525.Az

Dövlət Komitəsindən icra hakimiyyətlərinə ittiham


 

Dövlət Komitəsindən icra hakimiyyətlərinə ittiham<b style="color:red"></b> Bakıda fərdi ev tikmək istəyən vətəndaşlara bəzən yerli icra hakimiyyətləri tərəfindən süni əngəllər törədilir.
 
Lent.az-ın məlumatına görə, qanuni sənədlərinin olmasına baxmayaraq, ev tikmək arzusunda olanlar icra qurumları tərəfindən süründürməçilik halları ilə üzləşir.
 
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Beynəlxalq əlaqələr və informasiya şöbəsinin müdiri Cahangir Qocayev Lent.az-a açıqlamasında bildirib ki, bununla bağlı vətəndaşlar tərəfindən Komitəyə xeyli şikayətlər daxil olur:

“Fərdi ev tikintisi ilə bağlı problem normativ-hüquqi baxımdan həllini tapır. Əgər, yerlərdə bunu kimsə qəbul etmirsə, Dövlət Komitəsi buna nə edə bilər?”
 
Şöbə müdiri vurğulayıb ki, bu cür xoşagəlməz hallara Bakının bütün rayonlarında rast gəlinir:

“Bununla bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədrinin adından bütün icra hakimiyyətlərinə xüsusi məktub göndərilib. Məktubda qeyd olunur ki, fərdi ev tikən insanlara süni mane yaratmasınlar”.
 





02.10.2014    çap et  çap et