525.Az

8 rayonun qaz təchizatında məhdudiyyət olacaq


 

8 rayonun qaz təchizatında məhdudiyyət olacaq<b style="color:red"></b> Bu gün bir neçə rayonun təbii qazla təchizatında məhdudiyyətlər olacaq.

“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Lent.az-a verilən məlumata görə, qaz nəqli sistemində və qaz təchizatı şəbəkəsində təmir-quraşdırma  işlərinin aparılması ilə əlaqədar saat 12:00-dək Lənkəranın, saat 11:00-dan 13:00-dək Sabunçunun, saat 14:00-dək Gəncənin bir hissəsinə, saat 14:00-dan 16:00-dək Qaradağın Lökbatan qəsəbəsinə, saat 17:00-dək Qazaxın, saat 18:00-dək Sumqayıtın və Yevlaxın bir hissəsinə, işlər başa çatanadək isə Suraxanı rayonunun bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.
 





17.10.2014    çap et  çap et