ayının 18-ci günündə, cümədən şənbəyə keçən gecə (şənbə 30. IX. 1139) Allahın qəzəbi dünyanı tutdu. Yerin dəhşətli qeyzlə hərəkətə gələn coşğunluğu böyük dağıntı Albaniyanın torpağına da yetişdi. Nəticədə, onun paytaxtı Gəncə cəhənnəmin girdabına atılaraq, öz sakinlərini uddu".

Zəlzələ nəticəsində Gəncə elə dağılmışdı ki, sanki burada əvvəllər heç vaxt şəhər olmamışdı. Mənbələr (İbn əl-Əsir b.) Gəncə zəlzələsi zamanı 230 mın adamın həlak olduğu haqqında məlumat verirlər. Hətta əl-Bundari bu rəqəmin 300 min olduğunu qeyd edir. Zəlzələ zamanı Kəpəz dağı uçaraq Ağsu çayının qarşısını kəsdi Göygöl əmələ gəlib. Fürsət gözləyən gürcü çarı I Demetr dağılmış şəhərə basqın edib onun salamat qalmış sakinlərini soyub-taladıqdan bir qismini qırıb-çatdıqdan sonra, minlərlə əsir götürüb indi bir tayı Kutaisi yaxınlığındakı Gelati monastrında saxlanılan məşhur Gəncə qapılarını da özü ilə aparıb. Çox keçmədən sultanın canişini Qara Sunqurun tələsik gəlmiş qoşunları gürcüləri darmadağın edərək, şəhərdən çıxarıb.

Gəncə şəhəri XII əsrdə əvvəlkindən bir az şərqdə yenidən tikilib. Əsas karvan yollarının üzərində yerləşməsi bu şəhəri vacib ticarət mərkəzlərindən birinə çevirib. XII əsrdə Gəncədə təxminən 500 min nəfərə qədər adam yaşayırdı. Bu dövrdə dünya ölkələrində Gəncə kimi böyük şəhərlər az idi. Uzun müddət paytaxt şəhəri olmuş Gəncədə sultan sarayı, ayrı-ayrı hökmdarlara, ruhanilərə, dövlət məmurlarına məxsus olan saraylar, imarətlər, həmçinin məscid, mədrəsə, hamamlar başqa binalar inşa edilib. Bu isə şəhərdə memarlığın bununla əlaqədar olan bir çox sənət sahələrinin inkişafına təkan verib. XII-XIII əsrlərdə Gəncə Ön Asiyanın ən inkişaf etmiş şəhərlərindən biri olub.

Eldənizlər dövlətinin hökmdarları Şəmsəddin Eldənizin (1137-1175 ) Cahan Pəhləvanın (1175-1186) dövründə Gəncə şəhəri özünün siyasi iqtisadi cəhətdən inkişaf dövrünü yaşayırdı. Bu dövrdə Gəncədə Əbül-üla Gəncəvi, Məhsəti Gəncəvi, Nizami Gəncəvi kimi tanınmış şair mütəfəkkirlər yaşayıb.

XIV əsrdə Cəlairilərin, XV əsrin əvvəllərində isə Azərbaycan Qaraqoyunlu dövlətinin tərkibində olan Gəncə şəhəri Əmir Qaraman varisləri tərəfindən idarə edilib. Ağqoyunlular dövründə (1468- 1501) Gəncə bölgəsi Ziyadoğlu Qacar əmirlərinin idarəçiliyində olub. Azərbaycan Səfəvi dövləti yarandıqdan sonra da Gəncə Ziyadoğlu Qacar nəslinin irsi idarəsində olub Qarabağ bəylərbəyliyinin mərkəzinə çevrilib.  I Təhmasibin dövründə Gəncə bəylərbəyi Şahverdi Ziyadoğlu Qacar olub. 1804- ildə Gəncə çar Rusiyası tərəfindən işğal olunana qədər həmin ərazinin idarəçiliyi Ziyadoğulların əlində qalıb. XVI-XVII əsrlərdə baş verən Səfəvi-Osmanlı müharibələri zamanı Gəncə şəhəri dağıdıldığı üçün Şah Abbas tərəfindən Gəncə şəhəri əvvəlki yerindən bir fəzsəx (təxminən 6 km) aralıda yenidən salınıb.

1647-ci ildə Övliyə Çələbi Gəncəni 6000 evi, 20 min əhalisi, qala imarətləri, hamamları, bağ bağçaları olan şəhər kimi təsvir edir. Şəhərdə XIV- XV əsrlərə aid İmamzadə türbəsi, XVII əsrə aid Cümə məscidi indi qalmaqdadır.

XVIII əsrin 20-ci illərində Gəncə şəhəri Osmanlı çar Rusiyasının hücumlarına məruz qalıb. Bu şəhərin inkişafına mənfi təsir göstərib.1747 - ci ildə Nadir şah Əfşarın ölümündən sonra Gəncə şəhəri müstəqil Gəncə xanlığının mərkəzi olub. Gəncə eyni adlı xanlığın paytaxtı olandan sonra dəfələrlə Kartli-kaxeti çarlarının hücumlarına məruz qalıb. Gəncəli Cavad xan Ziyadoğlu xanlığın idarəsini ələ aldıqdan sonra bu hücumların qarşısı bacarıqla alınıb, xanlığın mövqeyi xeyli möhkəmləndirilib. Lakin XIX əsrin başlanğıcında Azərbaycan xanlıqlarının işğalına başlayan general Sisianov gəncə xanlığının ələ keçirilməsinə böyük əhəmiyyət verirdi. Çünki Gəncə qalası rus qoşunlarının Azərbaycanın içərilərinə doğru sonrakı irəliləyişinin açarı idi. "Gəncə qalasının yerli mövqeyi bütün Azərbaycan üzərində hökmrandır. Bax buna görə bu istila Rusiya üçün birinci dərəcəli əhəmiyyətə malikdir". Cavad xan general Sisianovun haqsız tələblərini qətiyyətlə rədd etdiyi üçün rus qoşunları Gəncəni mühasirəyə aldılar. 1804- il yanvarın 2-dən 3- keçən gecə Gəncə rus qoşunları qalaya hücuma başladılar. Qalanın müdafiəçiləri inadlı müqavimət göstərdilər. Cavad xan oğlu Hüseynqulu ağa döyüşlərdə qəhrəmancasına həlak oldular. Gəncə xanlığı ələ keçirilərək ləğv olundu hərbi dairəyə çevrildi, şəhər isə öz qədim adını itirdi, I Aleksandrın arvadının şərəfinə Yezavetpol adlandırıldı. "Gəncə" adını çəkmək qadağan olundu. Bu qaydanı pozanlar cərimə edildilər.

(Ardı var)

Sevinc ABDULLAYEVA

 





17.10.2014    çap et  çap et