525.Az

Norveçdə qızlar hərbi xidmətə çağırılacaq


 

Norveçdə qızlar hərbi xidmətə çağırılacaq<b style="color:red"></b> Norveçdə qızlar məcburi şəkildə hərbi xidmətə aparılacaq.
 
Lent.az-ın habertürk-ə istinadən verdiyi xəbərə görə, Norveçdəki sağ hökumət iyunda qadınların hərbi xidmətə aparılmasını nəzərdə tutan qanun layihəsini parlamentə təqdim edib. Norveç parlamenti təqdim olunmuş qanun layihəsini qəbul edib. Bu qanunun qəbulu ilə Norveç qadınları məcburi hərbi xidmət aparacaq ilk NATO ölkəsi olub.
 
2015-ci ildən qüvvəyə minəcək qanun 1997-ci il və ondan sonra doğulan qızlara şamil olunacaq.
 
Norveçin qadın müdafiə naziri İne Eriksen Söreide qanun layihəsinin qəbul olunmasından sonra açıqlama verib: “Bu tarixi qərar idi”.
 
Hazırda Norveçdə 7 min kişi hərbi xidmətdədir. Təxminən, min qadın da könüllü xidmət edir.
 
Norveçdə qadın əsgərlər kişilərlə eyni yataqxanada yatır, eyni təlim mərkəzlərində iştirak edir.
 





17.10.2014    çap et  çap et