525.Az

Mikayıl Cabbarov təhsil işçilərinə fəxri mükafatlar təqdim etdi


 

Mikayıl Cabbarov təhsil işçilərinə fəxri mükafatlar təqdim etdi <b style="color:red"></b>

Dünən  Təhsil Nazirliyində Prezident İlham Əliyevin sərəncamı ilə "Tərəqqi" medalı, "Əməkdar müəllim" "Əməkdar Bədən Tərbiyəsi İdman Xadimi" fəxri adları ilə təltif olunan təhsil işçilərinə mükafatların təqdim olunması mərasimi keçirilib. Görüşdə təhsil naziri Mikayıl Cabbarov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə 5 oktyabr -Beynəlxalq Müəllimlər Günü ərəfəsində "Tərəqqi" medalı, "Əməkdar müəllim" "Əməkdar Bədən Tərbiyəsi İdman Xadimi fəxri adları ilə təltif olunan təhsil işçilərini təbrik edib.

Nazir təhsil sahəsində islahatların uğurla həyata keçirilməsində müəllim peşəsinin ictimai nüfuzunun artırılmasının, onun yüksək maddi mənəvi motivasiyasının vacib olduğunu deyib.

Bütün dövrlərdə hər bir ölkənin uğurlu gələcəyinin, ayrı-ayrı sahələrdə əldə edilən nailiyyətlərin təhsilin inkişaf səviyyəsi ilə müəyyən olunduğunu vurğulayan nazir sürətlə inkişaf edən ölkəmizdə təhsil sisteminin daim yenilənməsi, dünya təhsilindəki sürətli tərəqqi proseslərindən faydalanması istiqamətində əhəmiyyətli işlər görüldüyünü nəzərə çatdırıb.

Dövlət başçısının təhsilə, təhsil işçilərinə daim böyük diqqət qayğı göstərildiyini deyən nazir ənənəyə uyğun olaraq, builki peşə bayramı ərəfəsində bir qrup təhsil işçilərinin təhsilin inkişafındakı xidmətlərinə görə fəxri adlara layiq görüldüyü bildirib.

Nazir çıxışı zamanı bəzi aktual məsələlərə toxunub. O qeyd edib ki, dərsliklərin qiymətləndirilməsi prosesi TQDK ali təhsil mərkəzlərində fəaliyyət göstərən müəllimlər tərəfindən aparılır. İlk dəfə olaraq VIII siniflər üzrə kurikulum dərslikləri hazırlanır. Kurikulum üzrə təhsil alan şagirdlər hələ ki VII sinifdədirlər. Daha sonra nazir ilk dəfə keçirilən müəllimlərin sınaq qiymətləndirilməsində Bakı şəhəri üzrə bütün müəllimlərin uğurla iştirak etdiyini deyib. Dərs yükünün daha optimalllaşdırılması bu sahədə aparılacaq islahatlar müəllimlərin əmək haqqı probleminin həllinə aparan yeganə yoldur. Dekabr ayının sonuna qədər bununla bağlı yeni təklif hökumətə təqdim olunacaq. Biz bu təklifləri tam yekunlaşdırdıqdan sonra hökumətə təqdim etməyi nəzərdə tutmuşuq. Respublikanın kənd rayonlarında çalışan müəllimlərin şəraitini optimallaşdırmaq üçün əlavə onlara ödənişlərin məbləği artırılıb. Gənc müəllimlərin peşəkarlığını artırmaq üçün 500 baldan daha çox nəticə göstərən müəllim peşəsini seçən 300 I kurs tələbəsinə təqaüdlərin verilməsi nəzərdə tutulub. Müəllim peşəsini layiqincə yerinə yetirə bilməyən insanların saxta diplomla təmin olunması tamamilə aradan qaldırılıb. Gələcəkdə yaradılacaq vahid məlumat bazasının fəaliyyəti belə halların qarşısını almaq məqsədilə Təhsil Nazirliyi tərəfindən müvafiq addımlar atılıb.

Milli Məclisə təqdim olunan gələn ilin dövlət büdcəsində müvafiq vəsait nəzərdə tutulmadığı üçün 2015-ci ilin yanvarın 1-dən yaradılması nəzərdə tutulan regional təhsil idarələrinin islahatı prosesi təxirə salınıb.O bildirib ki, növbəti ildə bu il tətbiq olunan sistemdə fəaliyyət göstəriləcək  Bakı şəhər təhsil idarəsində struktur islahatları davam etdiriləcək. Təhsil şöbəsinin tabeliyində olan məktəblərdə Təhsil Nazirliyinin səlahiyyətində olan bütün fəaliyyətlər indi davam etdiriləcək.

Nazir bildirib ki, müasir Peşə təhsili mərkəzlərinin icrası davam etdirilir. Bu layihə çərçivəsində təhsilini bitirən məzunların işlə təmin olunmasında müsbət nailiyyətlər olacaq. Gələcəkdə layihənin genişləndirilməsi nəzərdə tutulub. Bu il ilk dəfə olaraq peşə təhsilinə qəbulun səviyyəsi əvvəlki illərlə müqayisəli şəkildə tərtib olunub. O deyib ki, ali təhsil sitemində mövcud olan ixtisaslara yenidən baxılıb: "Dərs yükləri optimallaşdırılıb. "SABAH" qruplarında müasir ali təhsil sisteminin tələblərinə uyğun olaraq ora seçilən müəllim tələbələr sağlam rəqabət apara biləcəklər. Dövlət proqramı çərçivəsində xaricdə təhsil almaq üçün 570 nəfər tələbə adını qazanıb. Hazırda ali təhsil sistemi sahəsində Dünya Bankı ilə yeni layihənin müzakirəsi aparılır. Orta təhsil sitemində islahatlar davam edir. İsmayıllı Masallıda yeni kolleclər açılıb. Qəbulun təkmilləşdirilməsi üçün buraxılış imatahanları ilə qəbul imtahanları arasındakı gərginlik aradan qalıdırılacaq. Növbəti təhsil ilindən həm orta ixtisas həm yaradıcılıq təhsil müəssisələri üzrə yeniliklər tətbiq olunacaq".

Onun sözlərinə görə, bu tədris ilinin yekununda bəzi təhsil müəssisələrində vahid imtahan tətbiq ediləcək. Nazirlik tərəfindən təhsil müəssisələrinə qəbul qaydalarının təkmilləşdirilməsi üçün işlər aparılmaqdadır: "Qısa müddət ərzində Təhsil Nazirliyi tərəfindən irəli sürülən təşəbbüs ümumtəhsil müəssisələrində buraxılış imtahanları ilə qəbul imtahanları arasında olan fərqin aradan qaldırılması vahid imtahan bazası üzərində həmin imtahanların keçirilməsi olub. Nəzərə alaq ki, bu imtahanları vahid orqan keçirir. Bununla bağlı TQDK Təhsil Nazirliyi arasında məsləhətləşmələr aparılır. Artıq məsləhətləşmələr sona çatmaq üzrədir. Cari tədris ilində bu sahədə mövcud yenilikləri tətbiq edə biləcəyik. Bu yeniliklər cari tədris ilindən başlayaraq həm orta ixtisas təhsili müəssisələrinə, həm yaradıcılıq ali təhsil müəssisələrinə digər bəzi təhsil müəssisələrini əhatə edəcək. Güman edirik ki, bu yeniliklərin tətbiqi nəticəsində artıq bir sıra müəssisələrə qəbul vahid imtahan nəticəsində mümkün olacaq. Hesab edirəm ki, bununla da bir ay ərzində şagirdlərin 2 ayrı-ayrı buraxılış qəbul imtahanlarına cəlb edilməsinə ehtiyac olmayacaq. Qeyd edim ki, bu islahat ardıcıl olaraq həyata keçiriləcək".

Sonda fəxri adlarla təltif olunan təhsil işçilərinə medal vəsiqələr təqdim olunub.

Vəfa MƏMMƏDLİ

 





17.10.2014    çap et  çap et