525.Az

Azərbaycan Homerinin Yarımçıq əlyazması


 

Kamal Abdulla: "Bu elə bir romandır ki, burada nəyin baş verəcəyini bilmək deyil, nəyin baş verdiyini bilməmək daha önəmli məqamdır".

Azərbaycan Homerinin Yarımçıq əlyazması<b style="color:red"></b>

Əsərin sujet xətti Çin qutularının* labirint quruluşuna malikdir narrativ fraktallar vasitəsilə nəql edilir 

Təsəvvür edək ki, biz indi Azərbaycanda yaşayırıq  Avropa ədəbiyyatı barədə heç bir məlumatımız yoxdur. Görəsən biz Aralıq dənizi mədəniyyətinin yarandığı dövrə aid qəhrəmanlardan, Troya müharibəsindən, eyni zamanda Odissey Eneydən bəhs edən saqanın nəşr olunmasına necə reaksiya verərdik? Belə bir materialın əhəmiyyətini anlamaq üçün intellektual səviyyənin elə yüksək olmasına ehtiyac olmazdı yəqin ki, biz onu özümüz üçün parlaq bir kəşf hesab edərdik.

İtaliyada Kamal Abdullanın "Yarımçıq əlyazma" əsərinin çap olunması ilə (Sandro Teti nəşriyyatı, 240 səhifə, 15 avro, Franko Kardininin girişi) yuxarıda qeyd etdiyimiz hadisənin analoqu, bəzi hallarda isə tam əksi baş vermiş olur. Kamal Abdullanın artıq bir çox dilə tərcümə olunmuş bu romanı tarixi şəxsiyyət olmuş Dədə Qorqud  obrazı üzərində qurulub. Dədə Qorqud sanki, Azərbaycanın Homeri, türkmən ənənəli epik poemanın , yəni ilk  öncə şifahi şəkildə yayılmış, XV əsrdə isə qələmə alınmış dastanın müəllifidir.

 Əsərin sujet xətti, çox işlədilən ədəbi fəndlərdən biri olan, yəni hansısa əlyazmanın tapılması hadisəsi üzərində qurulubdur. Bu əsərdəki əlyazma Bakı şəhərində kitabxanada aşkar edilir.

Əsərin baş qəhrəmanı, hadisələri nəql edən tədqiqatçı, mətnin filoloji analizinə başlamaqdan öncə, bir deyil, düz 3 müqəddimə ilə bizi qarşı-qarşıya qoyur. Digər tərəfdən isə qeyd etmək lazımdır ki, əlyazmadakı anomaliyalar dəqiq əsaslı mühakimələr aparmağı tələb edir.  Sanki bir ellinist nəzm deyil, nəsr formada yazılmış aşağıda qeyd olunan cümlə ilə başlayan "İliada" ilə üzləşibdir: "Axilles qəzəblidir, onun qəzəbinin hekayəti ilə başlamaq lazımdır (müqəddimədə İlahə Muzalara dua edib çağırmağı unutmamaq)".

"Yarımçıq əlyazma" əsərində çətin bir istintaq işini aparan Bayandır xanla bağlı olan hadisələr nəql olunur. İç dış oğuzlar arasında olan münaqişələr nəticəsində IX əsrin qeyri-sabit mürəkkəb siyasi vəziyyətdə (o ərazidə həmin dövrlərdə sərhəd problemləri var idi!), bir casus həbs olunur, lakin  sonra böyük Xanın icazəsi olmadan azad edilir. 

İstintaq işi satqın kollaborasionistlərin şəxsiyyətlərinin müəyyənləşdirilməsi ətrafında aparılır sonradan aşkar olunur ki, istintaq protokolunu tərtib etməyə çağırılmış aed-müğənni Dədə Qorqudun əsərdəki rolu heç ikinci dərəcəli deyil. Sanki Homer Odisseyi ilhamlandıran hadisəni nəql edir sonra özü həmin hadisənin əsas qəhrəmanlarından birinə çevrilir.

Kitabxanadakı əlyazmada yalnız bu eposla deyil, eyni zamanda Şah İsmayılla da bağlı oxunulması mümkün olan episodlar qeydə alınıb. XVI əsrin böyük Azərbaycan şairi Şah İsmayıl  öz oxşarını o məqsədlə axtarır ki, eyni zamanda bir neçə yerdə iştirak edə bilsin. Bəs şahın oxşarı tapılandan sonra onlardan hansının əsl şah olduğunu kim müəyyənləşdirə biləcək?

Aralarında yeddi əsrə bərabər zaman məsafəsi olan bu iki hadisə paralel olaraq davam edir. Bəs hara qədər?

Bəli, elə ondadır ki, bu əlyazma əsərin adından göründüyü kimi yarımçıqdır. Bütün bunlardan sonra  kitabxanada üç gün fasiləsiz oturan tədqiqatçıya, binadan çıxıb ona kömək edən müəmmalı arxivist qızın dalınca getməkdən başqa heç qalmır ...

Bəli, bəli. Bu romanın özü yarımçıq bir əsərdir.  Əslində Kamal Abdullanın oxucularının əsərdə axtardıqları hər hansı bir cavab ya nəyinsə həlli yolları deyil.  "Yarımçıq əlyazma" əsərini oxumaq təcrübəyə əsaslanan bir işdir, sanki musiqili qamma sistemində tona malik  olan şərq musiqisini dinləyirsən ya sanki fraktal hekayələrdə qarşılaşdığımız, nağıl içində olan nağıldakı daha bir nağıla bənzəyən Çin qutularının  labirintində özünü itirirsən.

Yeganə yol ondan ibarətdir ki, biz "Min bir gecə" olduğu kimi bu konstruktor oyununa başlayaq onun mənasını, ərəb musiqiliyini, fars cazibəsini duyaq hiss edək. Maraqlı bir faktı qeyd etmək lazımdır ki, bu yay "İl Sole 24 Ore" jurnalı "Yarımçıq əlyazma" əsərinin uyğunlaşdırılmış variantını ardıcıl olaraq on bir buraxılışında hissə-hissə nəşr eləyibdir. Əsər sanki Xan tərəfindən danışdırılan hər bir obrazın, hadisələrlə bağlı öz versiyalarının nəql edilməsindən ibarət olan psixodelik eksperimentdir.

Çünki Kamal Abdullanın əsəri Aleksandr Dümanın son dövrlərə aid Armistid Maupinin əsərləri ilə tam əks qütblərdə dayanır. Buna səbəb isə onun yaratdığı əsərdə nəyin baş verəcəyini bilmək yox,  nəyin baş verdiyini bilməmək prinsipinin önəmli olmasıdır.

* Çində istifadə olunan ölçüləri getdikcə böyüyən qutular deməkdir. Ədəbiyyat sahəsində hər hansı bir əsərin nəql olunma strukturunu adlandırmaq üçün istifadə olunur. Bu növ narrativ strukturda baş qəhrəman digər qəhrəman haqqında danışır haqqında danışılan qəhrəman da öz növbəsində, digər bir hadisəni nəql edir (hekayə içində daha bir hekayə).

Vİns Gallico

 





14.10.2014    çap et  çap et