525.Az

Qazax rayon sakini minaya düşüb


 

Qazax rayon sakini minaya düşüb<b style="color:red"></b> Azərbaycanın Qazax rayon sakini minaya düşüb.
 
Qazax Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə Cəfərli kəndində qeydə alınıb.
 
1977-ci il təvəllüdlü kənd sakini Məmməd Qarasaqqalov dumanlı hava şəraitində azaraq, minalanmış neytral əraziyə keçib. Nəticədə mina partlayıb və M.Qarasaqqalov müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
 
M.Qarasaqqalovun sol ayağı amputasiya edilib.
 





17.10.2014    çap et  çap et