525.Az

Fransada “Parisdən məktublar” sənədli filmi nümayiş olunacaq


 

Fransada “Parisdən məktublar” sənədli filmi nümayiş olunacaq<b style="color:red"></b> Oktyabrın 6-da Parisdə Azərbaycan Mədəniyyət Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Salnamə” kinostudiyasında çəkilmiş “Parisdən məktublar” sənədli filmə baxış keçiriləcək.
 
Bu barədə Lent.az-a filmin rejissoru Tahir Əliyev məlumat verib.
 
Tədbirdə Fransanın ictimai-siyasi xadimləri, filmin baş məsləhətçisi, diplomat Ramiz Abutalıbov, səfirliyimizin nümayəndələri iştirak edəcək. Tədbirin təşkilatçısı Azərbaycanın Fransadakı səfirliyidir.
 
Görkəmli ictimai-siyasi xadim, Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qurucularından biri və AXC parlamentinin ilk sədri Əlimərdan bəy Topçubaşovun siyasi fəaliyyətinə həsr edilmiş filmin ssenari müəllifi İntiqam Qasımzadədir. Film fransız dilinə tərcümə olunub.
 
Qeyd edək ki, filmin təqdimatı bu ilin aprel ayında Bakıda olub.
 





02.10.2014    çap et  çap et