525.Az

Elmira Axundovanın 7 cildliyi Tacikistanda təqdim edilib


 

Elmira Axundovanın 7 cildliyi Tacikistanda təqdim edilib<b style="color:red"></b>

Tacikistan Milli Universitetində Azərbaycanın tanınmış yazıçı-publisisti, Milli Məclisin deputatı Elmira Axundovanın "Heydər Əliyev. Şəxsiyyət zaman" adlı 7 cildlik roman-tədqiqatının təqdimat mərasimi keçirilib. Azərbaycanın Tacikistandakı səfirliyindən verilən məlumata görə, mərasimdə Tacikistan parlamentinin deputatları, bu ölkədə akkreditə edilmiş diplomatik korpusun nümayəndələri, Tacikistanın tanınmış yazıçıları, ictimai xadimlər, Tacikistan Milli Universitetinin professor-müəllim heyətinin tələbələrin nümayəndələri iştirak ediblər.

Azərbaycanın Tacikistandakı səfiri Abbasəli Həsənov təqdimat mərasimində çıxış edərək vurğulayıb ki, bu təqdimat iki qardaş xalqın tarixində yeni mərhələ olacaq yeni səhifə açacaq bir hadisə - Azərbaycan Prezidenti İlham Əliyevin Tacikistana rəsmi səfəri ərəfəsində təşkil edilib.

Abbasəli Həsənov Elmira Axundovanı Tacikistan ictimaiyyətinə təqdim edərək onun jurnalistika sahəsində səmərəli fəaliyyətini, Azərbaycan reallıqlarının Ermənistan-Azərbaycan münaqişəsinin səbəblərinin beynəlxalq ictimaiyyətə çatdırılmasında xidmətlərini səciyyələndirib: "Elmira Axundovanın on illik əməyinin məhsulu olan bu roman-tədqiqat təkcə böyük şəxsiyyət Heydər Əliyevin ən müfəssəl tərcümeyi-halı deyil, həm bütöv bir dövrün bioqrafiyasıdır. Məhz bu səbəbdən həmin kitablar bizim hamımızın yetmiş il ərzində birlikdə yaşadığımız ölkənin həqiqi tarixi ilə maraqlanan hər kəs üçün faydalı olacaq". A.Həsənov çıxışının sonunda istər sovet dönəmində, istərsə Azərbaycan dövlət müstəqilliyini bərpa edəndən sonrakı dövrdə Heydər Əliyevin rəhbərliyi ilə respublikanın keçdiyi yol, Azərbaycanın müxtəlif sahələrdə inkişafı uğurları barədə danışıb. A.Həsənov çoxcildliyin tacik dilinə peşəkar tərcüməsinə keyfiyyətli nəşrinə görə tərcüməçilər kollektivinə, həmçinin "Ədib" nəşriyyatının müdiriyyətinə təşəkkürünü bildirib. Tacikistanın Xalq şairi, ölkənin dövlət himninin müəllifi, roman-tədqiqatın tərcüməçilərindən biri olan Gülnəzər Keldi çıxış edərək bildirib ki, o həmkarları bu əsərin yüksək bədii səviyyəsini miqyasını dərhal qiymətləndiriblər, buna görə tərcümə üzərində böyük məmnuniyyətlə işləyiblər.

Təqdimat mərasimində filologiya elmləri doktoru, universitetin tacik ədəbiyyatı tarixi kafedrasının professoru, Tacikistan Yazıçılar İttifaqının üzvü Abdusator Abduşükür, filologiya elmləri namizədi, ən yeni fars-tacik ədəbiyyatı nəzəriyyəsi kafedrasının dosenti, şair-ədəbiyyatşünas Rüstəmi Vahhob, Tacikistan Ali Məclisinin komitə sədrləri Ubaydullo Dovlatov Lutfullo Saidmuradov da çıxış ediblər.

Tacikistan parlamentinin deputatları Azərbaycana səfərlərindən aldıqları təəssüratları auditoriyada toplaşanlarla bölüşərək İlham Əliyevin rəhbərliyi illərində respublikamızda baş vermiş dəyişikliklərə valeh olduqlarını bildiriblər.

Sonda çıxış edən Elmira Axundova kitabın tacik dilində nəşrinə görə tərcüməçilərə, naşirlərə səfir Abbasəli Həsənova təşəkkürünü bildirərək deyib: "Bu, mənim 2014- ildə ədəbiyyat sahəsində Azərbaycan Dövlət Mükafatına layiq görülmüş kitablarımın xarici dilə ilk tərcüməsidir. Bundan əlavə, təqdimat mərasiminin Azərbaycan Prezidenti İlham Əliyevin qardaş Tacikistana rəsmi səfəri ərəfəsində keçirilməsi bizim tədbirə xüsusi əhəmiyyət verir".

Yazıçı-publisist Azərbaycanın Ümummilli Lideri ilə ünsiyyətdə olduğu illər barədə danışıb, bu böyük siyasi xadimin xarakterinin şəxsiyyətinin xüsusiyyətləri barədə fikirlərini bölüşərək qeyd edib ki, Ulu Öndərə bəslədiyi məhəbbət hörmət romanın yazılması zamanı qarşılaşdığı bütün çətinlikləri maneələri dəf edərək Heydər Əliyev səviyyəsinə layiq əsər yaratmaqda ona kömək edib.

Təqdimat mərasimi yerli KİV-lər tərəfindən geniş işıqlandırılıb, Tacikistan televiziyasının bütün kanalları ilə yayımlanıb.

S.ABDULLAYEVA

 





16.10.2014    çap et  çap et