525.Az

Sözü ilə özü bir olan alim


 

Sözü ilə özü bir olan alim<b style="color:red"></b>

Haqqında söz açmaq istədiyim insan öz ləyaqəti, təvazökarlığı, nəcibliyi, səmimiyyəti, haqsızlığa ədalətsizliyə qarşı daim mübarizəsi qələbəsi, vətəninə, xalqına bağlı olan, professor vəzifəsində olmasına baxmayaraq daim müəllimlərinin adını uca tutması onları hər zaman minnətdarlıqla anması bir sıra yüksək insani keyfiyyətləri ilə YAXŞI TƏŞKİLATÇI, YAXŞI ALİM olmaqla bərabər, hər birimizin könlündə YAXŞI İNSAN kimi özünə əbədi yer qazanmış filologiya elmləri doktoru, professor Məhəbbət xanım Mirzəliyevadır. Hər zaman fəxr qürur  hissi duyduğum bu tanışlığa yaxınlığa görə, məhz belə bir müqəddəs insanla qarşılaşdırdığına görə Tanrıya minnətdaram. Şərəfli ömrünün 65 ilini arxada qoyan Məhəbbət Mirzəliyeva saf əməllər üçün doğulmuş bir xanım kimi, həm Azərbaycan dilçiliyində öz sözünü demiş, Azərbaycan ictimai mühitində özünəməxsus yeri olan şəxsiyyətlərdəndir. Məhəbbət xanım hələ gənclik illərindən Azərbaycan dilçilik elminin inkişafı istiqamətində daim elmi araşdırmalar axtarışında olmuşdur. Belə ki, Azərbaycan dilçiliyində Türk dillərinin frazeologiyasının nəzəri cəhətdən öyrənilməsi ilk növbədə prof. Məhəbbət Mirzəliyevanın adı ilə bağlıdır. "Türk dilləri frazeologiyasının nəzəri problemləri", "Türk dillərinin frazeologiyası" kimi fundamental əsərlər məhz alimin uzun illərdən bəri apardığı elmi tədqiqatın nəticəsidir.

Məhəbbət xanım eyni zamanda, Azərbaycan elmini müxtəlif beynəlxalq elmi konfranslarda dəfələrlə layiqincə təmsil edən alimlərdəndir. Onunla eyni konfransda iştirak etmək sevincini yaşamaq mənə qismət olub. 20-25 oktyabr 2008-ci ildə Ankarada keçirilən VI Beynəlxalq Türk Dili Qurultayında, 19-25 aprel 2010-cu ildə İzmir Çeşmədə keçirilən II Beynəlxalq Türk Dünyası Kültür Konqresində, 16-18 dekabr 2010-cu ildə İzmirdə keçirilən III Beynəlxalq Dünya Dili Türkçə simpoziumunda, 20-22 dekabr 2010-cu ildə Tekirdağda keçirilən Beynəlxalq Namiq Kamal simpoziumunda, 30 may-1 iyun 2012-ci ildə  İstanbulda təşkil olunan Beynəlxalq Yaşayan Türkçə Bilgi Şölənində bir sıra digər konfranslarda Məhəbbət xanımın onun yetirmələrinin (eləcə mənim) müstəqil gənc tədqiqatçı kimi iştirakı professorun elmi sınağından keçmələri üçün şərait yaradıb.

Elm sahəsində olduğu kimi, təşkilatçılıq istiqamətində Məhəbbət xanım öz idarəetmə bacarığı ilə seçilir. Onun təşkilatçılıq fəaliyyəti olduqca çoxcəhətli rəngarəngdir. O, nəinki bir sıra beynəlxalq tədbirlərin iştirakçısı məruzəçisi olmuş, həm bir sıra tədbirlərin təşkilatçısı olmuşdur. Məhəbbət xanımın təşəbbüsü bilavasitə təşkilatçılığı ilə keçirilən ənənəvi "Azərbaycan dilçiliyi: Sələflər xələflər" elmi konfransı bu tədbirlərin sırasındadır. Həmin tədbirlərdə XX əsr Azərbaycan dilçilərinin fəaliyyətini əks etdirən məruzələr böyük üstünlük təşkil edirdi. 2014- il oktyabrın sonunda keçirilməsi nəzərdə tutulan Əli bəy Hüseynzadənin 150 akademik Məmmədağa Şirəliyevin 105 illik yubileyinə həsr olunmuş "Sələflər Xələflər" I Beynəlxalq elmi konfransının təşəbbüskarı təşkilatçısı prof. Məhəbbət Mirzəliyevadır. Göründüyü kimi, alim öz sələflərinin unudulmaz xatirələrini daim əziz tutur beləliklə , özündən sonra gələn tədqiqatçılar üçün layiqli nümunə sərgiləyir.

Məhəbbət xanım 1998-2010-cu illərdə "Tədqiqlər" jurnalının baş redaktoru olub. 2 illik fasilədən sonra 2012-ci ildə yenidən nəşrə başlayan toplu fəaliyyətini bu gün uğurla davam etdirməkdədir. Bu illər ərzində Məhəbbət xanımın sözün əsl mənasında xüsusi həssaslıqla, məsuliyyətlə obyektivliklə yanaşdığı "Tədqiqlər" toplusu ilk nömrəsindən başlayaraq bu günə qədər Azərbaycan dilçiliyinin inkişafına vicdanla təmənnasız xidmət göstərməsi, yüksək elmilik nümayiş etdirməsi ilə seçilir. Toplunun üstün cəhətlərindən biri budur ki, burada dünya şöhrətli Azərbaycan dünya alimlərinin məqalələrinə yer verilməklə yanaşı, elmə yeni gələn istedadlı gənclərin yazıları da işıqlandırılır. Məhəbbət xanımın baş redaktor kimi 14 ildir nəşr olunan toplunun hər bir nömrəsini əvvəldən sonuna qədər ciddiyyətlə oxuyaraq bütün redaktələri özü aparır. Bütün bunların təməlində isə onun işinə olan sonsuz məhəbbət mənəvi məsuliyyət hissi dayanır.

İstər elmi rəhbər, elmi məsləhətçi kimi, istər İnstitutun direktor müavini kimi, istər "Tədqiqlər" toplusunun baş redaktoru kimi, istərsə Dilçilik üzrə Problem Şurasının elmi katibi kimi Məhəbbət xanımın xidməti, zəhməti qayğıları müqayisə edilməyəcək qədər çoxdur. Məhəbbət xanımın adı keçən əməyi olan istənilən sahədə rolu əvəzsiz, xidmətləri təqdirəlayiqdir. Məhəbbət xanım bu nümunəvi fəaliyyəti ilə daim bizə örnək olacaqdır. 

Məhəbbət xanımın fəaliyyətinin böyük bir hissəsi məhz AMEA Nəsimi Dilçilik İnstitutu ilə bağlıdır. 2002-ci ildən 2014- ilə qədər İnstitutun Türk dilləri şöbəsinə rəhbərlik edib. 1993-1996- illərdə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının humanitar siyasət şöbəsində məsləhətçi, 1996-2001-ci illərdə Ali Attestasiya Komissiyasında humanitar ictimai elmlər şöbəsinin rəisi vəzifəsində işləyib. 2002-ci ildən Bakı Dilçilik Məktəbinin rəhbəridir. 2010-cu ildən Respublika Elmi Tədqiqatların Təşkili Əlaqələndirmə Şurası Dilçilik üzrə Problem Şurasının elmi katibidir. Hazırda AMEA Nəsimi Dilçilik İnstitutunun elmi işlər üzrə direktor müavinidir.

Məhəbbət Mirzəliyeva istedadlı gəncləri üzə çıxaran, onlara dəstək olan dəyərləndirən nadir vicdanlı humanist alimlərdəndir. Onun elmi rəhbərliyi ilə onlarla fəlsəfə doktoru, dosentlər yetişib. A.Hacıyeva, L.Xanbutayeva, Q.Mahmudova, C.Kazımov, G.Əliyeva, S.Mənsimzadə, N.Quliyev, G.Mirzəyeva, G.İsmixanova, Ş.Həsənli  başqaları məhz Məhəbbət xanımın rəhbərliyi ilə, onun zəhməti, verdiyi düzgün istiqamət, tövsiyələri tələbkarlığı sayəsində müdafiə edərək alimlik dərəcəsinə layiq görülə biliblər. İndi o, elmlər doktoru proqramı üzrə dörd doktorantın elmi məsləhətçisidir. Bu doktorantlar sırasında mənim adım olduğu üçün çox xoşbəxt qürurluyam. O, yalnız mənə deyil, bütün tələbələrinə qarşı həmişə vicdanlı humanist münasibətdədir. Təkcə onu demək kifayətdir ki, 2009-cu ildə vaxtından əvvəl müdafiə etdiyim namizədlik dissertasiyam, onun məzmununu əks etdirən "Türk dillərində zaman kateqoriyası" adlı monoqrafiyam professor Məhəbbət xanım Mirzəliyevanın sonsuz tələbkarlığının, qayğıkeşliyinin, fərdi elmi qənaətlərimin yüksək qiymətləndirilməsinin bariz nəticələrindəndir. Məhəbbət xanım nəinki öz yetirmələrinə, elmi rəhbəri olduğu doktorant dissertantlarına, hətta rəhbərlik etdiyi şöbənin digər doktorantlarına doğma münasibət bəsləyir, onlara daim dəstək olur. Bu isə ilk növbədə onun elmi təfəkkürü, mövzulara dərin bələdliyi, insanlara olan sevgisi xeyirxahlığından irəli gəlir.

Yazıçı Kamal Abdullanın sözləri ilə desəm, "Ruhun dünyamızı tərk etməyə hazırlaşdığı bir zamanda" əsl Azərbaycan xanımına xas olan səmimiyyət, nəciblik, xeyirxahlıq, həqiqətləri ifadə edəbilmə cəsarəti MƏRDLİK kimi yüksək insani keyfiyyətlərin sahibi, paklıq saflıq mücəssəməsidir bizim Məhəbbət xanım... Yalnız elə bu xüsusiyyətlərinə görə düşünürəm ki, Məhəbbət xanım Tanrının yüz ildən bir dünyaya bəxş etdiyi şəxsiyyətlərdəndir.

Qəlbi daim Azərbaycan gəncliyinin gələcəyi üçün çırpınan əziz Məhəbbət xanımı yubileyi münasibətilə təbrik edir, ona uzun ömür, can sağlığı, AMEA Dilçilik İnstitutundakı ibrətamiz nümunəvi fəaliyyətində uğurlar yeni yaradıcılıq nailiyyətləri arzu edirəm.

Gülnarə ƏLİYEVA,
Filologiya üzrə fəlsəfə doktoru BSU-nun dosenti

 





16.10.2014    çap et  çap et