525.Az

İqtisad Universitetinin rektoru SABAH qruplarının müəllimləri ilə görüşüb


 

İqtisad Universitetinin rektoru SABAH qruplarının müəllimləri ilə görüşüb<b style="color:red"></b> Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru SABAH qruplarının müəllimləri ilə görüşüb.

525.az-ın ADİU-nin ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən verdiyi məlumata görə, görüşdə bildirilib ki, gələcəkdə SABAH qruplarında ingilisdilli bölmələr yaradılacaq. Belə olduğu halda ADİU-ya xaricdən müəllim dəvət etmək daha asan olacaq. Bundan başqa, tələbələrin dili daha yaxşı mənimsəmələri üçün ingilisdilli ölkələrin tələbələri ilə videokonfranslar təşkil etmək şəraiti yaradılacaq.

Rektor SABAH-ın müəllimlərinin stimullaşdırılması məqsədilə gələcəkdə “TOP 10” ən yaxşı müəllim layihəsinin keçiriləcəyini bildirib. Tələbələrin imtahan cavablarına əsasən SABAH müəllimlərinin reytinq cədvəli tərtib olunacaq.

Görüşün sonunda rektor dərslərin keyfiyyətinin yüksəldilməsi istiqamətində müəllimlərlə fikir mübadiləsi aparıb.
 





17.10.2014    çap et  çap et