525.Az

Ermənilər hüquqi azadlığa can atır


 

Ermənilər hüquqi azadlığa can atır<b style="color:red"></b>

Ermənistan müxalifətinin oktyabrın 24- İrəvanın Azadlıq meydanında keçirməyi planlaşdırdığı ümummilli mitinqlə bağlı hazırlıq işləri Azərbaycan, Rusiya digər xarici ölkə mətbuatlarının diqqət mərkəzində saxlanılır. Sonuncu mitinqdə yaşanan ajiotaj cinayətkar dəstə kimi fəaliyyət göstərən hökumətə qarşı etiraz edən mübarizə yolları axtaran xalqın hüquqi azadlıq ümidlərini artırıb. Erməni əhalisinin mövcud rejimdən narazılığı fonunda növbəti mitinqin daha da geniş kütlələri ələ alacağı gözlənilir. Bu barədə rus dilində yayımlanan "Kaspiy" qəzetində məqalə dərc olunub. Maalədədə göstərilir ki, Ermənistan mətbuatında yüksək səviyyəli hökumət müxalifət nümayəndələri arasında mübahisəli fikirlər gedir, mövcud variantlar ətrafında fikir mübadiləsi aparılır. Belə nəticəyə gəlmək olar ki, Ermənistan vətəndaşları ölkənin gələcəyini Sarkisyan onun başkəsənləri ilə təsəvvür etmir. Hökumətin yürütdüyü uğursuz siyasət ölkəni iflic vəziyyətə saldığı üçün mənəvi tənəzzül, iqtisadi gücsüzlük demoqrafik fəlakət yaşayan dövlətin hakim təbəqəsi insanların gözündən pərdə asmağa çalışır. Sarkisyan rejimi hələ davam edən bu prosesləri xalqın rifahı naminə aparılan islahatlar kimi qlələmə verməyə çalışır. Sonlarının yaxınlaşdığını hiss edən hakimiyyət özlərinə xas şəkildə ikiüzlülük etmək, yalan vədlər verməklə ölkə vətəndaşlarının başını qatmağa cəhd edirlər.

Diqqəti cəlb edən məqamlardan biri Ermənistanı iğtişaşlar, xalq üsyanının bürüdüyü bir vaxtda Sarkisyan komandasının ən aktiv üzvlərindən biri - baş nazir Hovik Abramyan onun yanında olmaması idi. Sonra aydın oldu ki, baş nazirə başqa tapşırıq verilib. O, bu ərəfədə Vaşinqtonda Dünya Bankı Beynəlxalq Valyuta Fondunun illik plenar iclasında iştirak etmək üçün təcili Birləşmiş Ştatlara yola düşmüşdü. Bir qayda olaraq, beynəlxalq forum konfranslarda iştirak edəndə dövlət səviyyəsində görüşlər keçirmək üçün əla imkanlar yaranır. Ancaq Ermənistanın baş nazirini ABŞ-da heç bir rəsmi dövlət nümayəndəsi görüşə dəvət etmədi. Tarixdə ilk dəfədir ki, ermənilər belə bir halla üzləşirlər. Yalnız Abramyanın səfəri zamanı səfirliyin təşkil etdiyi qəbulda onunla görüşməyə Birləşmiş Ştatların dövlət katibinin köməkçisinin müavinlərindən biri gəlir. "Qrapparak" qəzeti bu hadisəni siyasi qalmaqal kimi qiymətləndirib.

Ermənistan mətbuatında isə baş verən hadisə erməni diasporunun Sarkisyandan üzv çevirməsi ilə əlaqələndirilir. Burada təəccüblənəsi heç yoxdur. Ermənistan xarici siyasəti tam iflas mərhələsindədir. Dünyanın aparıcı dövlətlərinin hökumət nümayəndələri rəsmi İravəna kifayət qədər soyuq münasibət göstərməyə başlayıblar. Sarkisyan özünə qarşı bu cür münasibəti Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində üçtərəfli Soçi görüşündə hiss etdi. Eyni hal Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT ) baş katibi Nikolay Bordyujun İrəvana səfəri zamanı da təkrarlandı. Həmişəki kimi boğazdan yuxarı sözlər səsləndirməklə opponentindən dəstək almağa çalışan Sarkisyan gözlədiklərinin əksinə olaraq, KTMT-nın baş katibi tərəfindən yalnız şablon fikirlər eşitdi. Artıq Rusiya, Birləşmiş Ştatlar saxta riyakar siyasət yürüdərək inadla Qarabağa olan iddialarından əl çəkməyən Sarkisyanla normal işgüzar əlaqələr qurmaq istəmirlər.

Diplomatik əlaqələr vasitəsilə heç bir nəticə əldə etməyən hakim təbəqə yoxsul ac əhalinin gözündə işıq yaradan vədlərlə vəziyyəti stabilləşdirməyə çalışır. Hökumət hesab edir ki, acından gəbərən erməniləri razı sala biləcək ən yaxşı addım konstitusiya islahatlarıdır. Kütləvi informasiya vasitələrində yayılan xəbərlərə görə, Ermənistan prezidenti yanında konstitusiya islahatları üzrə peşə komitəsi dövlətin əsas hüquq islahatı konsepsiyası təsdiqləyib. Hakimiyyətin planlarına uyğun olaraq, Serj Sarkisyan konsepsiyanı müzakirə etmək üçün siyasi partiyalarla məsləhətləşmələrə başlamaq niyyətini açıqlayıb. Narazı parlament qüvvələri isə Ermənistanda konstitusiya dəyişikliyinə ehtiyac olmadığını vurğulayaq, müzakirələrə qatılmaqdan imtina ediblər. Lakin hakimiyyət nümayəndələri heç kimə lazım olmayan konstitusiya islahatlarının keçirilməsinə ehtiyac olduğuna dair arqumentlər gətirməklə istəklərinə nail olmağa çalışırlar. Konstitusiya islahatları ətrafında davam edən bu proseslər cinayətkar rejimin hakimiyyətdə qalaraq xalqa qarşı qarət siyasətini davam etdirməsinə hesablanıb. Onların xislətləri çılpaq gözlərindən açıq-aydın oxunur. Konstitusiya islahatlarının əleyhinə olan Erməni Milli Konqresi, "Çiçəklənən Ermənistan", "İrs" Ermənistan Xalq Partiyası hesab edir ki, bu, hökumətin xal qazanmaq cəhdidir.

Mitinq yaxınlaşdıqca Sarkisyan onun dəstəsi daha çox narahat olmağa başlayır. Hakimiyyət daxilində artıq qarşıdurmalar da yaranıb. Hazırkı rejim nümayəndələrinin mətbuata verdiyi sensasiyalı açıqlamalar bunu deməyə əsas verir. Xüsusilə, canfəşanlıq göstərənlərdən biri müdafiə naziri Seyran Ohanyandır. Ermənistan mətbuatının məlumatına görə, o, hərbi hissələrdən birinə səfəri zamanı əsgərlərin sağlamlığına ciddi nəzarətin olmamasıyla bağlı məmurları tənqid edib. Nazir bildirib ki, Azərbaycan tərəfi həmişə Ermənistan ordusundakı acınacaqlı vəziyyəti diqqətdə saxlayır. S.Ohanyanı belə açıqlamalar verməsinə təhrik edən idisə, o bunu açıqlamadı. Ancaq erməni əsgərləri yaxşı dərk edirlər ki, uğrunda döyüşməyə məcbur edildikləri ərazilər Azərbaycan torpaqlarıdır. Buna görə , əsgərlər Sarkisyana, Ohanyana görə öz canlarını fəda etmək niyyətində deyillər. Bütün məsələlərin kökündə Ermənistanın azərbaycanlılara qarşı həyata keçirdiyi təcavüz torpaqlarının işğal faktı dayanır.

Hələlik hazırkı hökumət "parlament üçlüyü" bir-birindən fərqli şəkildə mitinqin həyəcanını yaşayırlar. Müxalif qüvvələr qələbənin yaxınlaşdığını, Sarkisyan onun quldur dəstəsi isə məğlubiyyətin astanasında dayandıqlarını yaxşı anlayırlar. Qeyd edək ki, mitinqə hazırlıq çərçivəsində bir platformadan çıxış etmək üçün müxalifət liderləri arasında danışıqlar gedir. Müxalifət qüvvələrinin, eləcə Ermənistan xalqının istəyi odur ki, Sarkisyan onun cinayətkar dəstəsi törətdiyi əməllərin hesabını versin. Ancaq belə demək olarsa, təkcə bu məsələdə erməni vətəndaşları ilə müxalifət qüvvələrinin aruzları üst-üstə düşür. Hazırkı rejim kimi hakimiyyət hərisliklərini gizlədə bilməyən hər səfərində biruzə verən "parlament üçlüyü" xüsusi səlahiyyət imtiyazlara sahib olmaq arzusundadır, erməni xalqı isə səfalətdən, yoxsulluqdan azad olmaq istəyir. Lakin hazırkı vəziyyət deməyə əsas verir ki, sonda diqtə edən yenə hakimiyyət olacaq.

Ceyhun ABASOV

 





17.10.2014    çap et  çap et