525.Az

Norveç Helsinki Komitəsi nəyə xidmət edir?


 

Norveç Helsinki Komitəsi nəyə xidmət edir?<b style="color:red"></b>

Anders Breyvik adlı birinin bir gündə 77 nəfəri öldürdüyü Norveç Skandinaviya yarımadasındakı 3 dövlətdən biridir. Azərbaycandan çox uzaqda yerləşir.

Qısa tanıtımdan sonra qeyd edim ki, Norveç Helsinki Komitəsi adlı bir təşkilat Ginnesin rekordlar kitabına düşəcək qərar verib. Qurumun ötən həftə yaydığı açıqlamada deyilir ki, builki Saxarov mükafatı Azərbaycandakı 98 məhbusa veriləcək. Yəni qurum iddia edir ki, bizim ölkəmizdə bu sayda insan siyasi baxışlarına görə, həbsdədir. Halbuki bir çox beynəlxalq qurumlar, o cümlədən Avropa Şurası  Azərbaycanda siyasi məhbus olmadığını birmənalı surətdə bəyan edib. Düzdür, onlar bu mövqeyi açıqlayarkən Norveç Helsinki Komitəsinə üz tutmur tutmağa borclu da deyillər. Amma Avropa Şurası kimi nüfuzlu bir qurumunmu sözü daha ağır gələr, yoxsa Norveçdəki hansısa kiçik bir QHT-nin? O Norveçdəki ki, oranın insanları Azərbaycanın xəritədə yerini belə düz-əməlli bilmirlər.

Elə bu sualla da qurumun internet resursunda araşdırma apardıq.

Qarşımıza çıxan mənzərə bir daha təsdiq etdi ki, fəaliyyətində şəffaflıqdan əsər-əlamət olmayan Norveç Helsinki Komitəsi sadəcə Azərbaycan ona yaxın olan bir neçə dövlət üzrə ixtisaslaşıb. Bəli, təəccüblənməyin. Adı Norveç Helsinki Komitəsi adından da anlaşıldığı kimi Norveç adlı ölkədə insan haqlarını qorumalı olan bir təşkilatın internet resursunda bu ölkədə sanki heç bir insan haqqı problemi yoxmuş kimi görüntü yaradılır. Bu təşkilat heç vaxt Norveçlə bağlı açıqlama yaymayıb(bax: nhc.no/en)

Deyə bilərsiniz ki, bəlkə doğrudan da o ölkədə insan haqları problemi yoxdur? Ehtimal etmək olardı. Amma iki il öncə BMT kimi nüfuzlu bir qurumun bu ölkədə insan haqlarının durumuna verdiyi qiymət olmasaydı.

2012-ci ilin dekabr ayında BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı Norveçin statusunu A dərəcəsindən B dərəcəsinə endirəcəyini bəyan etmişdi. Buna səbəb kimi ölkədə insan hüquqları sahəsində durumun kəskin şəkildə pisləşməsi göstərilirdi. Burda da sual oluna bilər ki, söhbət hansı hallardan gedir? BMT-nin müvafiq qurumlarının hazırladığı hesabatlardan öyrənirik ki, bu ölkədə qadınlara qarşı ayrıseçkilik, uşaqların müxtəlif bəhanələrlə ailələrindən alınıb dövlət himayəsinə verilməsi halları artıb. Bundan başqa həbsxanalarda saxlanan şəxslərə qarşı qanun pozuntuları da adi hala çevrilib. Üstəlik, psixi problemi olan şəxslərin şiddət işgəncə görməsi , sən demə, özünü dünyanın cənnəti kimi qələmə verən Norveçdə narahatlıq doğuracaq həddədir. Digər problemlərdən milli, irqi, dini ayrıseçkilik, qaçqın köçkünlərə münasibətdə dözümsüzlük, islam düşmənçiliyi BMT məruzəçilərinin diqqətindən yayınmayıb. Bir sözlə, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı bu ölkənin statusunu aşağı endirməzdən bir il öncə öz xəbərdarlığını etsə bu, nəticə verməyib. buna görə Norveç insan haqları üzrə B statusuna endirilib.

B statusu Norveçi BMT-nin insan hüquqları üzrə müşahidə qurumlarında iştirakdan məhrum edir. Eyni zamanda ölkə bundan sonra beynəlxalq əhəmiyyətli insan haqları məsələlərində səsvermə hüququndan da məhrum olunur. Faktiki olaraq Norveç ona bəslənən etimadı itirir. Yəni bu qərar ölkə üçün biabırçılıqdır, amma ədalətlidir(bax: http://goo.gl/0IVrQMNils Bütenşön: http://goo.gl/4ENVz9)

Durum daha aydın olsun deyə əlavə edək ki, Norveç bu sırada Avropada Bolqarıstan, Asiyada Tacikistan, Afrikada Çad kimi həm iqtisadi, həm demokratik inkişaf baxımından ciddi problemləri olan ölkələrlə birlikdədir. İndi belə bir ölkənin, maliyyə mənbələri şübhəli olan kiçik bir insan haqları təşkilatının Azərbaycanı durmadan hədəfə almasına ad verəsən? Yaxud bu qədər insan haqları problemi hətta BMT səviyyəsində diqqət cəlb edən ölkədən bir təşkilatın qalxıb Azərbaycana dov gəlmək istəməsini necə başa düşək? Bəlkə bu da ikili standartların bir görsənişidir? Yaxud, bunun altında başqa daha hansısa səbəb gizlənir? Gizlənir, bəli. İkili standart da öz yerində təbii ki.

Norveç bir neft ölkəsidir. Azərbaycan kimi. Bu isə o deməkdir ki, biz bu ölkəylə dünya neft bazarında rəqibik. Elə əsas səbəbi burda axtarmaq lazımdır. Norveç Azərbaycana basqı üçün səbəblərin çox olmasında maraqlıdır. Hətta bu səbəblər əsassız olsa belə. Elə ona görə bu ölkənin maliyyə mənbələri açıqlanmayan, əslində isə dövlətin dəstəyi hesabına fəaliyyət göstərən Norveç Helsinki Komitəsi adlı təşkilatı havadan qapdığı 98 siyasi məhbus rəqəmini həvəslə tirajlayır. Halbuki bu 98 nəfərin arasında məlum xarici ölkələrə casusluq etməsi təsdiqini tapmış, yaxud da iri korrupsiya əməlləri məhkəmədə sübut edilmiş adamlar da var. Yaxud da heç vaxt siyasi fəaliyyətilə diqqət çəkməmiş, amma həbs edildikdən sonra siyasi fəal kimi qələmə verilən insanlar da Norveç hüquq müdafiəçiləri üçün göydəndüşmə dırnaqarası faktlardır. Yoxlamadan, araşdırmadan bu insanları siyasi məhbus elan ediblər. Norveç təşkilatı nəzərə almayıb ki, həmin siyahıda adı olanlardan bəziləri dəfələrlə bəyan ediblər ki, adlarını bu siyahıda görmək istəmirlər! Amma Norveç təşkilatı bunu da qulaq ardına vurur. Şərhə gərək varmı?

Azər Həsrət

 





17.10.2014    çap et  çap et