525.Az

Musiqi irsimizin fədakar araşdırıcısı


 

Musiqi irsimizin fədakar araşdırıcısı<b style="color:red"></b>

Milli musiqi xəzinəmiz məzmun, mahiyyət etibarilə dolğun, tutumlu, yaranış, təşəkkül təkamül mərhələləri baxımından qədim zəngin olsa da, bu istiqamətdə peşəkar araşdırmaların, sistemli incələmələrin tarixi çox gəncdir. Musiqi irsimizin tədqiqinə dair ciddi araşdırmalara XIX yüzilliyin sonlarından başlansa da, yalnız XX əsrdə bu sahə özünün inkişaf mərhələsinə qədəm qoymuş, görkəmli mütəxəssislərini yetişdirmişdir. Onların sırasında peşəkarlığı, həssaslığı duyğusallığı ilə seçilən sevilən xanım musiqi araşdırıcılarının mədəniyyət tariximizdə xüsusi yeri, rolu xidmətləri vardır.

Azərbaycanın görkəmli ilk xanım musiqişünası Xurşid xanım Həsən bəy qızı Ağayeva (1906, Bakı - 1953, Bakı) dahi bəstəkarımız Üzeyir Hacıbəyli haqqında ilk monoqrafiyası ilə milli incəsənətimizin bu unikal sahəsində ilk cığırı açmaqla özündən sonra gələnlər üçün böyük bir yolun başlanğıcını, zəngin ənənələrin bünövrəsini qoydu. Tədqiqatçı-alim xanımlardan Zemfira Səfərova, Fərəh Əliyeva, Emruz Əfəndiyeva, Elmira Abbasova, Zemfira Qafarova, Zümrüd Dadaşzadə, Xurşid Abdullayeva b. milli musiqimizin tarixi nəzəriyyəsi sahələrində ciddi tədqiqatlar aparmış elmi-mədəni irsimizə töhfələr bəxş etmişdilər. Çağdaş musiqi irsimizin fədakar xanım araşdırıcılarından biri elmi məqalələri sanballı kitabları ilə zövqlü oxucu rəğbətini qazanmış, mövzuya yanaşma tərzinə görə fəlsəfi düşüncələrə daha çox üstünlük verən, elmi yeniliyə can atan, naməlum faktların təsir gücündən yerli-yerində faydalanmağı bacaran, beləliklə hər bir əsəri ilə zehinlərdə dərin təəssüratlar oyatmağa çalışan Əminə Tuncaydır.

İlk tanışlıq, alimin mənəviyyat aləminə, dünyasına "səyahət" üçün kitablardan gözəl vasitə ola bilər? Əminə xanımla ilk tanışlığım onun "Musiqi töhfələri" (2013), "Məqalələr" toplusu (2011) "Dağılan dünyam" (2011) adlı kitabları ilə başladı. İlk iki toplu elmi məqalələrdən ibarət olduğu halda üçüncü kitabı sərlövhəsindən bəlli olduğu kimi bədii nümunələrdən - mənsur şeirlər, hekayələr, qəzəllər rübailərdən ibarətdir. Məhz bu mötəbər qaynaqlardan bəlli oldu ki, onun "Mənsur şeirlər", "Közərən məhəbbət", "Şübhədən inama", "Mənəvi ucalıq", eləcə "Asif Ataya ithaf", "Bəxtiyar Vahabzadəyə ithaf" adlı ədəbi-bədii kitabları geniş oxucu auditoriyasının rəğbətini qazanmış, dəyərli mütəxəssis rəylərinin yazılmasına rəvac vermişdir.

Böyük əminliklə vurğulanmalıdır ki, Əminə xanımın bədii yaradıcılıqla məşğul olması, poetik duyğularını yüksək səriştə ilə ifa tərzi onun elmi məqalələrinin dilində, fərdi üslub xüsusiyyətlərində özünü qabarıq büruzə verir. Bədii yazılarında elmi düşüncə yükü, tədqiqat işlərində, faktların təqdimat sistemində isə poetik dil, estetik füsunkarlıq aparıcı mövqedədir.

Əminə Tuncay (Abbasova) qədim zəngin milli ənənələrə sadiqliyi ilə qürur duyan, ixtixar hissi yaşayan Bakının Nardaran kəndində klassik musiqimizi dərindən incələməyi bacaran, muğamlarımızı mükəmməl bilən, ona heyranlığını vurğunluğunu səmimiyyətlə büruzə verən Abbas Abbasovun ailəsində dünyaya göz açmışdır. Duyğularının estetik gözəlliyə köklənməsində, dünyagörüşünün formalaşmasında ana laylasından daha çox muğamlarımızın təsiri, rolu danılmazdır.

Bakı şəhərindəki 134 saylı orta məktəbi uğurla bitirdikdən sonra gənc abituriyent ailənin tövsiyəsi ilə öncə Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olur. Burada iki il oxuduqdan sonra Əminə Abbas qızı fərqli obyektiv subyektiv səbəblərə görə təhsilini yarımçıq qoyaraq incəsənət sahəsini seçir. Musiqi sənətinə olan marağının ciddiliyinə güvənərək tərəddüd etmədən növbəti dəfə sənədlərini Azərbaycan Dövlət İncəsənət İnstitutuna (indiki Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universiteti) təqdim edərək 1969-cu ildə bu unikal mədəniyyət ocağına daxil olur. Ötən əsrin 60- illərində hər iki ali təhsil müəssisəsinə qəbul yüksək müsabiqə şərtləri ilə müşayiət olunurdu. Gənc Əminənin respublikanın ən nüfuzlu ali məktəblərinə daxil olma bacarığı onun hərtərəfli biliyə, geniş dünyagörüşə istedada sahibliyini təsdiqləyən faktlardır.

Əminə xanım təhsil illərində respublikanın görkəmli incəsənət xadimlərindən - Ədil İsgəndərov, Şəfiqə Axundova, Müxlis Cənizadə b. dərs alıb, uzun illər M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında konsert proqramlarının aparıcısı vəzifəsində çalışıb, dahi sənətkarların, muğam ustalarının qəlbinə yol tapmağı, klassik musiqinin sirrinə, sehrinə vaqif olmağı bacarmışdır. O, canlı musiqimizin məbədgahında çalışdığı illərdə böyük maestro Niyazinin, bənzərsiz bəstəkarımız Cahangir Cahangirovun birbaşa rəhbərliyi altında fəaliyyət göstərmişdir. Muğam sənətimizin korifeylərindən Xan Şuşuinski, Sara Qədimova, Rübabə Muradova, Tükəzban İsmayılova, Yaqub Məmmədov, Əbülfət Əliyev, Əlibaba Məmmədov, İslam Rzayev, Arif Babayev b. ecazkar səs sahibləri ilə səmimi ünsiyyət yaratmış, klassik musiqimizin fəlsəfi qatlarına dərindən bələd olmaq üçün ustad dərsləri almışdır. Nəzəri biliyini nadir arxiv materialları ilə zənginləşdirən Əminə xanım Bakı, Tiflis, İstanbul, Sankt-Peterburq, Moskva elmi-tədqiqat mərkəzlərində olmuş, musiqi irsimizə aid naməlum sənədləri, faktları elmi fondlardan üzə çıxararaq müəyyən kölgəli məqamlara aydınlıq gətirmişdir. Onun fədakarlıqla araşdırdığı problemlər nəticədə uğurlu dissertasiya işi ilə sonuclandı. Əminə xanım Abbasovanın 1992-ci ildə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün "Muğamların fəlsəfi dünyası tariximizdə musiqinin əhəmiyyəti" mövzusunda yazdığı müdafiə etdiyi elmi-tədqiqat işi uzun illərdən bəri aparılan gərgin ciddi elmi araşdırmaların bəhrəsi idi. Ulu qaynaqlardan qüdrət alan muğamlarımızın fəlsəfi duyumu, qoca müdrik fəlsəfənin muğamlarda təcəssümü bu məcrada musiqili düşüncənin - düşündürücü musiqinin incəsənət tariximizdə yeri, insanın kamilləşmə prosesindəki müqtədir əhəmiyyəti məhz ilk dəfə Əminə Tuncayın tədqiqatlarında mükəmməl həllini tapmışdır. Müşahidələrimə əsasən demək olar ki, Əminə xanımın vətənə sevgisi, millətə məhəbbəti milli musiqidən qaynaqlanır çöhrəsindən təbəssüm əskik olmayan Tuncay musiqili sevginin həmişə cavan həmişə canlı tunc heykəlidir.

Əminə xanımın bir vaxtlar çalışdığı İstanbul, Tiflis, Sankt-Peterburq, Moskva arxivlərində bu ilin mart, iyun, avqust aylarında elmi ezamiyyətdə olarkən onun "Musiqi töhfələri" "Məqalələr" kitablarını da özümlə aparmışdım. Xüsusilə istirahət günlərində, arxivlərin açıq olmadığı zamanlarda istirahətimin mənalı keçməsində bu kitabların müəllifinə minnətdaram.

qədər qəribə olsa da etiraf edim ki, (əslində belə metoddan istifadə edərək haqqında fikir söylədiyin adamı tərifləməyin tərəfdarı deyiləm - A.R.) Cəfər Cabbarlı irsini 40 ilə yaxın ilk mənbələr əsasında tədqiq etsəm , Əminə Tuncayın "C.Cabbarlı yaradıcılığında musiqinin təzahür formaları"  adlı məqaləsini oxuduqdan sonra bu qənaətdəyəm ki, böyük dramaturqun ədəbi irsi müxtəlif elmi tədqiqat sahələri üçün bitib-tükənməz araşdırma mənbəyidir. Bu zəngin ədəbi-bədii materialların qədər toxunulmamış, elmi təhlildən nəşrlərdən kənarda qalmış nümunələri mövcuddur. Əminə xanim Cabbarı yaradıcılığının açılmamış qatlarından birinə toxunaraq yazır: "Onu da deyim ki, heç kəsə məlum olmayan 40-a yaxın (C.Cabbarlının-A.R.) mərsiyələri vardır ki, o da mənim şəxsi arxivimdədir. O ailəyə çox yaxın olduğumdan bu mərsiyələri mənə C.Cabbarlının qardaşı qızı, Azərbaycan Teleradio Şirkətinin keçmiş diktoru, mərhum Gültəkin Cabbarlı, bacısı Əminə xanım Cabbarlıdan alıb mənə vermişdir. O, mərsiyələr 1952-ci ildə onun tərəfindən anamın matəm məclisində oxunmuşdur. Qardaşı qızının dediyinə görə mərsiyənin sözləri havacatı da ədibin özünə məxsus imiş. Əmim özü bu mərsiyələri zümzüməsilə oxuyarmış, təxəllüsü , "Cəfər, ey nuri-dideyi giryan" deyə mərsiyələrin axırında işlədərmiş" (Əminə Tuncay. "Musiqi töhfələri", Bakı, "Adiloğlu", 2013).

Böyük ədibimiz Cəfər Cabbarlının 1918-ci ilin martında azərbaycanlılara qarşı törədilən soyqırımı günlərində "Dur, ey xar olan millət" sərlövhəli mərsiyə yazdığı, kütləvi qırğının yeddisində, qırxında ildönümündə gənclərin dəstə-dəstə məhəllələri gəzərək uca səslə bu hüznlü musiqini ifa etdikləri bizə bəllidir. Hətta ədibin nəvəsi, publisist, şərqşünas Bəhlul Abbasovun bir zamanlar rəhbərlik etdiyi "Bizim əsr" qəzetində Cabbarlının kitablarına daxil edilməyən bir neçə mərsiyəsini çap etdirməsi məlumdur. Amma "heç kəsə məlum olmayan 40-a yaxın mərsiyə"nin Əminə xanımın "şəxsi arxivi"ndə olması əsl tapıntı, nadir ədəbi hadisədir.

Əminə xanımın "C.Cabbarlı yaradıcılığında musiqinin təzahür formaları"adlı yazısını oxuyanda iyun ayının əvvəlləri, gecələri gündüz qədər işıqlı olan Sankt-Peterburq şəhərində idim. Zaman fərqini unudaraq Əminə xanıma telefon açdım. Xəttin o başından "Ha can! Bacı sənə qurban!" - deyən Əminə xanımın doğma, ürəyə yağ kimi yayılan səsini eşitdim. Bir anlığa mənə elə gəldi ki, gecənin bu vaxtında mərsiyə mövzusunun yeri deyil. Onun "Musiqi töhfələri"ni oxuduğumu, kitabın orada yer alan elmi məqalələrin məziyyətlərindən söz açdım. Xüsusilə, "Leyli Məcnun" operasında Füzuli Üzeyir zirvəsinin fəlsəfi dünyası", "Ü.Hacıbəylinin musiqi ilə əlaqədar müxtəlif illərdə dərc edilmiş məqalələri haqqında təfərrüatlar", "Ü.Hacıbəyli ilə S.Vurğunun musiqi haqqındakı mülahizələri", Üzeyir bəy haqqında mülahizələr", "Hafiz Şirazi Üzeyir Hacıbəyli yaradıcılığında" b. tədqiqatları dahi bəstəkarın yaradıcılığına yeni baxış olduğunu vurğuladım. Bu məqalələrin hər biri ömrünü musiqi irsimizin araşdırılmasına həsr etmiş fədakar bir xanımın XX yüzilliyin əvvəllərinə aid mətbuat orqanlarından, arxivlərdən üzə çıxardığı yeni dəyərli faktlarla zəngindir. Kitabda həm klassik musiqiyə, həm xalq musiqisinə aid maraqlı mövzulardan geniş bəhs edilmişdir.

"Musiqi töhfələri" kitabında yer alan, muğamlarımızda istifadə olunan istilahların yeni lakonik şərhi Əminə xanımın klassik musiqi irsimizlə yanaşı ərəb fars dillərinə dərindən bələd olduğunu təsdiqləyir.

Elmi-mədəni mühitdə əsasən musiqi irsimizin araşdırıcısı kimi tanınan, fəlsəfə doktoru, publisist, yazıçı Əminə xanım Tuncaya çoxşaxəli yaradıcılığında uğurlar arzulayıram.

 





10.10.2014    çap et  çap et