525.Az

Müsavatın şöbə müdiri Tovuz təşkilatının tam tərkibdə istefası xəbərini təkzib edir


 

Müsavatın şöbə müdiri Tovuz təşkilatının tam tərkibdə istefası xəbərini təkzib edir<b style="color:red"></b>

Mediada Müsavat Partiyasının Tovuz təşkilatının tam tərkibdə istefa verdiyi barədə bəyanat yayılıb. Bəyanatda istefa Müsavat Partiyasında qurultay ərəfəsində və ondan sonra baş verənlərə etiraz kimi xarakterizə olunur, partiya rəhbərliyinin demokratik prinsipləri pozduğu bildirilir.

Müsavat Partiyasının təşkilat şöbəsinin müdiri Razim Əmiraslanlı “Media forum” saytına deyib ki, Müsavatda qəbul fərdidir:
 
“Tovuz təşkilatının rəhbərliyinə daxil olan bir neçə şəxs Müsavatı tərk edib. Rayon təşkilatında Müsavat Partiyasının ümumi ideoloji xəttini dəstəkləyən müsavatçılar var. Biz onlarla əlaqə saxlamışıq və yaxın zamanlarda Tovuz təşkilatının fəaliyyəti bərpa olunacaq ”.

Tovuz təşkilatının keçmiş sədr müavini Əsəd Məmmədli “Azadlıq” qəzetinə bildirib ki, rayon təşkilatı tam heyətdə istefa verib:
 
“Müsavat Partiyasının 27 sentyabr qurultayından sonra bu qərara gəlmişik. Biz qurultaydan sonra toplanıb təşkilatda bundan sonrakı fəaliyyətimizi müzakirə etdik və təxminən 70 faiz üzvümüzlə Müsavat ideologiyasında qalmaqla partiya sıralarını tərk etmək qərarı qəbul olundu. Bu bəyanat da əksəriyyətin mövqeyidir, fərdlərin yox”.

 





16.10.2014    çap et  çap et