525.Az

"İstənilən halda qadının aliment almaq hüququ var"


 

"İstənilən halda qadının aliment almaq hüququ var" <b style="color:red"></b>

Statistik göstəricilər deyir ki, Azərbaycanda boşanmaların sayı ilbəil artır.

Boşanmaların səbəbi müxtəlifdir. Amma ən acınacaqlısı budur ki, boşanma zamanı qadınların əksər hüquqları pozulur. Belə ki, qadın boşanmasından, yaxud ailə münaqişəsi zəmnində evi tərk etməsindən sonra mülkiyyət hüququndan məhrum olmaqla yanaşı, həm məhkəmənin qanuni hökmü olsa belə aliment ala bilmir. Xüsusilə təhsilsiz, işsiz qadınlar üçün bu ikiqat problem yaradır.

Nigar Rzayeva  da belə qadınlardan biridir. O, 2012-ci ildə Sənan Rzayevlə rəsmi nikaha daxil olub. Birgə nikahın ilk vaxtlarıda onların münasibətləri yaxşı olub, amma sonradan ailəyə edilən müdaxilələr nəticəsində münasibətləri pisləşib.  N.Rzayeva həyat yoldaşının istəyi ilə hamiləlik müddətində öz qohumlarının evində yataq şəraitində müalicə alıb. Onların birgə nikahdan qız övladları dünyaya gəlib. Amma S.Rzayev uşaqdan imtina edib, məhkəmədə boşanmaya dair iddia qaldırıb.

Nigar bir neçə dəfə ər evinə qayıtmaq istəsə , evin mülkiyyətçisi onun qaynatası olduğundan özünü övladını mənzilə buraxmayıblar. Hazırda uşaq xəstədir ciddi müalicəyə ehtiyacı var. Həyat yoldaşı isə uşağa aliment verməsin deyə, işlədiyini ondan gizlədib.

Xatırladaq ki, qarşı tərəf məhkəməyə boşanma ərizəsi verərkən uşaq bir yaşına çatmadığından boşanma təxirə salınıb. Nigarın sözlərinə görə, bu gün onun heç bir dolanışıq yeri yoxdur. Uşaq da, özü Allahın ümidinə qalıb. Hazırda ata evində yaşayan Nigar, ailələrinin maddi imkanı çox aşağı səviyyədə olduğunu, xəstə uşağına dərman almağa belə pul tapmadığını deyir.

Alimentin məbləğini qanunvericilik necə müəyyən edir?

Bakı Hüquq Mərkəzinin (BHM) hüquqşünası İsrafil Əlili  bildirib ki, Ailə Məcəlləsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar: "Təəssüf ki, son zamanlar boşanmaların sayı sürətlə artır. Tərəflər arasında bir çox problemlər mübahisələr yaranır. Boşanmalar zamanı əsas mübahisə predmetlərindən biri aliment məsələsidir. Ailə Məcəlləsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Bu vəzifədən irəli gələrək, Ailə Məcəlləsinin 78-ci maddəsi uşaqların saxlanması üçün alimentin sabit pul məbləğində tutulması qaydasını müəyyənləşdirir. Həmin maddəyə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, yaxud qazancın (gəlirin) hamısını ya bir hissəsini həmin valideyn natura ya xarici valyuta ilə alırsa, onun qazancı ya digər gəliri yoxdursa, habelə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində ya eyni zamanda həm sabit pul məbləğində, həm Ailə Məcəlləsinin 76- maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər (78.1-ci maddə).

Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir (78.2-ci maddə)".

Hüquqşünasın dediyinə görə, Ailə qanunvericiliyi ilə uşaqlar üçün məhkəmə qaydasında tutulan məbləğin miqdarı da qeyd olunub. Belə ki, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: "Bir  uşağa görə-qazancın ( ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; iki  uşağa görə-qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; üç  daha çox uşağa görə-qazancın (başqa gəlirlərin) yarısı".

İ.Əlili deyib ki, yuxarıda göstərilən payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə maddi vəziyyəti, eləcə diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla artırıla bilər. Belə ki, şəxs alimentin miqdarının dəyişdirilməsini tələb edə bilər. Məhkəmənin müəyyən olunmuş aliment miqdarını dəyişdirmək hüququ  Ailə Məcəlləsinin 112.1-ci maddəsində təsbit olunub.

Məhkəmə bu hüququnu tərəflərdən birinin tələbi ilə əgər onlardan birinin ailə ya maddi vəziyyətində dəyişiklik olmuşsa, həyata keçirə bilər.

Məhkəmə işə baxarkən tərəflərin maddi ya ailə vəziyyətində dəyişikliklərin (məsələn, borclunun, yəni aliment ödəyən şəxsin pensiya yaşına çatması, onun işdən çıxarılması, borclunun saxlamalı olduğu yeni şəxslərin olub-olmaması, tərəflərin hər ikisinin ya onlardan birinin başqa nikaha daxil olması s.) olub-olmamasını müəyyənləşdirməlidir. Təqdim edilməli olan sübutlar məhz bu hallardan asılı olaraq dəyişə bilər.

"Məsələn, vətəndaş yeni nikaha daxil olubsa bu nikahdan övladı varsa, onda nikah haqqında şəhadətnaməni həmin nikahdan olan uşağınızın doğum haqqında şəhadətnaməsinin əslini ya təsdiqlənmiş surətini əlavə etməlidir ya əmək haqqında azalma olubsa, yerindən əmək haqqının azalması barədə arayışı təqdim etmək lazımdır. Yaxud, işdən çıxıbsa heç bir yerdə işləmirsə, onda işdən çıxarılma barədə əmrin, əmək kitabçasının işsizliyə görə qeydiyyata alınma barədə arayışın əslini ya surətini məhkəməyə vermək lazımdır", - deyə hüquqşünas vurğulayıb.

"Aliment ödənilməsinin boşanmaya heç bir aidiyyəti yoxdur"

Ekspertlər hesab edirlər ki, aliment ödənilməsinin boşanmaya heç bir aidiyyəti yoxdur. Onların sözlərinə görə, ola bilsin lap beş ildən sonra ər-arvad ayrılsın. qədər onlar ayrı yaşayırlarsa, uşağa aliment ödənməlidir. Əgər ata işləmirsə, məhkəmə onda sabit pul məbləği müəyyən edə bilər. Onlar indi ola bilsin atanın rəsmi işi yoxdu, amma qeyri-rəsmi işlə məşğul olur. Məsələn, sahibkarlıq işi, yaxud tutaq daş daşıyır, nəsə alıb-satır. Rəsmi sənəd yoxdur. Amma bəllidir ki, bir işlə məşğuldur. Ona görə, qadın buna dair sübutları verməlidir. Uşağı dünyaya gətirən atadır, işləməsə zəhmət çəkib övladına kömək etməlidir.

"İstənilən halda qadının aliment almaq hüququ var"

Vəkil Tərlan Xanəliyev isə deyir ki, istənilən halda qadının aliment almaq hüququ var. Bunun ödənməsi üçün ən vacibi atalıq faktının müəyyən olunmasıdır. Ata həmin uşağın ondan olmasını təsdiqləyir heç bir mübahisə yaranmırsa, aliment könüllü şəkildə veriləcək. Mübahisəli şəraitdə məhkəmə mövcud qanunvericilik əsasında qərar çıxarır. Yəni bu gün Azərbaycanda "Minimum yaşayış həddi haqqında" qanunda bir uşağın saxlanması üçün müəyyən edilən məbləği ata ödəmək istəmirsə, qadın sabit pul məbləğində bu alimenti tələb edə bilər. Lakin qadın kişinin əlavə gəlir yerlərinin olduğunu sübut edə bilərsə, qanunda bir uşaq üçün aliment əmək haqqı digər gəlirlərin dörddə biri qədər müəyyənləşir. Qadının sabit pul məbləğində qədər aliment istəməsi onun hüququdur. Yəni bu rəqəmi qadın özü müəyyənləşdirir. Əgər bu əlavə gəlirlərin olması sübuta yetirilməsə, məhkəmə bu həcmdə aliment müəyyənləşdirir".

Vəkil onu da bildirib ki, ata aliment ödəyərkən uşaq yetkinlik yaşına çatmayıbsa, onun yetkinlik yaşına çatana qədər ödədiyi alimentin hər ay 50 faizinin uşağının adına açılan hesaba qoyulmasını tələb etmək hüququ var. Bu vəsaiti uşaq yetkinlik yaşına çatdıqda götürüb öz ehtiyacları üçün istifadə edə bilər.

Ədliyyə Nazirliyindən bildiriblər ki, alimentlə bağlı məhkəmə qərarlarının icrası zamanı ortaya çıxan problemlər alimenti verən şəxsin işləməməsi, əlavə gəlir mənbəyinin olmaması, işləməkdən boyun qaçırması səbəbindən yaranır.

Nazirliyin Məhkəmə İcraçıları Baş İdarəsi işsiz şəxslərin işlə təmin olunması qərarın icra olunması məqsədilə məşğulluq mərkəzlərinə müraciət edir. Bəzi hallarda həmin vətəndaşların işlə təmin edilməsinə nail olurlar.

Ekspertlər hesab edirlər ki, bu gün əsas problemlərdən biri alimentlə bağlı işlərə baxarkən cavabdehin faktiki işsiz olduğu halda əlavə gəlirlərinin olması bunu məhkəmədən gizlətməsidir. Onlar hesab edirlər ki, qadınlar ərlərinin maddi gəlir səviyyəsini müəyyən edə bilmirlər. Yəni, cavabdeh işləmir, amma iddiaçı tərəf bildirir ki, cavabdehin əlavə obyektləri var. Proses zamanı tərəf bunu sübuta yetirə bilmir. Yoxlama zamanı da məlum olur ki, obyektlərin heç biri cavabdehin adına deyil.

Dilarə Əliyeva adına Qadın Hüquqlarının Müdafiəsi Cəmiyyətinin bir müddət əvvəl 370 qadın arasında apardığı sorğu əsasında müəyyən olunub ki, boşanmış kişilərin 84,1 faizi uşaqlarına aliment ödəmirlər, yaxud da bunu vaxtında etmir. Sorğuda iştirak edən qadınların 270-i qanuni nikahdan olan uşaqlarını ərlərinin köməyi olmadan böyütdüklərini, 43-ü alimenti vaxtında alıdıqlarını, 14-ü ərlərinin yaşayış ünvanlarını gizli saxladıqlarını aliment ödəmədiklərini, 33 nəfəri ərləri yerlərini gizli saxladıqlarını, 67-si ərlərinin daim mühacirətdə olduğunu bildirib.

Qadınların böyük əksəriyyəti məhkəməyə inanmadıqlarından cavabdehə qarşı məhkəmədə iddia qaldırmırlar.

Hüquq müdafiəçisi Novella Cəfəroğlu deyir ki, təcrübədə ərin öz yerini, gəlirlərini gizlətməsi, alimenti ödəməyə maddi imkanının olduğu halda ödəməkdən boyun qaçırması, yaxud da onun Azərbaycandan kənarda olması səbəbindən bu sahədəki məhkəmə qərarları icra olunmur. Onun fikrincə, alimentin ödənilməsini dövlət öz üzərinə götürməlidir.

Qeyd edək ki, bu sahədə problemlərin çoxalması səbəbindən hələ bir neçə il əvvəl Aliment Fondunun yaradılması, alimentin sabit məbləğinin müəyyən edilməsi gündəmə gəlmişdi. Hazırda isə bu məsələ gündəmdə deyil. N.Cəfəroğlu da hesab edir ki, alimentin sabit məbləği müəyyənləşdirilməlidir: "Dövlət bir uşağın 18 yaşa qədər bütün xərclərini hesablamalı, onun istehlak səbətini müəyyənləşdirməlidir. Bunun əsasında alimentin minimum məbləğini müəyyənləşdirməlidir".


Pərvanə
 





17.10.2014    çap et  çap et