525.Az

Rusiya Federasiya Şurasının sədri Azərbaycana gəlib


 

Rusiya Federasiya Şurasının sədri Azərbaycana gəlib<b style="color:red"></b> Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenkonun rəhbərlik etdiyi Rusiya nümayəndə heyəti Azərbaycana işgüzar səfərə gəlib.
 
APA-nın İTAR-TASS-a istinadən yaydığı xəbərə görə, V. Matviyenko Azərbaycanla siyasi, sosial-iqtisadi, humanitar və başqa sahələrdə sıx əməkdaşlıq etdiklərini deyib. O, iki ölkə arasında qarşılıqlı ticarət dövriyyəsinin artdığına diqqət çəkərək 2013-cü ildə bu dövriyyənin maksimumu həddə - 3,6 milyard dollara çatdığını söyləyib. Enerji sektoru, nəqliyyat və digər sahələrdə də sıx əməkdaşlığın olduğunu qeyd edən  Federasiya Şurasının sədri Rusiya-Azərbaycan əlaqələrinin güclənməsində əsas faktorun regional əməkdaşlıq və sərhəd qonşuluğu olduğunu vurğulayıb.
 
V. Matviyenko hazırda Bakıda keçirilən 4-cü Beynəlxalq Humanitar Forumda iştirak edir. O, prezident İlham Əliyev və Milli Məclisin sədri Oqtay Əsədovla görüşəcək.
 





02.10.2014    çap et  çap et