525.Az

“Türkiyəyə göz dikənin gözünü çıxaracağıq”


 

“Türkiyəyə göz dikənin gözünü çıxaracağıq”<b style="color:red"></b> “Öz planlarımız çərçivəsində "İŞİD"-lə mübarizə aparırıq”.

Lent.az-ın “Hüriyyet”ə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin baş naziri Əhməd Davudoğlu bildirib. O qeyd edib ki, əgər "İŞİD"-lə mübarizə aparan Qərb dövlətləri  Türkiyənin xüsusiyyətlərini qəbul edərlərsə, rəsmi Ankara hər cür köməklik edəcək.
 
Davudoğlu həmçinin terror təşkilatlarını da hədələyib. “Biz yenə də kürdlərə, ayrı-seçkilik etmədən hər kəsə qucaq açırıq. İstər "İŞİD", istər PKK, Türkiyəyə haradan terror təhlükəsi gəlirsə, biz də həmin təhlükəyə qarşı mübarizə aparacağıq. Türkiyə göz dikənin gözünü çıxaracağıq. Bunu hər kəs görəcək”-deyə, baş nazir əlavə edib.
 





02.10.2014    çap et  çap et