525.Az

Milli mədəniyyət tariximizin 100 yaşlı Cəfər Cəfərov səhifəsi


 

Milli mədəniyyət tariximizin 100 yaşlı Cəfər Cəfərov səhifəsi<b style="color:red"></b>

100 il keçir bu böyük insanınAzərbaycan tənqidi ədəbiyyatşünaslığının görkəmli nümayəndəsi, sözün həqiqi mənasında XX əsr ədəbiyyat tariximizdə layiqli yeri olan professor, Azərbaycan EA-nın müxbir üzvü Cəfər Cəfərovun doğum günündən. 1914- ilin 7 sentyabr günündə Bakıda, xırda bir tacir ailəsində dünyaya gəlmişdi. Cəfər  müəllim böyük bir həyat yolu keçmişdi. Onun həyatında  o qədər maraqlı səhifələr var ki... Bir neçəsini nəzərinizə çatdırıram.

Moskvada təhsil almışdı. Otuzuncu illərdə qəzetdə, Dövlət Dram Teatrında, Bakı kinostudiyasında, Yazıçılar İttifaqında, Elmlər Akademiyasında çalışmışdı, sonra-Böyük Vətən müharibəsində iştirak etmişdi. Müharibədən sonrakı illərdə  MK-da, ADU-da, “Pravdaqəzeti redaksiyasında, Mədəniyyət Nazirliyində çalışmışdı. Pedoqoji fəaliyyətlə məşğul olmuşdu. Son yerləri: Azərbaycan KP MK-nın ideoloji işlər üzrə katibi EA-da Memarlıq İncəsənət İnstitutu teatr kino şöbəsinin müdiri...

Bu tərcümeyi-hal hələ böyük Cəfər Cəfərovun kimliyi haqda heç demir. Ömrü boyu yüksək vəzifələrdə çalışan o qədər xadim tanıyırıq ki, onlardan ancaq quruca tərcümeyi-hal qalıb. Ancaq Cəfər Cəfərov XX əsr Azərbaycan tənqidi ədəbiyyatşünaslığı, teatr aləmi sənətşünaslıq tarixində əbədi izləri qalan bir şəxsiyyətdir. Qırx bir il öncə (1973) dünyasını dəyişsə , Cəfər Cəfərovun yazdığı əsərlər qətiyyən öz müasirliyini itirmir. O əsərlər küll halında ədəbiyyat tariximizin, teatr tariximizin ən maraqlı bir səhifəsini təşkil edir. Ancaq təəssüf ki, bu böyük alimin, tənqidçi teatr xadiminin 100 illiyi yada düşmür. Ölümündən sonra da onun heç bir kitabı işıq üzü görməyib.

Cəfər Cəfərov çox məlumatlı, bilikli, dünya ədəbiyyatına yaxşı bələd olan son dərəcə savadlı bir insan idi. Onun həyat yolu yaradıcılığı haqqında ən sanballı sözü Anar müəllim deyib:

Cəfər Cəfərovhəqiqi mənada təbiətcə, xislətcə təvazökar insan idi. Təvazö onun xarakterinin zahiri örtüyü deyildi, üzvi keyfiyyətiydi.

Cəfər Cəfərov güclü adam idi. Onun barəsində küncdə-bucaqda hərzə-hədyan danışanlara baş qoşmağı, onların səviyyəsinə enməyi öz qüruruna sığışdıra bilmirdi.

Cəfər Cəfərovcəsur adam idi, tənqidçi, alim fikrinin ardıcıllığı, sənət mövqeyinin prinsipiallığı, inandığı anlayışlarda, əqidəsində, zövqündə sabitliyi-dövrün bütün sınaqlarından mərd-mərdanə çıxmışdı”.

Bu sözləri o insan söyləyir ki, həyatda, ədəbi aləmdə dəfələrlə Cəfər Cəfərovla ünsiyyətdə olub. onun şəxsiyyətini, insani keyfiyyətlərini bəlkə hamıdan çox anlayan, dərk edən sevən nadir adamlardan biridir Anar. Ona görənadirdeyirəm ki, Cəfər Cəfərovu sevən, onu bir insan alim kimi yüksək qiymətləndirən dostlarının çoxu həyatda yoxdur.

Lakin Cəfər Cəfərovun özünün dostlarının ölümüylə Cəfər Cəfərov dünyası bitmir. Çünki Cəfər  müəllimin əsərləri qalır tam qətiyyətlə deyə bilərik ki, bu əsərlərin əksəriyyəti heç vaxt öz müasirliyini itirməmişdir.

Bu günonun 100 yaşından da bir ay keçmiş bu böyük alimin yaradıcılığını nəzərdən keçirəndə onun çoxcəhətli sənət dünyası səni doğrudan da heyrətləndirir.

O, ədəbiyyata tənqidçi kimi gəldi. 1934- ildə, “Ədəbiyyat qəzetinin 30 may sayındaHəyat burulğanı ondan çıxış yoluməqaləsi dərc edildi. Bu məqalə o zamanın gənc nasiri Ənvər MəmmədxanlınınBurulğanpovestinə həsr olunmuşdu. O, bu əsərin ruhunu, müəllifin məramını duyaraq təhlil edirdi, əsasən obrazların səciyyəsinə diqqəti yönəldirdi.  Yazırdı: “Ənvər doğru olaraq göstərir ki,yeni insan meydana çıxarmaq üçün bu yeni həyatın alovlarında yanıb, ağrıları ilə böyümək bunu dərindən dərk etmək lazımdır”. Bu fikir o zamankı ədəbi tənqiddə başlıca şüarlardan biri idi. Yeni insan!

Cəfər Cəfərovun tədqiq obyekti ilk növbədə bədii ədəbiyyat idi o, sonralar görkəmli bir teatr tənqidçisi kimi fəaliyyət göstərəndə təhlillərində ədəbi düşüncə meyarı öndə dururdu. Onda Azərbaycan ədəbiyyatının keçmişinə müasir durumuna aydın konseptual mövqe formalaşmışdı. Azərbaycan ədəbiyyatının həm milli meyarlar baxımından, həm Qərb ədəbiyyatı mövqeyindən qiymətləndirilməsi onun tənqidçi kredosunun ayrılmaz xüsusiyyətləri idi. O, sənətdə yenilik, novatorluq tərəfdarı idi. Yazırdı ki: “Şeirdə tradisiya məsələləri ilə əlaqədar olaraq bir mühüm cəhəti qeyd etməliyik. Məsələ burasındadır ki, ənənə dedikdə ancaq klassik Azərbaycan şeirini nəzərdə tutmaq olmaz. Bəs Heyne, Bayron, Puşkin, Mayakovski-onların qoyub getdiyi tradisiya? Bu ikinci tradisiyanın əhəmiyyəti heç birincidən az deyildir”.

Cəfər Cəfərovun ədəbi-tənqidi irsində  teatr dramaturgiyanın tədqiqi birinci sırada durur. Gəlin, onun bu sahədə ardıcıl fəaliyyətini əks etdirən yazılarının adlarını çəkək: “Hacı Qara”, “Azərbaycan dramaturgiyası”, “Dramaturgiya teatrımızın yeni yüksəlişi uğrunda”,”Yüksək keyfiyyətli dramaturgiya uğrunda”, “M.F.Axundovun dramaturgiyası” (monoqrafiya)., “M.F. Axundov teatr”, “Nəcəfbəy Vəzirov”, “Vilyam Şekspir”, “Cavid teatrı”, “Cəfər  Cabbarlı”, “Dramaturgiyada yüksək sənətkarlıq uğrunda”, “Naxçıvan teatrı”, “Antoni Kleopatra”, “Təklik faciədir”, “Yalansız”, “Azərbaycan teatrı” (monoqrafiya), “Teatrda müasirlik”-bunlar sırf teatr dramaturgiya ilə bağlı məqalələr idi o məqalələrin hər biri ümumən sənət tariximizin qiymətli nümunələridir. Görkəmli tənqidçi Yaşar Qarayev yazır: “Cəfər Cəfərovun təhlil üslubu dili ayrıca, müstəqil bir dil üslub vahidi kimi bizim ədəbi tənqidimizdə çoxdan seçilir tanınır. ..Müəllifin şərhində teatr problemləri, estetik istilah anlayışlar səhnə nəzəriyyəsinin son nailiyyətləri ilə yeniləşən ən müasir məzmunu ifadə edir”.

O, “M.F.Axundovun dramaturgiyasımonoqrafiyasında ilk dəfə olaraq böyük sənətkarın dramaturji irsini hərtərəfli tədqiq obyektinə çevirir, ədəbiyyatımızda sözün həqiqi mənasında inqilab yaradan Axundovun komediyalarını ümumən mədəniyyət tariximizin fenomenal hadisələri hesab edir. Cəsarətlə deyə bilərik ki, Axundov dramaturgiyası haqqında hələ bu sanbalda, belə professional səviyyədə ikinci bir əsər yazılmayıb. Burada vaxtilə böyük ədibimiz Mirzə Cəlilin Axundov haqqında söylədiyi qiymətli bir kəlamı xatırlatmaq yerinə düşər: “Axundovun öz əsərlərində, o cümlədən, komediyalarında qaldırdığı hər bir məsələdənqan iyigəlir”. Cəfər Cəfərov da sanki bu fikri öz monoqrafiyasında reallaşdırmağa çalışır buna nail olur.

Məsələ burasındadır ki, Cəfər Cəfərovun zamanında teatr dramaturgiyanı tədqiq edən araşdırıcıların sayı o qədər çox deyildi. Buna səbəb o idi ki, dramaturgiya tənqidi sahəsində professionalların sayı az idi. Bir , şeirə nəsrə nisbətən dram əsərləri haqqında, həmçinin teatr problemləri ilə bağlı yazılarda ümumi nəzəri biliyin azlığı, bu iki sənət növünün mahiyyətinə bələdsizlik nəzərə çarpan nöqsan idi. Cəfər Cəfərov bu boşluğu müəyyən mənada aradan qaldıra bildi.

Cəfər Cəfərovun aydın, səlis məntiqi vardı o, istənilən bir dram əsəri, ya dramaturgiyanın ümumi vəziyyəti, ya da ayrı-ayrı dramaturqlar, rejissorlar aktyorla bağlı məqalələrində bu məntiq bəzən çox sadə şəkildə ifadə olunurdu. Ancaq bu sadəlikdə bir dərinlik hiss olunurdu. Onun yazıları həm bədiilik elementləri iləyüklənmişdi”. O, oxucunun fikrini elə ilk cümləsindən özünə cəlb edirdi. Görkəmli dramaturqumuz İlyas ƏfəndiyevinSən həmişə mənimləsənpyesi onun tamaşası haqqında qələmə aldığıTəklik faciədirməqaləsini xatırlayaq. Bu yazıya ən gözəl tənqidi hekayə demək olar. Məqalə belə başlayırdı: “Bu, məlum həqiqətdir, nəsillərin uzun tarixi göstərir ki, təklik doğrudan da faciədir. Ədəbiyyat sənət bu faciəni bir çox gözəl əsərlərlə təsvir etmişdir. Dakin təkliyin faciəsi hələ bitmədiyindən, sənətkarlar təkrar-təkrar bu mövzuya qayıdıb, onun müxtəlif şəkillərini, çox zaman duyulmaz çalarlarını bizə göstərirlər. üçün təklik mövzusu belə davamlı təbiətə malikdir? Çünki təkliyi, tənhalığı doğuran subyektiv səbəblər  deyil, ictimai quruluşun ziddiyyətləri, insana qarşı bu ya digər dərəcədə ədalətsizliyidir... “Sən həmişə mənimləsəntamaşasının qəhrəmanlarından biri deyir ki, insanlarla əhatə olunduğun halda, Robinzon Kruzo kimi yaşamaq olmaz...bizim quruluşumuzda insan cəmiyyətdən, onun mübarizəsindən kənarda qalarsa, heç bir zaman xoşbəxt ola bilməz”. Bu, belədir. Lakin təklik tənhalıq mövzusu hələ diridir şüurlarda öz təzyiqini hiss etdirməkdədir”.

Onun əksər yazıları məhz bu tipli bir tezislə başlayır sonrakı sətirlərdə həmin tezis öz elmi-tənqidi təcəssümünü tapır.

Cəfər Cəfərovu səciyyələndirən ümdə bir cəhəti qeyd etmək istərdik. O, axtarışı sevirdi. Bunu iki mənada yoza bilərik. Birincisi; onun axtarışları məqsədyönlü idi. Cəfər  müəllim istər teatrda, istərsə dramaturgiyada gözə çarpan sənət yeniliklərinin aşiqi idi. O, Şekspirdən-bu dahi sənətkardan yazanda Şekspiri bütün incəliklərinə qədər Azərbaycan oxucusuna tanıtmağa can atırdı buna nail olurdu.  Şekspirin Azərbaycan səhnəsində tamaşaya qoyulanAntoni Kleopatratamaşasından yazanda da teatrın axtarışlarını təqdir edirdi. “Toykomediyasının yeni quruluşda səhnədə təcəssümünə elə bu axtarışlar müstəvisindən yanaşırdı. İkincisi; Cəfər Cəfərov Azərbaycan teatrının təxminən bir əsrlik  tarixini qələmə almışdı. “Azərbaycan teatrı (1873-1973)” monoqrafiyası (əsərin sonuncu fəsli- “Axtarışlar davam edir”- Yaşar Qarayev tərəfindən qələmə alınıb) uzun illərin gərgin axtarışlarından doğmuşdu. Bu əsər alternativi çətin tapılan qiymətli bir tədqiqat əsəridir. Faktların həqiqəti burada elmin həqiqətinə çevrilir.

Cəfər Cəfərovun axtarışçı bir alim olduğunu sübut eləməyə ehtiyac yoxdur. Ancaq ehtiyac duyulursa, onunHüseyn Ərəblinski. Sənəti mübarizəsiməqaləsini misal gətirə bilərik.

“15-16 il bundan əvvəl Hüseyn Ərəblinski haqqında ilk dəfə əsər yazmaq fikrinə düşəndə hiss edirdim ki, onun həyatına, sənətinə dair məlumatım, təsəvvürüm azdır, səthidir. Ömründə səhnədə görmədiyin sənətkar haqqında belə zəif təsəvvür əsasında yazmaq olar kimi inandırmaq olardı? Vaxtın darlığı ucbatından axtarışlarla məşğul olmağa imkan qalmadı. Əldə etdiyim məlumat faktlarla, Sidqi Ruhulla, Kazım Ziya, Ə.Salahlı, İ.Hidayətzadə, R,Təhmasiblə qısa söhbətlərlə kifayətlənməli oldum. Özümü doğrultmaq üçün yalnız bunu deyə bilərəm ki, məlumatım az olsa da, həvəsim, ehtirasım güclü idi. İçəridən alışıb-yanırdım. Yazmamaq mümkün deyildi. Mənə elə gəlirdi ki, Ərəblinskini duyuram, görürəm, o mənə daxilən çox yaxındır ola bilməz ki, onun haqqında qələmdən yalan sızsın; qəlplik Ərəblinski ilə uyuşan şey deyildi”.

Beləcə, Cəfər  müəllim Ərəblinski ilə bağlı axtarışlarını davam etdirir, vaxtilə, inqilabdan əvvəl onun haqqında, tamaşaları barədə yazılan məqalələri arayır nəticədə...sən Ərəblinsikini, bu patriarx Azərbaycan aktyorunu duyursan, görürsən, tamaşalarına baxırsan, hətta onunla həmsöhbət olursan. Bu, əksər teatr tənqidçilərinə müyəssər olmayan bir yenilik idi. Onun Cahangir Zeynalov, Abbas Mirzə Şərifzadə, İsmayıl Hidayətzadə, Rza Təhmasib Həqiqət Rzayeva haqqında yazdığı məqalələri oxuyanda da eyni hissi keçirirsən.

Cəfər Cəfərov böyük teatr bilicisi idi. Bu bilgi dünya teatr sənətinə bələdlikdən gəlirdi.  Rejissura sənətini, aktyor oyununu, ümumən teatra aid tərtibat, rəssamlıq, musiqi məsələlərinə professional qiymət verməyi bacarırdı.

Cəfər Cəfərov haqqında söz açanda bir unutmaq lazım deyil ki, o, həm estetik fikrimizin inkişafında da öz alim-nəzəriyyəçi əməyini əsirgəməyib. “Estetik fikir tariximizdən”, “Estetika sənətşünaslıq”, “Estetik zövq”, “Sənətlərin təsnifi” ...bu məqalələr elə bu günün özündə Estetkadərsliklərinin ən sanballı fəsilləri ola bilər.

Cəfər Cəfərov böyük Alim, böyük Şəxsiyyət böyük İnsan idi. Müasirləri deyirdi bunu, indi sağ qalan dostları, sənət adamları da deyir bunu, biz deyirik... Unudulmaz Cəfər Cəfərov... 100 yaşın mübarək!

 





06.10.2014    çap et  çap et