525.Az

İlham Əliyevin Tacikistana rəsmi səfəri başa çatdı


 

İlham Əliyevin Tacikistana rəsmi səfəri başa çatdı<b style="color:red"></b> Oktyabrın 16-da Tacikistan prezidenti Emoməli Rəhmon tərəfindən Azərbaycan prezidenti İlham Əliyevin şərəfinə rəsmi ziyafət verilib. 
 

525.az-ın AzərTAc-a istinadən verdiyi xəbərə görə, dövlət başçıları ziyafətdə çıxış ediblər.
 
Rəsmi ziyafətdən sonra Azərbaycan prezidenti İlham Əliyevin Tacikistana rəsmi səfəri başa çatıb. Düşənbə Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
 
Prezident İlham Əliyevi Tacikistan dövlətinin başçısı Emoməli Rəhmon yola salıb.
 





17.10.2014    çap et  çap et